Bazar, 19.05.2024, 01:46
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Aprel » 3 » Subay qardaşlara HƏDİYYƏ !
20:42
Subay qardaşlara HƏDİYYƏ !

Subay qardaşlara HƏDİYYƏ !

Bismilləhir-Rahmənir-Rahim

Qardaşları evlənməyə həvəsləndirəcək bəzi sözlər: 

1. İbn Məsud (Allah ondan razı olsun) deyir: "Əgər mənim ömrümdən on gün belə qalsaydı və mən bilsəydim ki, axırda öləcəm və evlənməyə gücüm olsaydı, fitnəyə düşməmək qorxusu ilə bu on gündə evlənərdim." (Səid bin Mansur "Sünnə" kitabı, 493.)

2. Həmçinin İbn Məsud (Allah ondan razı olsun) demişdir: "Əgər ömrümdən bir gecə qalsa belə istərdim həmin gecə evli olum." (İbn Əbi Şeybə "Musannəf" kitabı, 16164.)

3. Həsənul Basri (Allah ona rəhmət etsin) deyir: "Muaz ölüm yatağında olarkən belə dedi: Məni evləndirin, mən Rəbbimin hüzuruna subay köçmək istəmirəm." (İbn Əbi Şeybə "Musannəf" kitabı, 16157, isnadında zəiflik var.)

4. Şəddəd bin Ovs (Allah ondan razı olsun) yaşlandığında gözləri tutulmuşdu, amma yenə deyirdi: "Məni evləndirin, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənə tövsiyə edib ki, Rəbbimin hüzuruna subay köçməyim." (İbn Əbi Şeybə "Musannəf" kitabı, 16156, isnadında zəiflik var.)

5. İbn Abbas (Allah onların hər ikisindən razı olsun) Səid bin Museyyibə (Allah ona rəhmət etsin) belə demişdir: "Evlən, çünki bu ümmətin ən xeyirliləri qadını çox olanlarıdır." (Səhih Buxari, 4782.)

6. İbrahim bin Meysara (Allah ona rəhmət etsin) deyir ki, Tavus bin Keysan (Allah ona rəhmət etsin) Kəbəni tavaf edərkən mənə dedi: "Ya evlənəcəksən, ya da Ömərin (Allah ondan razı olsun) Əbu Zəvəidə dediyini məndə sənə deyəcəm. Ömər (Allah ondan razı olsun) ona demişdir ki, sənə evlənməyə ya acizliyin mane olur, ya da facirliyin (günah işlə məşğul olmağın) mane olur." (İbn Əbi Şeybə "Musannəf" kitabı, 16158.)

7. Ömər (Allah ondan razı olsun) bir kişidən soruşur: "Evləndin?" Deyir: "Xeyr." Ömər (Allah ondan razı olsun) deyir: "Sən ya axmaqsan, ya da facirsən (yəni, ehtiyacını haramla ödəyirsən)." (Abdurrazzaq "Musannəf" kitabı, 10383.)

8. İbn Ömər (Allah onların hər ikisindən razı olsun) deyir: "Ömər (Allah ondan razı olsun) bir qadınla evləndi və həmin qadının övladı olmadı. Ömər (Allah ondan razı olsun) dedi: Evdə olan həsir doğmayan qadından daha yaxşıdır. Allaha and olsun ki, mən sizə şəhvətim üçün yaxınlıq etmirəm! Lakin mən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini eşitdim: "ƏRLƏRİNİ SEVƏN VƏ ÇOXLU UŞAQ DÜNYAYA GƏTİRƏN QADINLARLA EVLƏNİN, ÇÜNKİ MƏN QİYAMƏT GÜNÜ SİZİN ÇOXLUĞUNUZLA BAŞQA ÜMMƏTLƏR QARŞISINDA ÖYÜNƏCƏM." (Kənzul Umməl 45589, isnadı Ceyyiddir, yəni yaxşıdır.) 

9. Ömər (Allah ondan razı olsun) həmçinin demişdir: "Mən subay bir gənc görəndə ondan ətim ürpəşir. Bilsəydim ki, bu dünyada üç gün ömrüm qalıb, istərdim ki, o müddətdə evlənim." (Kənzul Umməl, 45590.)

10. Amr bin Dinar (Allah ona rəhmət etsin) deyir ki, İbn Ömər (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ölümündən sonra evlənmək istəmədi. Bacısı Hafsa (Allah ondan razı olsun) ona dedi: "Ey qardaşım, evlən! Əgər bir övladın olub ölərsə, sənin Cəhənnəm atəşindən qorunmağına səbəb olar, əgər yaşayarsa səndən sonra sənin üçün dua edər." (Abdurrazzaq "Musannəf" kitabı, 10388.)

11. Mucahid (Allah ona rəhmət etsin) deyir ki, İbn Abbas (Allah onların hər ikisindən razı olsun) Məhcəni və Kureybi yanına çağıraraq onlara belə dedi: "Siz artıq evlilik yaşına çatmısınız. Əgər evlənmək istəsəniz, sizi evləndirim. Bilin ki, bir kişi zina edərsə, Allah ondan İslam nurunu qaldırar, sonra istəsə ona qaytarar, istəsə də qaytarmaz." (Kənzul Umməl 45606)

12. Tavus (Allah ona rəhmət etsin) deyib: "Subay gəncin evlənməmiş etdiyi həcci kamil deyildir." (İbn Əbi Şeybə "Musannəf" kitabı, 16159, isnadında zəiflik var.)

13. Vahb bin Munəbbih (Allah ona rəhmət etsin) demişdir: "Subayın misalı, səhrada bitən tək ağacın misalına bənzəyir, külək onu istədiyi tərəfə çevirər." (Abdurrazzaq "Musannəf" kitabı, 10386, isnadı səhihdir.) 

14. Mərvəzi (Allah ona rəhmət etsin) İmam Əhməddən (Allah ona rəhmət etsin) belə rəvayət etmişdir: "Subay qalmaq İslamdan deyildir. (yəni, İslamın əmr etdiyi şeylərdən deyil.)" (İbn Qudamə "Şərhul Kəbir" kitabı, 7/335.)

15. Həmçinin demişdir: "Kim səni evlənməməyə dəvət edərsə, artıq səni İslamdan başqa şeyə dəvət etmişdir." (İbn Qudamə "Muğni" kitabı, 14/353.)

Allahdan istəyirəm qardaşlarım üçün faydalı etsin və oxuyub əməl edənlərdən etsin!



Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Emin Hacıyev.
Kateqoriya: Faydalar | Baxılıb: 1093 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Aprel 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
 123456
78910111213
14151617181920
21222324252627
282930