Şənbə, 18.05.2024, 23:39
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Aprel » 7 » Xoşbəxtliyin səbəbləri - Səkkizinci səbəb - Nəfsi hesaba çəkmək
20:55
Xoşbəxtliyin səbəbləri - Səkkizinci səbəb - Nəfsi hesaba çəkmək

Kitab: Xoşbəxtliyin səbəbləri.


Səkkizinci səbəb: Nəfsi hesaba çəkmək.


Nəfsi hesaba çəkmək insanın halını həqiqi surətdə üzə çıxardan bir əməldir.

İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: "Həqiqətən nəfsi hesaba çəkmək insanı qəbr əzabından xilas edən bir əməldir... Belə ki, insan axşam yatmaq istədiyində öz nəfsini hesaba çəkərək həmin gün nəyi qazandığını və nəyi uduzduğunu bilməli və Allaha səmimi tövbə edərək bu tövbə üzərində yatmalıdır və O, bunu hər gecə etməlidir." (Ər-Ruh kitabı)

Birinci: Öz nəfsini hesaba çək ki, sən bugün Allahın haqqını əda etdinmi?

İkinci: Valideynlərinin haqqını verdinmi? Evinin və övladlarının haqqını verdinmi?

Öz nəfsinə sual ver: Flankəs səni sevir. Nə üçün? Flankəs sənə nifrət edir. Nə üçün? Flankəs sənə nifrət edir, səndən qaçır və səninlə yoldaşlıq etmək istəmir. Nə üçün?

Öz nəfsini sadiqliklə və heç bir üzr axtarmadan hesaba çək.

Əgər Öz nəfsini sadiqliklə hesaba çəkərsənsə, sonra xətalarını xəta sayıb ondan uzaqlaşarsansa və savab əməllərində davamiyyətli olarsansa, bu zaman sənin üçün xoşbəxtlik qapılarından bir qapı açılar.

Bu artıq təcrübə olunmuş bir əməldir. Buna baxmayaraq bəzi insanlar nəfslərini hesaba çəkdiyi zaman, öz nəfslərinə üzrlər axtarmağa çalışırlar və həmişə günahı başqalarında görərək, özlərini günahsız hesab edirlər.

Xeyr, Çalış nəfsini hesaba çəkdiyin zaman sadiq ol! Əgər Allahu Təalə səndə sadiqlik görərsə, bu zaman sən Allahdan yalnız sevindirici şeylər görərsən.



Müəllif: Abduləziz ibn Muhəmməd Sədhən.
Müxtəsər tərcümə: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

Kateqoriya: Məqalələr | Baxılıb: 577 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Aprel 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
 123456
78910111213
14151617181920
21222324252627
282930