Bazar, 19.05.2024, 02:50
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 2 » Xoşbəxtliyin səbəbləri - İkinci səbəb və Üçüncü səbəb
20:13
Xoşbəxtliyin səbəbləri - İkinci səbəb və Üçüncü səbəb

Kitab: Xoşbəxtliyin səbəbləri.


İkinci səbəb: İsrarla dua edərək Allaha sığınmaq.


Ey müsəlman qardaşım, sənin üzərinə düşən Allahu Təaləyə ixlasla dua etməkdir. Bizim Rəbbimiz bizə Ana və Atamızdan rəhmlidir. Bir gün Peyğəmbər (sallallahu aleyhi va səlləm) görür ki, bir qadın südəmər uşağını sinəsinə sıxıb (qucaqlayıb), bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Sizcə bu qadın uşağını oda atarmı?" Səhabələr dedilər: "Allah qorusun! O, bunu heç vaxt etməz." Onda Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Allahın qullarına olan rəhmi bu qadının uşağına olan rəhmindən daha çoxdur." (Buxari və Muslim)

Əgər sən küçədə görsən ki, bir uşaq günəşin istisində əziyyət çəkir və sənində onun atası ile düşmənçiliyin var, bu zaman sənin qəlbində olan rəhmətdən dolayı sən ona yardım edəcəksən. Bu Allahın qullarının qəlbinə qoyduğu bir rəhmətdir, bəs bu uşaq sənin qohumlarından birinin uşağı olsa və ya bu uşaq sənin öz uşağın olsa, onda sənin ona rəhmin necə olar?
Əgər sən öz balacana belə rəhmlisənsə, bil ki, onun anası səndən də rəhmlidir. Allah isə hər birindən rəhmlidir.

Allahu Təalə buyurur: "Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir." (Şura, 19)

Belə isə əziz qardaşım, Allaha ixlasla dua et! Allah ona dua edənin duasını qəbul edəndir.

Allahu Təalə buyurur: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər." (Bəqərə, 186)

Başqa ayədə yenə Allahu Təalə buyurur: "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (Nəml, 62)

Sonra burda dua ilə bağlı bir məsələ var. Bəzi insanlar soruşurlar ki, Rəbbimə dua etdim, duamı qəbul etmədi! Unudur ki, həqiqətən duanın qəbul olunmasının səbəbləri var və həmçinin duanın qəbul olunmasına mane olan şeylər var.

Artıq elm əhli qeyd etmişdir ki, əgər duada bütün şərtlər həyata keçərsə və maneələr aradan qaldırılarsa ya o dua qəbul olar, ya bu dünyada o insanın bilmədiyi hər hansı bir şərdən Allahu Təalə onu qoruyar, ya da onun mükafatı ona axirətdə verilər.
Lakin kimsə deyərsə ki, Rəbbimə israrla dua etdim, duam qəbul olunmadı! O adama deyilir ki, birincisi sən Allahın sənə vacib etdiyi şeyləri həqiqi surətdə həyata keçirirsənmi? Həmçinin ona deyilir ki, çalış yeməyini, içməyini, geyimini ve malını haramdan qoru. 

Çox təəssüflər olsun ki, hal-hazırda çox insanlar evinə daxil olan malın, yeməyin və içməyin halal və ya haram olması ilə maraqlanmırlar və sonra deyirlər ki, dua edirəm qəbul olunmur. Peyğəmbər (sallallahu aleyhi va səlləmin) hədisdə zikr etdiyi kişi kimi. Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurur: "O kişi ki, əllərini uzadır səmaya deyir; Ya Rabbi, ya Rabbi və onun yeməyi haram, içməyi haram və libası haram, onun duası necə qəbul olunar?!" (Səhih Muslim)
Bu kişi artıq duası ilə Allaha sığındı və duasında israrlı oldu, lakin O, duanın qəbul olunmasına mane olan şeylərlə bürünmüşdü.

Ey Allahın qulu... Dua etdiyin zaman ixlaslı ol. Əgər duanın şərtlərini yerinə yetirərsənsə, maneələri aradan qaldırarsansa və duanda israrlı olarsansa bu zaman Allahdan yalnız səni sevindirəcək şeylər görərsən. 


Üçüncü səbəb: Fərz namazlarını qorumaq.


Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Beş vaxt namazın misalı sizdən birinizin qapısının önündən axan çayda gün ərzində beş dəfə yuyunanın misalı kimidir. Onun bədənində çirk qalarmı?!" (Səhih Muslim)

O namazlar hissi və mənəvi çirkabi yuyur və hər bir müsəlmana bu namazları əda etməsi fərzdir. Əgər qul bu namazları həqiqi surətdə əda edərsə, bu namazların əzəmətini hiss edərsə və onları qoruyarsa, Allahu Təalədən yalnız sevindirici şeylər görər. Çünki namaz həqiqi surətdə əda edilərsə, insanı çirkin və yaramaz əməllərdən çəkindirər.

Namazda rahatlıq, sükunət, sinənin genişlənməsi və gözün sevinci vardir. Buna görə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "...Namaz mənim gözümün sevinci edildi." (Əhməd və Nəsai)
Lakin görəsən... nə üçün bəzi namaz qılanlar deyirlər ki, namaz qılırıq amma üzərimizdə namazin təsirini görmürük?!

Gəlin bir misal çəkək: Əgər bir insan evində onun ailəsinin ona hazırladığı yeməkdən yeyər, o yemək onun xoşuna gəlməzsə və o yeməkdən ləzzət almazsa, bu zaman O, ailəsinə qarşı səsini qaldıraraq deməzmi ki, nəyə görə bu yemək belə dadsızdır? O, bu sualı verməkdə və qəzəblənməsində haqlıdır. Çünki O, yeməkdən ləzzət almayıb.

Belə isə nə üçün biz namazlarımızdan ləzzət almayanda, namazdan çıxdığımız zaman namazın təsirini üzərimizdə hiss etməyəndə və namazdan sonra yenidən əvvəlki günahlara qayıdanda özümüz öz nəfsimizə sual vermirik ki, bu nə üçün belə olur???
Həqiqətən əgər biz bu namazı həqiqi surətdə əda edəriksə bu namaz bizlərdən çoxumuzun halının dəyişilməsinə səbəb olar və bizim çox işlərimiz islah olar.

Allahu Təalə buyurur: "Namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir." (Ənkəbut, 45)

Əgər görsən ki, namaz qıldıqdan sonra yenə də əvvəlki günahlarda israr edirsən, bil ki, həqiqətən namaz sənə heç bir təsir bağışlamayıb. Belə isə gəlin namazı həqiqi surətdə əda etməyə səy göstərək.

Namazın insana təsir bağışlamasının səbəblərindən:

1) Namazdan qabaq namazın əhəmiyyətini hiss etmək və o namaz üçün hazırlaşmaq;

2) Namaz üçün məscidə vaxtından tez getməyə çalışmaq;

3) Namazdan əvvəl Peyğəmbər`in (sallallahu aleyhi va səlləm) sünnəsinə uyğun təmizlənmək və namazı Peyğəmbər`in (sallallahu aleyhi va səlləm) qıldığı kimi qılmaq. Artıq Peyğəmbər (sallallahu aleyhi va səlləm) bizi bunun üçün həvəsləndirərək demişdir: "Kim əmr olunduğu kimi dəstəmaz alar və əmr olunduğu kimi namaz qılarsa onun keçmiş günahları bağışlanar." (İmam Əhməd "Musnəd"-də)
Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa hədisdə belə buyurur: "Məni necə namaz qılan görürsünüzsə elə də namaz qılın." (Səhih Buxari)

4) Namazda xuşuya səbəb olan şeylərdən, insanın namaz qılarkən sanki dünyada axrıncı namaz qılırmış kimi əda etməsidir. Əbu Əyyub Əl Ənsari`dən (radiyallahu anhu) gələn hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Namaza durduğun zaman vəda edənin namazı kimi namaz qıl..." (İmam Əhməd, İbn Macə, Şeyx Albani "səhih" deyib.)

Əziz qardaşım islam dininin ən üstün mərtəbəsi ehsan mərtəbəsidir.

Ehsan:  Allahı görürmüş kimi ibadət etmək, sən onu görməsəndə o səni görür.
Əgər sən namazını axrıncı namazın kimi qılarsansa, sən bu namazdakı xuşunu necə hiss edərsən?!
Əgər bir insana ölüm hökmü verilərsə bu zaman O insan axırıncı namazını qılarsa görəsən namazda Allaha sığınmağı necə olar?! O necə özündə xuşunu cəm edər?! Həmçinin onun namaza hazırlaşması necə olar?!

Ey Allahın qulu namazın əzəmətini hiss et, hər namazdan sonra öz nəfsini hesaba çək, gör ki, sən bu namazı doğru şəkildə əda etdinmi?! Sən bunu edərsənsə öz xətalarını görərsən, Allahu Təalə də sənə bu boşluqları doldurmağa yardım edər.


Müəllif: Abduləziz ibn Muhəmməd Sədhən.
Müxtəsər tərcümə: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

Kateqoriya: Məqalələr | Baxılıb: 697 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728