Bazar, 19.05.2024, 03:36
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 6 » Xoşbəxtliyin səbəbləri - Dördüncü səbəb - Nafilə əməlləri çoxaltmaq
19:59
Xoşbəxtliyin səbəbləri - Dördüncü səbəb - Nafilə əməlləri çoxaltmaq

Kitab: Xoşbəxtliyin səbəbləri.


Dördüncü səbəb: Nafilə əməlləri çoxaltmaq.


Nafilə əməlləri çoxaltmaq Allah sevgisini cəlb edən səbəblərdəndir. Necə ki fərz əməlləri də etmək Allah sevgisini cəlb edən səbəblərdəndir.

İlahi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) Rəbbindən rəvayət edərək demişdir: "Qulum fərzləri yerinə yetirməklə mənə yaxınlaşarsa mənim üçün sevimli olar və qulum nafilə əməlləri etməklə mənə yaxınlaşarsa mən onu sevərəm." (Buxari)

Əgər Allahu Təalə səni sevərsə, bu elə xoşbəxtliyin ünvanıdır.

Nafilə ibadətləri çoxaltmağın üç faydası var:

1) Həqiqətən nafilələri yerinə yetirmək Allahın sevgisini qazandıran səbəblərdəndir;

2) Nafilə əməllər fərz əməllərdə baş vermiş naqislikləri düzəldir;

Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: "Qiyamət günü qulun ən birinci hesaba çəkiləcəyi əməl namaz olacaq. Əgər qul namazları tam şəkildə əda edibsə ona tam savab yazılar, yox əgər tam şəkildə əda etməyibsə, Allahu Təalə mələklərə deyər: "Baxın qulumun nafilə namazları varmı? Əgər varsa onunla fərzlərin yerini doldurun." Sonra zəkat, sonra da bütün əməllər belə hesaba çəkilər." (İmam Əhməd və Əbu Davud)

3) Nafilə əməlləri çoxaltmaqla və onları qorumaqla xeyirdə öndə olan və saleh əməllərə tələsən kimsələrdən olursan.


Allah Subhanəhu va Təalə Fatir surəsi 32-ci ayədə buyurur: "Sonra, Kitabı qullarımız içərisindən seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur."

Allahu Təalə bu ayədə qulları üç qismə böldü:

1) Özlərinə zülm edənlər (yəni vaciblərdə xətaya yol verənlər);

2) Orta yol tutanlar (yəni yalnız fərz əməllərlə kifayətlənənlər);

3) Allahın izni ilə yaxşı işlərdə öndə gedənlər (yəni fərzləri əda edərlər və onları qoruyarlar, bununla bərabər nafilə ibadətləri çoxaldarlar).

Allah Subhənəhu va Təalədən istəyirəm ki, bizi 3-cü qismdə zikr olunanlardan etsin və bizi nafilə əməlləri çoxaltmaqla onun sevgisinə nail olan qullarından etsin! Amin.


Müəllif: Abduləziz ibn Muhəmməd Sədhən.
Müxtəsər tərcümə: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

Kateqoriya: Məqalələr | Baxılıb: 511 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728