Bazar, 19.05.2024, 04:45
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 8 » Sual-Cavab - Qamət Süleymanov - 2-ci hissə
11:16
Sual-Cavab - Qamət Süleymanov - 2-ci hissə

Sual-Cavab - Qamət Süleymanov - 2-ci hissə

Abubakr məscidinin forumu

1) Qardash deyirsiz ki, giymet artimi ve sair gunahlara goredir , naraziliq edenleri ginayirsiz. bes ne etmelidirler qoyun kimi olsunlar ?? bu meselede muselman ve ya cahil ittifaq halinda oz naraziliglarini bildirirler . sizin iqtisadiyyatdan bashiniz cixmir , ona gorede xahish edirem bele meselelere konkret rey bildirmeyin .

Cavab: Mən demirəm, Allah və Rəsulu (sallALLAHU 'aleyhi wa sallam) deyir. İqtisadiyyat da Allahın əlindədir. Çıxış yolu doğru yola qayıtmaqdır.

2) Bidet ehlinen Qur'an oyrenmek olar?umumiyyetle onlarin elm meclisinde istirak etmek onlarla unsiyyet qurmaq olar?

Cavab: Çalışın bidət əhlindən çəkinin. Vəssalam.

3) Ne ucun Qurani oxumadan evvel mutleq destemaz almaq lazimdir?? bunun delili nedir?? Quran ve sunneden olsun?

Cavab: Çünki siz Allahın kəlamını oxuyursunuz. Ona görə. Vaqiə surəsi, 79-cu ayə: "Ona yalnız pak olanlar toxuna bilər!"

4) Şeyx men firmada isləyirəm.taksi firmasinda.masinlari suruculərə arendaya veriyik.yəni gundəlik arenda haqqi ve qazancindan 15% aliriq her bir surucudən.bilmək istəyirəm bu nəqədər duzgundu.?yəni faiz məsələsinə baxanda.bu qazanc halaldi və o qazancdan qurban sədəqə vermək olar?

Cavab: Sizin üçün problem deyil. Edə bilərsiniz.

5) Məsciddən başqa evdə işdə asr meğrib və işa namazlarını qılarkən azan verdikdən sonra fərzdən əvvəl 2rükət sünnə namazı qılınır?

Cavab: Qıla bilərsiniz.

6) Eger evde 1ci zovce ferz namazi qilibsa sonra eri gelib qilarsa eri azan vermelidi?

Cavab: Versə yaxşıdır.

7) Şeyx avtobusdan düşəndə yaddan çıxıb yol pulunu verməmişəm. Bunu bilən kimi avtobusun dalınca getdim saxlamağa icazə olmayan yer idi deyə saxlamadı avtobusu. İndi mən həmin pulu o xətt üzrə işləyən hər hansı bir avtobusa versəm olarmı. Yoxsa həmin sürücünü tapmalıyam?

Cavab: Həmin sürücünü görsən verərsən. Əks halda lazım deyil.

8) Eger namaz qilinan otaqda korpe uwaq varsa ve eyninde pampers varsa ve ya kenarda pampers varsa bu necaset sayilir?

Cavab: Namaza maneçiliyi yoxdur.

9) Bildiyiniz kimi camaat ile seher namazi qilmaq Allahin muhafizesine sebeb olur.Burada sohbet hansi muhafizeden gedir, neden muhafize? meselen Uhud dowuyunde olan muselmanlar, peygember s.a.s. bawliqda olmaqla zedelenmiwdiler, doyuwu uduzdular.

Cavab: Yəni, hər bir şərdən.

10) Allah rizasi ucun deyil ve dinin teleblerine gore deyil, dunyavi meqsedler ucun insanlarla munasibet saxlamaq olarmi, birden mene lazim olar ve s. meqsedler ucun?

Cavab: Olar.

11) Muselman onu kimse soyende ne etmelidir? vurmalidirm, cavab qaytarmalidirmi? xususende bu onu hormetine tesir edirse, eyer nese etmese.

Cavab: Ən birinci başa salın. Deyin ki, nə söysə qayıdır özünə. Gücün çatsa, fitnə olmasa, tərbiyə məqsədilə bir-iki qulaqburması ver.

12) Men tez tez seferlerde oluram,namazlari qisaldiram.Seferde Meqrib namazini qildiqdan sonra camaat isha namizina qalxarsa,mende onlara qosulummu ya cekilim tek oz vaxtinda qilim?Hansi daha efzel olar

Cavab: Camaata qoşul.

13) Bir qardashin uzune tuk cixmir ancaq biq ve cene nahiyesine ve bezi kicik yerlere cixir. O son texnalogiyadan istifade edib uzune tuk ekdire bilermi niyyet Allah rizasi ucun saqqal saxlamaq ucun?

Cavab: Xeyr, lazım deyil.

14) Jume namazina gatilmagin son hetti ne vahtdir. İkinci ruketin rukununa chatsam -Jume namazinin savabi sayilir?

Cavab: Bəli. İkinci rükətin rükusuna çatsan sayılır.

15) Menim gucum yalniz ferz namazlarina catir, sunnetlere yox. hec qilmamaqdansa yalniz ferzleri qilsam kifayetdir? yoxsa sunnetleri qilmiramsa, namaz qilmish sayilmiram?

Cavab: Düzdür, əsas fərzdir. Ancaq sünnələri də qılın. Çünki ona həm bu dünyada ehtiyacınız var, həm də axirətdə ehtiyacınız olacaq.

16) Namehrem qadinlarin ve kishilerin birlikde namaz qilmalari haramdirsa. Mekkede qadinlar ve kishiler birlikde namaz qilmalari duzgundur?

Cavab: Məkkə istisnadır. Baxmayaraq ki, orda yerlər ayrılsa belə. Hətta namazdan əvvəl xüsusi adamlar səfləri gəzib qadınları xüsusi ayrılmış yerlərə çıxarırlar. Lakin dünyanın hər yerindən gəlirlər. Məscid də böyükdür. Bəzən təvaf vaxtı adam çox olduğundan tam ayrıla bilmirlər. Ümumiyyətlə, Kəbə istisnadır.

17) Allahın adları və sifətləri arasında fərq nədədir?

Cavab: İsim - yəni Özünü necə adlandırıb, sifət isə özünü necə vəsf edib.


Sualları cavablandırdı: Qamət Süleymanov

mənbə: abubakr-mescidi.com (Dekabr-Yanvar, 2013-2014-də verilən suallar.)

Kateqoriya: Sual-Cavab | Baxılıb: 1913 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728