Bazar, 19.05.2024, 02:50
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 10 » Xoşbəxtliyin səbəbləri - Beşinci səbəb - Quranı başa düşərək və tədəbbür edərək oxumaq
21:11
Xoşbəxtliyin səbəbləri - Beşinci səbəb - Quranı başa düşərək və tədəbbür edərək oxumaq

Kitab: Xoşbəxtliyin səbəbləri.


Beşinci səbəb: Qurani Kərimi başa düşərək və tədəbbür edərək oxumaq.


Allahu Təalə aşağıdakı ayələrdə belə buyurur:

"Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır." (Rad, 28)

"Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan ayələr üçün yumşalması, daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmaması vaxtı gəlib çatmadımı?" (Hədid, 16)

"Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?" (Muhamməd, 24)

"Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar." (Nisə, 8)

"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr." (Həşr, 21)

Əgər insan Quranı tədəbbürlə və mənasını başa düşərək oxuyarsa, Allahu Təalə onun köksünü açar və qəlbini rahat edər. Lakin şərtdir ki, insan ordakı əmrləri yerinə yetirsin və qadağanlardan çəkinsin.

İnsan hər dəfə Quran oxuduğu zaman Allahın əmri zikr olunan ayəyə rast gəldikdə, qəlbini yoxlamalıdır ki, O əmri yerinə yetirir, yoxsa yox. Əgər yerinə yetirirsə Allahu Təaləyə həmd etməli və Ondan bunun üzərində sabitlik istəməlidir. Yox əgər yerinə yetirmirsə, istiğfar etməli və Allahdan bağışlanma diləməlidir. Həmçinin Allahu Təalənin qadağanı zikr olunan ayəyə rast gəldikdə də qəlbini yoxlamalıdır ki, o qadağandan çəkinir, yoxsa yox. Əgər çəkinirsə yenə də Allaha həmd etməlidir. Yox, əgər çəkinmirsə, bu zaman narahat olaraq Allahdan bağışlanma diləməlidir. Kim belə edərsə, artıq qəlbi və əzaları ilə Qurana yönəlmiş olar.

Allahu Təalə buyurur:

"Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır." (Qaf, 37)

İbn Məsud (Allah ondan razı olsun) demişdir: "Əgər eşitsən ki, Allahu Təalə deyir: "EY İMAN GƏTİRƏNLƏR!" bu zaman qulağını aç və yaxşı dinlə! Ya O bir xeyirdir sənə onu əmr edir, ya da bir şərdir səni ondan çəkindirir."

İbn Məsud (Allah ondan razı olsun) bu ayənin təfsirində, "Quranı da aramla oxuyun." (Muzzəmmil, 4) - belə buyurur: "Onun (Quranın) mənaları üzərində dayanın! Qəlbinizi hərəkət etdirin! Şeir kimi oxumayın! Hekayə kimi oxumayın! Və sizdən birinizin dərdi surənin axırına çatmaq olmasın!" (Bəğavi təfsirdə)

Görürsən ki, bəzi insanlar Quranı sürətlə oxuyurlar və həftədə bir dəfə Quranı xətm etmək həvəsi ilə Quranın bəzi hərflərini yeyərək oxuyurlar. Belə insanlar çox xeyirdən məhrum olurlar.

Əziz qardaşım, (Allah səni qorusun): Çalış ki, Quranı aramla, tədəbbürlə və mənasını başa düşərək oxuyasan!

Buna görə səhabələr on ayə oxuyardılar və orada olan əhkamları başa düşərdilər hətta ona əməl edərdilər, bundan sonra başqa ayəyə keçərdilər.

Allah Subhənəhu va Təalədən istəyirəm ki, bizə əməllərizdə Peyğəmbər`i (Allahın ona salavat və salamı olsun) və Onun Səhabələrini (Allah onlardan razı olsun) özümüzə örnək götürməyi nəsib etsin! Əmin!


Müəllif: Abduləziz ibn Muhəmməd Sədhən.
Müxtəsər tərcümə: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

Kateqoriya: Məqalələr | Baxılıb: 628 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728