Şənbə, 18.05.2024, 21:41
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Aprel » 28 » TƏKFİR FİTNƏSİ - Əhli Sünnətin təkfir məsələsində mövqeyi - Pdf, Apk
21:37
TƏKFİR FİTNƏSİ - Əhli Sünnətin təkfir məsələsində mövqeyi - Pdf, Apk



Yüklə:

PDF

Həcmi - 7 mb
---------------------

Android sistemli telefonlar üçün:

APK

Həcmi - 1 mb
 ---------------------

Play Marketdən Yüklə:

https://play.google.com/store/apps/details?id=com.appmk.book.AOUTVFDEDKPPSHCTR
---------------------


Əhli Sünnə vəl Cəmaat əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil və təvilçi bir kimsənin küfrə aparan bir əməl işləməsi halında – tərk edənin kafir olmasına səbəb təşkil edəcək olan – dəlili ona qarşı ortaya qoymadıqca İslam dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsənin də küfrə götürən bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər.
Şirkdən daha aşağı olan, böyük günahlardan hansını işləyirsə işləsin bu günahı səbəbiylə heç bir müsəlmanın kafir olduğunu söyləməzlər, belə bir günahı işləyən kimsənin kafir olduğu hökmünü verməzlər. Onlar o, kimsəni o, günahı halal qəbul etmədiyi müddətdə və ya dindən olduğu qəti (zəruri) olaraq bilinən bir şeyi inkar etmədiyi müddətdə o, kimsənin fasiq və ya imanının əskik olduğuna hökm edərlər.

«Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar…»

(ən-Nisa 48).

«Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar».

(ən-Nisa 116).

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de ki: «Ey mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən O bağışlayan və rəhm edəndir».

(əz-Zumər 53).

Əbu Hureyrə – Allah ondan razı olsun – rəvayət edir ki, Rəsulullah – Allahın ona salavat və salamı olsun - buyurdu: 

«Zinakar, zina etdiyi vaxt mömin olarsa zina etməz, içki içən, içki içdiyi vaxt mömin olarsa içki içməz, oğruluq edən, oğruluq etdiyi vaxt mömin olarsa oğurluq etməz»
-------------------
Böyük günah işləyən kimsənin kafir olduğuna və ya iki mənzil arasında bir yerdə olduqlarını hökm edən sapıq firqələrdən fərqli fikirdədirlər. Belə bir kimsəyə qarşı haqq açıqlanmadığı müddətdə, onun haqqında belə hökm verməzlər. Haqqın açıqlanması isə ona qarşı dəlilin ortaya qoyulması və şübhəsinin aradan qaldırılması ilə olur. Müəyyən bir kimsəni də yalnız lazımı şərtlərin gerçəkləşməsindən və maneələrin ortadan qaldırılmasından sonra təkfir edərlər. Qəti olaraq müsəlman olduğu sabit olan kimsənin bu müsəlmanlığı şübhə ilə ortadan qalxmaz – şəklindəki Sələfi qaydalarının işığında Sələfi Salihin hərəkət etmiş və bu baxımdan insanları təkfir etməkdə insanlar arasında ən uzaq kimsələrdir.

Əbu Bəkr Allah ondan razı olsun deyir ki: 

"Mənim üçün əmin-amanlıqda olmaq və buna görə Allaha həmd etmək, imtahanlara məruz qalıb buna səbr etməkdən daha yaxşıdır”.

Ömər – Allah ondan razı olsun – deyir ki:

"Şübhə olan bir hədd cəzasını mənim üçün tərk etmək, şübhəli olaraq hədd cəzasını tətbiq etməkdən mənim üçün yaxşıdır”. İmam İbn əl-Munzir Allah ona rəhmət etsin deyir ki: "Elm əhli ittifaq etmişlər ki, şübhə və bəlli olmayan bir halda hədd cəzası tətbiq edilməz”.

İbn Abdul Bərr – Allah ona rəhmət etsin – deyir ki: "Quran və Sünnə müsəlman bir kimsəni açıq-aydın dəlil olmadan, şübhə əsasında kafir və ya fasiq adlandırmağı qadağan edir”.


Belə ki, küfr olan hər bir şeyə görə müəyyən bir şəxs təkfir olunacaq deyə bir şey yoxdur. Bir sözün küfr olduğuna hökm vermək ilə o, sözü söyləyən kimsənin kafir olduğuna hökm etmək arasında fərq qoymaq lazımdır. Məs: Allahın zatının hər yerdə olduğunu söyləmək küfrdür, Allahın sözünün məxluq olduğunu söyləmək küfrdür, Allahın İsim və Sifətlərini qəbul etməmək küfrdür və s. bu kimi xüsuslar haqqında hökm vermək əməl və ya söz haqqında hökm vermək qəbilindəndir. Lakin durum müəyyən bir kimsə ilə əlaqədar olduqda o, vaxt durmaq və o, kimsəyə sual verib onunla mübahisə etməkdən əvvəl əleyhinə küfr hökmü verməmək lazımdır. Belə ki, bir kimsəyə görə bu xüsuslarda hədis olmamış ola bilir və ya təvilçi bir kimsə ola bilir. Nasları (Quran və Hədisi) başa düşməyən, həmçinin Cahil bir kimsə ola bilir. Mübahisədən sonra şübhə ortadan qalxar və ona qarşı dəlil ortaya qoyulacaq olursa artıq bundan sonra vəziyyət fərqli bir hal alır. Belə ki, təvil edən kimsə ilə cahil kimsənin hökmü, inad edən və bilərək günaha yönələn kimsənin hökmü ilə eyni deyildir.

İmam Hərəvi Allah ona rəhmət etsin deyir ki:

"Quranın məxluq olması barəsində əl-Əzhəridən soruşurlar. Sən belə bir kimsəni kafir sayırsanmı?”. O: "Onun dediyi küfrdü”. Ondan üç dəfə soruşurlar və eyni cavabı da verir və: "Müsəlman bir kimsə də bu sözləri söyləyə bilər”.

İbn Teymiyyə Allah ona rəhmət etsin deyir ki: «Buna görə də təvil edən cahil kimsə ilə cahilliyi qəbul edilən bir kimsənin hökmü heç bir zaman inadçı və bilə-bilə inkar edənin hökmü eyni deyildir. Uca Allah bunların hər birini ayrı-ayrı şəkildə dəyərləndirmişdir»

--------------------

Ardını kitabı endirərək oxuya bilərsiniz.

Kateqoriya: Kitablar | Baxılıb: 860 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Aprel 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
 123456
78910111213
14151617181920
21222324252627
282930