Bazar, 19.05.2024, 07:38
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Mart » 31 » Xoşbəxtliyin səbəbləri - Yeddinci səbəb - Saleh insanlarla yoldaşlıq etmək
20:27
Xoşbəxtliyin səbəbləri - Yeddinci səbəb - Saleh insanlarla yoldaşlıq etmək

Kitab: Xoşbəxtliyin səbəbləri.


Yeddinci səbəb: Saleh insanlarla yoldaşlıq etmək və onların gözəl kəlamlarından faydalanmaq.
Onların başında da alimlər və elm tələbələri durur.


Saleh insanlarla yoldaşlıq etmək və onların gözəl kəlamlarından faydalanmaq. Onların başında da alimlər və elm tələbələri durur.

Saleh insanlarla yoldaşlıq et! Çünki, sən onlardan yalnız xeyir eşidərsən, yalnız xeyir görərsən və Onların məclislərindən faydalanaraq qalxarsan. Ya Onlar sənin elmini artırarlar, ya səndən batili uzaqlaşdırarlar, ya sənin hansısa narahatçılığını aradan qaldırarlar və yaxud da sənin başına gələn hansısa müsibətdə Allahdan sonra sənə yardımçı olarlar.

Salehlərin məclislərinə həris ol! Və öz vaxtından Alimlər və elm tələbələri üçün pay ayır!

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) saleh insanlarla yoldaşlıq etməyə həvəsləndirərək demişdir: "Saleh yoldaşın məsəli ətir daşıyanın məsəli kimidir. Ya O səni ətirləyər, ya sən Ondan ətir alarsan, yaxud da Ondan gözəl iy duyarsan. Pis yoldaşın misalı isə, körükçünün misalı kimidir. Ya O sənin paltarını yandırar, yaxud da ondan pis iy duyarsan." (Buxari və Muslim)

İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) Allahın sevgisini cəlb edən on səbəb zikr edib. O səbəblərdən biri də, saleh insanlarla yoldaşlıq etməkdir. Çünki, sənin olduğun məclislər, ya sənin lehinə ya da sənin əleyhinə hüccət olacaqdır.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: "O qövm ki, bir məclisdən qalxarlar və orada Allahu Təaləni zikr etməzlərsə, uzunqulaq leşinin üzərindən qalxmış kimi olarlar və o məclis Qiyamət günü onların üzərinə həsrət olaraq qalar." (Əbu Davud və Hakim)

Ey Allahın qulu, bax kiminlə yoldaşlıq edirsən? Həqiqətən elə yoldaş vardır ki, xəstəlik kimidir, elə yoldaş da vardır ki, dərman kimidir. Pis yoldaş xəstəlikdir və öldürücü zəhərdir. Amma saleh yoldaş isə dərmandır və Allahın izni ilə şəfadır.

Görsən ki, yoldaşın sənə nəsihət edir, səni dində gücləndirir və sənin dünyada və axirətdə xəşbəxt olmağın üçün səy göstərir, sənə deyir ki, ey filankəs sən namazlarında səhlənkarsan, ey filankəs sən valideynlərinə itaətdə zəifsən, ey filankəs səndə ailənə qarşı məsuliyyətsizlik var, çalış belə yoldaşdan möhkəm yapış! Və belə yoldaşlarla yoldaşlıq etməyə həris ol! Amma görsən ki, yoldaşın sənin dininlə maraqlanmır, səndə naqisliklər görəndə səni uyarmır və səni ibadətlərdə məsuliyyətsiz görəndə sənə nəsihət etmir, belə dostlardan uzaqlaşmaq daha xeyirlidir və belə dostdan uzaqlaşmaq insanı Allaha yaxınlaşdıran əməllərdəndir.

Allah Subhənəhu va Təalədən istəyirəm ki, pis yoldaşlardan bizi qorusun! bizi peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə bir yerdə həşr etsin! AMİN.


Müəllif: Abduləziz ibn Muhəmməd Sədhən.
Müxtəsər tərcümə: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

Kateqoriya: Məqalələr | Baxılıb: 712 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Mart 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31