Bazar, 19.05.2024, 07:12
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 25 » Sığorta haramdır
22:50
Sığorta haramdır

Sığortanın haram olmasının bir neçə səbəbi vardır:

1- Bu ümumi şəri qaydalara uyğun gəlmir. Hətta əqidə cəhətdən problemlər var, yəni sığorta edən Allaha təvəkküldən özünü mərhum edir, yəni rahat olur ki, sığortalanmışam.
2- Burada müəyyən qədər kimlərəsə zərər var. Çünki şirkət hər il nə qədər pul yığır amma bu pulu aldığı adamlara xərcləmir.
3- Bu insanların malını batil yollarla yeməkdir və bu qumara bənzəyir.
4- Bu sazişlərdə qeyri aydınlıq vardır. Bu da qarşılıqlı razılaşmalarda qadağan olunan formalardandır.
5- Həmçinin sığorta bəzi adamlarda laqeydlik yaradır. Məs, hadisələrdən çox qorunmur və səbəb də odur ki, artıq sığorta olub və məlumdur ki, çox insanlar bundan istifadə edib nə qədər aldadırlar.
6- Bu sığortaların əsası qumardır. Çünki qumar udmaq və uduzmaq prinsipləri arasında tərəddüd edir. Həmçinin sığortalar da elə.

Şeyx ibn Bəzzdən rahiməhullah "həyatını sığorta etmək” barəsində soruşduqda o aşağıdakı cavabı vermişdir:

Həyatını və əmlakı sığortalamaq haramdır və buna icazə verilmir.
Çünki bu əməl özündə ĞARAR (alınıb satılan əşyanın əslində həyata keçiriləcəyi və yaxud yerinə çatdırılacağı məchul olan (məlum olmayan) bir şeyi alıb satmaq və yaxud miqdarının məlum olmaması, bununla da insanın öz pulunu lazımsız riskə qoyaraq zərərə düşməsi) RİBA (faiz, sələmçilik).

Allah (subhənəhu və təalə) faizə əsaslanan bütün növ sövdələşmələri (müamilələr) və özündə yalan ehtiva edən bütün sövdələşmələri, bu ümmət bir mərhəmət olaraq və onların başına gələcək zərərdən onları qorumaq üçün qadağan etmişdir. Allah (subhənəhu və təalə) buyurur:

Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir.

(Əl-Bəqərə 2:275)

O cümlədən, səhih hədisdə rəvayət olunur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yalanı "aldatmağı” qadağan etmişdir. Müvəffəqiyyət Allahdandır. 

Fətəvə İslamiyyə, 3/5


Təkaful Sığortası nədir?


Təkafül sığortası insanlardan müəyyən məbləğ pul yığmaq və sonra bu pulu dövriyyəyə buraxmaqla iştirakçılara gəlirin müəyyən hissəsindən qazanc verməkdir. Pulları toplayan məsul tərəfin işi pulu halal dövriyyəyə buraxıb iştirakçılara gəlir gətirməkdir.
Bu növ sığortanın icazəli olması üçün üç şərt vardır:
1. Sizin bu xəzinəyə verdiyiniz məbləğlər halal işlər üzərində dövriyyəyə buraxılmalıdır. Əgər yığılan pullar hansısa haram işə məs, banka faizlə qoyulsa bu halda haram olar.
2. Pulu qoyanlara yalnız qazanc şərti ilə şərt kəsmək olmamalıdır. Yəni, pul qoyan insan həm gəlirə həm də ziyana şərik olduğunu bildirməlidir.
3. Müştərinin alacağı məbləğ nisbətlə dəqiq təyin edilməlidir. Yəni, o insan gəlirin üçdə biri, dörddə biri və ya bu kimi bölgü ilə razılaşmalıdır.
Deyilən bu üç şərtlə Təkafül sığortasında iştirak etmək olar. Əgər bu şərtlərdən biri pozulmuş olsa düzgün sayılmaz.

Allah bilir.

Hazırladı: əz-Zubeyr

Kateqoriya: Məqalələr | Baxılıb: 566 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031