Bazar, 19.05.2024, 10:33
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 10 » Sual-Cavab - Qamət Süleymanov - 1-ci hissə
22:47
Sual-Cavab - Qamət Süleymanov - 1-ci hissə

Sual-Cavab - Qamət Süleymanov - 1-ci hissə

Abubakr məscidinin forumu

1) Cox shokoladlarin terkibinde yazilirki Etiloviy spirt bu shokoladlari yemek olar yoxsa yox?

Cavab: Əgər maye halındadırsa, bundan çəkinin, amma tərkibinə müəyyən xüsusiyyətlər üçün vurulubsa, onda yeyə bilərsiniz.

2) men cinler haqqinda bilmek.isterdim yeni. Mene ewitdiyime gore teharete girende dua oxumusan cinler insanlarla elaqede yaxinliq edir. Bu haqqda oyrenmek isterdim.

Cavab: Cinlər bir məxluqdurlar. Onlar da insanlar kimi mükəlləfdirlər. İnsanlara gələn peyğəmbərlər onlara da aiddirlər. Müəyyən məsələlərdə bizdən fərqlənirlər.

3) sheyx yoldashim inshaatda ishliyir.shalvari topuqdan ashagi salir ki (ishliyende ancaq) ayaqqabisina qum,dash girmesin,olar elemek bele?

Cavab: İmkan olsa, corabının içinə salsın.

4) Bidet ehlinin qeybeti halaldi bilirem. Bes eger bidet ehlinin şexsi keyfiyyetlerinden danisilsa bu olar yoxsa yox? Yani biri var dindeki bidetlerinden eqidesinden danismaq, biri de var pintiliyinden, usaqlarina pis baxmagindan..bir sozle dinle elaqesi olmayan şexsi keyfiyyetlerden
Bilirem cekinmek yaxsidir, amma konkret haramdir ya yox onu bilmek isteyirem.

Cavab: Bəli, bidət əhlinin bu cür xüsusiyyətlərindən danışmaq olar, amma əgər ehtiyac varsa, amma şəxsi və dini məsələlərdən danışmaq haramdır.

5) Seyx, bu yaxında benzinin qiymətinin artması ilə bağlı çox qardaş naraziliqlarını bildirdilər.Bəzi qardaşlar da başa saldilar ki,naraziçiliq etmək olmaz.Bu xəvariclik əlamətidir.Amma yenədə narazıçılıq elədilər.Sualım budur ki,müsəlman qiymət artimina qarşı narazıçılıq edərsə ona dərs olsun deyə salamı kəsmək olar?

Cavab: Xeyr, lazım deyil. Sadəcə başa salın ki, bunlar hamısı günahlara görədir, yəni səbəb insanların özləridir. Kim bunu başa düşsə, onun üçün belə hallarda rahat olacaq.

6) seyx sizden chox xahish edirem son zamanlar qiymetlerin qalxmasi ile baqli muselmanlar arasinda yaranan narazichiliqlara fikir bildiresiniz.doqrudurmuki bu narazichiliqlarin dahada alovlanmasini xevaricler edirler?umumiyetle ne uchun benzinin qalxmasi bunlari bele narahat edir?

Cavab: Bu məsələlər insanların günahları ilə bağlıdır. Xəvariclər hətta qiymətlər aşağı düşsə belə, hətta hakim benzini pulsuz eləsə belə, yenə də hakimdən narazı olacaqlar. Ona görə də bunların narazılıqlarına fikir verməyin. Bunlara əbəs yerə narazı firqəsi demirlər ki ))

7) namazdan qabaq bismilleh demek dogrudurmu yoxsa bidet?

Cavab: Belə demək lazım deyil...

8) Men cahil, elecede namaz qıldığım vaxtlarda mekteb illerimde, telebelik illerinde qız refiqelerimle şekil çekdirmişem, indi onların çoxusu ile elaqe yoxdu ve menim onlarda şeklim var, bir de ki o vaxtlar men hicabsız idim indi hicablıyam. İndi men çox narahatam ki, menim onlara elim çatmır heç cür o şekilleri mehv ede bilmeyecem, buna göre meni ne gözleyir, yeni çox günah qazanıram men? Men özümü çox pis hiss edirem men neyle bilerem ki, keçmişde olub, elimde olanların hamısın yandırmalıyam ya gizletmeliyem?

Cavab: Bilməmisiniz, əlhəmdulillah, haqq sizə indi aydın olub. Buna görə narahat olmayın.

9) Meherremlikden gelen halvani yemek olar? Umumiyyetle novruzdan ad gununden gelen yemekleri...cun ki iki cur esitmisem. Hansi dogrudur , alimler ne deyir bu haqda?

Cavab: Çalışın yeməyin, amma götürüb başqasına verə bilərsiniz, çünki artıq hökm dəyişəcək.

10) insan çətin bir işlə qarşılaşır o işi yaxşı olsun deyə könlündən keçirki yaxşı bir iş görsün ya da hansısa ibadətdə səhv etməsin və s.bu şirkdi?amma şirk etməkdən qorxduğu üçün görmək istəmir..paradox yaranır bu an..

Cavab: İnşəAllah, şirk deyil.

11) eger secdeye getmek olmursa, bu halda qarsidakinin beline secde etmek duzdur, yoxsa ruku kimi eyilmek?

Cavab: Belə səcdə etməyin. Biraz əyilin, kifayətdir.

12) Şeyx, yoldaşım səhhətinə görə Ramazan orucun tuta bilmirsə, mən onun yerinə tuta bilərəm, öz orucumu tutandan sonra?

Cavab: Xeyr. Tuta bilmirsə, ciddi məsələdirsə, gündə 1 nəfəri yedirdin. Əgər sağalacaqsa, sağalandan sonra tutsun.

13) İslamda hərrac(auktsion) halaldırmı? Muslim 2564ə deyilən ....."ticarətdə başqasının ticarətinə xələl yetirən ticarət etməyin".... hərraca aiddirmi?

Cavab: Hərracdan uzaq olun.

14) Hecc etməzdən əvvəl valideynnən halallıq almaq lazımdır. Halallıq alarkən həccə gedəcəyimi demək şərtdirmi? Olar ki həccə gedəcəyimi demiyim, sadəcə halallıq alım? Halallıq alarkən atadandamı halallıq alınmalıdır yoxsa təkcə anadan?

Cavab: Əgər evdə vəziyyət gərgindirsə, sadəcə deyin ki, səfəriniz var.

15) Mənim oğlum anadangəlmə solaxaydır. 3 yaşı var, həmişə sol əli ilə yeyir, içir. Sağ əli ilə bacarmır, əli əsir, çətindir, öyrənə bilmir. Bu halda davam etməsinin dini cəhətdən problemi varmı?

Cavab: İnşəAllah, ağlı kəsəndən sonra yavaş-yavaş öyrədin.

16) Mənə borcu olan bir necə nəfər var, onların xəbəri olmadan borclarını bağışlamışam, yəni Allaha dua etmişəm ki, o borcların əvəzini, yəni savabını mənə axirətdə versin. Birdən kimsə o insanlardan gətirib borcunu qaytarsa mən nə etməliyəm göturməliyəm?

Cavab: İxtiyar sahibi sizsiniz. Mal sizindir. Özünüz bilərsiniz.


Sualları cavablandırdı: Qamət Süleymanov

mənbə: abubakr-mescidi.com (Dekabr, 2013-də verilən suallar.)

Kateqoriya: Sual-Cavab | Baxılıb: 1314 | Əlavə edib: abubakr | Reytinq: 5.0/1
Bütün kommentlər: 1
1 Rəşad  
0
Salam Aleykum Şeyx Necəsiz? Mən Polis akademiyasina getmek isteyirem.Amma orda Saqqal saxlamaqa icaze verilmir Nece ede bilerem ?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031