Bazar, 19.05.2024, 03:16
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 21 » Tövhidin fəziləti
22:12
Tövhidin fəziləti

TÖVHİD

1 - Tövhidin fəziləti


10. Əbu Zərr[1] (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Allah (Azzə və Cəllə) buyurur: "Kim yaxşı bir əməl ilə (hüzuruma) gəlsə, ona on misli qədərəlavə (yeddi yüzə qədər və daha çox savab) verərəm. Kim günah ilə gəlsə, ona (həmin) günaha bərabər əvəzini verərəm və ya bağışlayaram. Kim Mənə bir qarış yaxınlaşsa, Mən də ona bir dirsək[2] yaxınlaşaram. Kim Mənə bir dirsək yaxınlaşsa, Mən də ona bir qulac[3] yaxınlaşaram. Kim Mənə doğru yeriyərək gəlsə, Mən də ona doğru yüyürərək gələrəm. Kim Mənə heç bir şeyi şərik qoşmadan yer boyda günahla Mənimlə görüşsə, Mən də (onun etdiyinin) misli qədər məğfirətlə onu qarşılayaram”.[4]

11. Əbu Səid əl-Xudri[5] (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbbləri ilə mücadilə etmələri sizdən birinizin dünyada haqq uğrunda müca­dilə etməsindən daha şiddətli olacaqdır. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnə­mə sal­dın”. Allah buyuracaq: "Gedin və tanıdıqlarınızı oradan çıxar­dın!” Möminlər gəlib onları görkəmlərindən tanıya­caq­lar. Od onlar­dan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: "Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyin kəs­ləri çıxartdıq”. Allah buyuracaq: "Qəlbində dinar ağırlında iman olan kəsləri çıxardın!” Sonra isə: "Qəlbində yarım dinar ağır­lığında”- hətta "zərrə ağırlığında”- deyə buyuracaq”. Əbu Səid əl-Xudri (radıyallahu anhu) dedi: "Kim inanmırsa, bu ayəni oxusun: "Şübhə­siz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur” (ən-Nisa, 48)”.[6]



[1] - Əbu Zərr Cundəb ibn Cunadə əl-Ğifari (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabəsidir. Hicrə­tin 31-ci ilində Mədinə yaxınlığında vəfat etmişdir.

[2] - Dirsək - dirsəkdən barmaqların ucuna qədər uzunluqda olan qədim ölçü.

[3] - Qulac - iki qol açıldığı zaman birinin ucundan digərinin ucu­na qədər olan məsafə.

[4] - Muslim, 2687, 4852, 7009.

[5] - Əbu Səid Səd ibn Malik ibn Sinan əl-Xudri (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm səhabəsidir. Ən çox hədis rəvayət etmiş yeddi səhabədən biridir. Mədinənin müftisi olmuşdur. Xəndək döyüşündə və Rizvan beyətində (yəni, ağac altında olan beyətdə) iştirak etmişdir. Hicrətin 74-cü ilində vəfat etmişdir.

[6] - ən-Nəsai, 5010, 5027. əl-Albani hədisi səhih olduğunu bildirmişdir.

Kateqoriya: Səhih Qüdsi Hədislər | Baxılıb: 675 | Əlavə edib: abubakr | Reytinq: 3.0/2
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031