Bazar, 19.05.2024, 01:21
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 9 » Terror hadisələri müsəlmanlara böyük şərr gətirir !!!
23:31
Terror hadisələri müsəlmanlara böyük şərr gətirir !!!


1) Terror hadisələri müsəlmanlara böyük şərr gətirir !!!

Həqiqət budur ki, bu (hadisələr) İslama zərər vurur və insanları bu dindən daha da uzaqlaşdırır.

Müsəlmanların vəziyyəti elə həddə gəlib çatmışdır ki, bu terrorçu dəstəyə aid edilməmələri üçün az qalsın öz sifətlərini örtmək istəyirlər. İslam dini bundan uzaqdır. Hətta cihad barədə əmr verildikdən sonra belə Peyğəmbərin səhabələri heç bir zaman kafir cəmiyyətlərinə gedib onları öldürməmişdirlər, heç vaxt! Cihad yalnız bunu həyata keçirmək iqtidarında olan hakimin bayrağı altında olur.

Terrorizmə gəldikdə, Allaha and olsun ki, bunlar müsəlmanlar üçün naqislikdir. Allaha and içirəm ki, biz heç bir zaman bunun faydasını görmədik. Əksini gördük. Bu, İslam dini barədə mənfi rəy yaradır. Lakin biz hikmətlə hərəkət etsəydik, Allahdan ilk öncə özümüz barəsində qorxsaydıq və sonra şəriətdə icazə verilən üsullarla digər insanların vəziyyətini islah etməyə cəhd etsəydik, bunun nəticəsi gözəl olardı.

İbn Üseymin "Ümmətə dair fətvalar”, səh.55

2)  Terror hadisələri müsəlmanlara böyük şərr gətirir !!!

Terror öz ölkələrində yaşayan müsəlmanların, özünüz də şahid olduğunuz kimi öldürülməsi ilə nəticələnir. Bunun nə dəvət, nə də cihadla əlaqəsi yoxdur. Eynilə partlayışlar və viran qoymaq, bu sadəcə hal-hazırda baş verdiyi kimi müsəlmanlara daha böyük zərər, şərr gətirir…

Şeyx Fəuzan "Ümmətə dair fətvalar”, səh.65

3) Təyyarələri oğurlamaq, binaları partlatmaq və hökumətə qarşı inqilab və yaxud üsyan etmək

Sual:Təyyarələri oğurlamaq, binaları partlatmaq və hökumətə qarşı inqilab və yaxud üsyan etmək olar? Bunlar əməl edilməsi üçün bir şəxsin sevdiyi İslamın əsaslarından sayılırmı? Allah sizi xeyirlə mükafatlandırsın, bizi faydalandırın.

Cavab: Bu məsələlər İslam dininin qadağan etdiyi həlak, viran qoymaqdır və bunlar müsəlmanlar üçün daha çox şər gətirir. Çünki qeyri-müsəlmanlar müsəlmanlara hücum etmək və onları məhv etmək üçün bunu dəlil, əsas götürürlər. Məhz bu əməllərdir ki, qeyri-müsəlmanlar İslam dinini terror dini kimi nüfuzdan salmaq üçün bunlardan əsas kimi istifadə etməkdədirlər, bu cür əməllərdən dolayı onlar bunu söyləyirlər.

İslam dini partlayışları, viranə qoymağı və təyyarələri oğurlamağı qadağan edir. Çünki digərlərinə zərər vurmamışdan öncə bunun zərəri ilk öncə müsəlmanlara dəyir və həmçinin bunların heç bir faydası yoxdur, yalnız zərər gətirir.

Şeyx Fəuzan, "Ümmətə dair fətvalar”, səh. 65


Kateqoriya: Fətvalar | Baxılıb: 540 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031