Bazar, 19.05.2024, 06:09
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 18 » Xoşbəxtliyin səbəbləri - Altıncı səbəb - Zikrləri qorumaq
21:49
Xoşbəxtliyin səbəbləri - Altıncı səbəb - Zikrləri qorumaq

Kitab: Xoşbəxtliyin səbəbləri.


Altıncı səbəb: Zikrləri qorumaq.


Zikr iki növdür:

1) Mütləq (hər hansı bir vaxtla vəya məkanla təyin olunmayan) zikrlər.

Məsələn: Quran oxumaq, təsbih (Subhənəllah), istiğfar, təhlil (Lə İləhə İlləllah) və bunlar kimi vaxt və ya zamanla təyin olunmayan zikrlər.

2) Muqayyəd (hər hansı bir zamanla və ya məkanla qeyd olunmuş) zikrlər.

Elm əhli demişdir: Həqiqətən hər hansı bir zamanla və ya məkanla qeyd olunmuş zikrlər öz vaxtında başqa zikrlərdən daha əfzəldir. Bu zikrlərə misal: Səhər və Axşam zikrləri, Yatarkən oxunan zikrlər, Namazdan sonra olunan zikrlər və s. Əgər müsəlman bu zikrləri və bununla bərabər sünnədə varid olan başqa duaları, hansı ki, alimlər bu duaları (Gündüzün və gecənin əməli) adlandırırlar, misal olaraq: Evə daxil olarkən oxunan dua, Evdən çıxarkən oxunan dua, Səfər duası, Minik duası, Bazara girərkən oxunan dua və buna bənzər başqa duaları qoruyaraq davamiyyətli edərsə, bu zaman onun üçün xoşbəxtlik qapılarından bir qapı açılar.

Lakin yuxarıda qeyd etdiyimiz kimi bilmək lazımdır ki, muqayyəd (hər hansı bir zamanla və ya məkanla qeyd olunmuş) zikrlər öz vaxtında başqa zikrlərdən əfzəldir. Aşağıdakı misalda bu aydın olacaq:

Məsələn görsən bir kişi camaatla namaz qılır və salam verdikdən sonra dərhal yanındakı ilə söhbət edir və ya bir kitab alıb oxuyur. Ona deyilir ki: Bu əzəmətli bir xeyri itirməkdir. O insan hətta namazdan sonra bir başa Quran götürüb oxusa belə, ona deyilir ki, bu düz deyil. Çünki, muqayyəd zikrlər öz vaxtında daha fəzilətlidir. Səhər zikrləri öz vaxtında quran oxumaqdan daha fəzilətlidir, Axşam zikrləri öz vaxtında quran oxumaqdan daha fəzilətlidir və s.

Bəzi sələflər demişdirlər: "Allahu Təalə zikrdən çox ibadət əmr etməmişdir."

Ey Allahın qulu çalış ki, dilin daim Allahı zikr etməklə islaq qalsın. Necə ki, Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) bunu öz səhabələrinə tövsiyə etmişdir. Həmçinin çalış muqayyəd zikrləri öz vaxtında et və onları qoru! Çunki zikr insanın köksünü genişlədirir, ruhunu qidalandırır, fərəh və sevinc bəxş edir.
 
"Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır." (Rad, 28)

Həqiqətən müsibət odur ki, bəzi müsəlmanlar biraz Quran oxuyurlar, zikr edirlər və tezliklə bezərək tərk edirlər. Amma görürsən ki, hansısa bir qəzetdə bir məqalə oxuyanda bütün vaxtlarını ona sərf edirlər, heç bezmirlər. Əksinə görürsən ki, o məqaləni bezmədən təkrarən oxuyurlar.

Bəzi insanlar da şeirlər əzbərləyirlər və o şeyrləri heç əziyyət çəkmədən ardıcıllıqla oxuyurlar və öz saçlarını şeir oxumaqda ağardırlar.

Peyğəmbər (Ona Allahın salavat və salamı olsun) demişdir: "Sizdən birinizin mədəsini irinlə doldurması şeirlə doldurmasından onun üçün daha xeyirlidir." (Buxari və Muslim)

Burda zikr olunması yaxşı olan sözlərdən: Ə'məşdən (Allah ona rəhmət etsin) rəvayət olunduğuna görə, O belə demişdir: "Əgər görsən ki, Bir şeyx (qoca) quran oxumur, hədis yazmır, bil ki, O ay şeyxlərindəndir." Bunu rəvayət edənlərdən biri Ondan soruşur: "Ay şeyxləri nədir?" O deyir: "O şeyxlərdir ki, aylı gecədə oturarlar, səhərə qədər insanların qeybətini edərlər. Onlardan heç biri gözəl şəkildə dəstəmaz almağı belə bilməzlər." (Xatib Əl-Bağdadinin "Hədis əhlinin şərəfi" kitabından)

Allah Subhənəhu va Təalədən istəyirəm ki, bizi daima zikr edən qullarından etsin. Əmin!


Müəllif: Abduləziz ibn Muhəmməd Sədhən.
Müxtəsər tərcümə: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

Kateqoriya: Məqalələr | Baxılıb: 600 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728