Bazar ertəsi, 06.05.2024, 11:43
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 26 » ŞİƏLƏRƏ SUALLAR – 2-ci Hissə
15:40
ŞİƏLƏRƏ SUALLAR – 2-ci Hissə


ŞİƏLƏRƏ SUALLAR (2-ci hissə):


1) Şiələr etiqad edirlər ki, Əli (Allah ondan razı olsun) məsum imamdır. Sonra görürük ki, o, öz qızı Ummu Gülsümü (Həsən və Hüseynin doğma bacısını) Ömər ibn əl-Xəttaba (Allah ondan razı olsun) ərə vermişdir.

(Bu evliliyi sübut edən şiə mənbələri: Kuleyni"əl-Kafi" də "Furu" da (6/115), Tusi "Təhzibul-Əhkam"-da bəbu adədun-nisə (8/148) və (2 /380), yenə həmin müəllifin "əl-İstibsar" kitabı (3/356), Mazandaraninin "Mənaqibi Ə`li Əli ibn Əbu Talib" kitabı (3/162), Amilinin "Məsəliki l-Əfhəm" kitabı (Kitabun-Nikah, 1) və "Mürtəza elmul-Mehdi fiş-Şafi" (səh 116), və ibn Əbul-Hədid "Nəchül-Bəlağə"nin şərhi (3/124), və Ərdəbilinin "Hədiyqatuş-Şiə" kitabı (səh 277), və əş-Şuştəri "Məcəlisil-Muminin" (səh 76 və 82-də), Məclisi "Biharul-Ənvar" (səh 621). Daha çox məlumat üçün bax: "Ömər ibn əl-Xəttabın Əli ibn Əbu Talibin qızı Ümmü Gülsümlə evliliyi həqiqətdir – iftira deyildir. Əbu Muaz əl-İsmailinin kitabı.)

Bu tarixi hadisə həqiqətdir və yuxarıda qeyd etdiyimiz mənbələrə dəyərli düşüncə sahibləri baxa bilərlər ki, öz mənbələri bunu necə sübut edir. Yenə də bunu vicdanlı və insaflı düşünənlərin ixtiyarına buraxırıq. Bu qaçınılmaz həqiqət qarşısında şiə olan kəs iki şeydən birini demək məcburiyyətində qalacaq:

1) Ya deməlidir ki, Əli (Allah ondan razı olsun) məsum deyil. Çünki, öz qızını (onların etiqadına görə) kafirə ərə verib. Bu isə o məzhəbin əsaslarıyla zidd gəlir və o deməkdir ki, Əli (Allah ondan razı olsun) məsum deyilsə, Əlidən (Allah ondan razı olsun) başqa imamlar da məsum deyillər.

2) Ya da deməlidirlər ki, Ömər (Allah ondan razı olsun) müsəlman olub. Ona görə də Əli Ömərlə qohum olmağa razı olub. Bu iki cavab da insanı çaşqınlığa salır, elə deyilmi?

2) Şiələr bu qohumluq əlaqələri haqqında nə deyirlər görəsən?

RAŞİDİ XƏLİFƏLƏRİN ƏLİ İLƏ QOHUMLUĞU HAQDA: (MÜXTƏSƏR)

ÖMƏR İLƏ ƏLİNİN QOHUMLUĞU: Əlinin qızı Ramlə ilə Müaviyə ibn Mərvanın evliliyindən olan qızı ilə Ömərin oğlu Asim evlənmişdi. Əlinin Ummu Külsüm adlı qızı ilə isə Ömərin özü evlənmişdi. Bu evlilikdən Ruqiyyə və Zeyd adlı iki övlad dünyaya gəlmişdi.

OSMAN İLƏ ƏLİNİN QOHUMLUĞU: Osmanın Ömər adlı oğlunun oğlu Zeyd Hüseynin qızı Səkinə ilə evlənmişdi. Osmanın oğullarından olan Əban isə Abdullah ibn Cəfər ət-Təyyarın (Əlinin qardaşı) qızı Ummu Gülsümlə evlənmişdi və bu evlilikdən Mərvan dünyaya gəlmişdi. Osmanın Amr adlı oğlunun oğlu (nəvəsi) Abdullah əl-Mutarrif isə Hüseyn ibn Əlinin qızı Fatimə ilə (Həsən əl-Müsənnə onu boşadıqdan sonra) evlənmişdi. Bu evlilikdən isə Məhəmməd əd-Diybə`c adlı oğlu dünyaya gəlmişdi.

ƏBU BƏKRLƏ ƏLİNİN QOHUMLUĞU: Əbu Bəkrin Əbdür-Rəhman adlı oğlunun qızı (Əbu Bəkrin qız nəvəsi sayılır.) Hafsa ilə Əlinin oğlu Həsən evlənmişdi. Əbu Bəkrin eyni oğlunun soyundan olan Əsma adlı nəvəsinin qızı (yəni, Əbu Bəkrin kötükcəsi) Fatimə (Ummu Fərva) ilə Məhəmməd əl-Baqir evlənmiş və Cəfər əs-Sadiq dünyaya gəlmişdi.

FAYDA ÜÇÜN: Müaviyənin oğlu Mərvan isə Həsən əl-Müsənnənin qızı Ummul-Qasim ilə evlənmişdi.

BURADA DİGƏR QEYD OLUNASI QOHUMLUQLAR DA VAR İDİ. HƏLƏ BİZ MÜXTƏSƏR YAZDIQ. ALLAH MÜSƏLMANLARI İSLAH ETSİN. BU SƏHABƏLƏR BİR-BİRİNİ ÇOX İSTƏYİRDİLƏR Kİ, ARALARINDA QOHUMLUQ ƏLAQƏLƏRİ VAR İDİ. ALLAH ONLARIN HAMISINDAN RAZI OLSUN!

Məgər bunlar hamısı yalandır?

3) Kuleyni öz "əl-Kafi" kitabında qeyd edir ki: "İmamlar özlərinin nə vaxt öləcəklərini bilirlər və onlar yalnız öz ixtiyarları ilə ölürlər." (Bax: Kuleyninin "Usul-əl-Kafi" kitabı, 1/258; Hurrul-Amilinin "Fusul-əl-Muhimmət" kitabı, səh 155)
Məclisi isə "Biharul-Ənvar" kitabında hədis deyir ki: "Elə bir imam yoxdur ki, ya sui-qəsdlə, ya da zəhərləndirilməklə öldürülməsin." (Eyni mənbə: 43/364) Kuleyninin və Hurrul-Amilinin də qeyd etdikləri kimi əgər imam qeybi bilirdisə, o qarşısına qoyulan yemək və içməyi də bilməli idi. Əgər zəhərli yemək idisə, bunu sezərək o yeməkdən çəkinməli idi. Çünki, o bilirdi ki, yemək zəhərlidir! Buna göz yumursa, özünü öldürmüş sayılır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) də bildirib ki, "özünü öldürən oddadır." Görəsən şiələr imamlar üçün belə bir şeyə razı olarlarmı?

4) Kuleyninin "əl-Kafi" kitabının birinci cildində əhli beytə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) hədislərini rəvayət edən şəxslərin və həmçinin əhli beytin sözlərini nəql edənlərin adları verilmişdir. O adların içində bu adlar da var: 
Mufaddal ibn Ömər, Əhməd ibn Ömər əl-Hələbi, Ömər ibn Əban, Ömər ibn Uzeynə, Ömər ibn Əbdül-Əziz, İbrahim ibn Ömər, Ömər ibn Hanzala, Musa ibn Ömər, əl-Abbas ibn Ömər ... Bu adların hamısında Ömər adı cəm olunub! İstər ravinin öz adı olsun, istər də atasının adı olsun. Görəsən bu şəxslər niyə Ömər adıyla adlandırılmışlar?

5) Əgər başı qana bulamağın, şəxsey-vaxseyin və sinəyə vurmağın böyük əcri vardırsa, niyə İranlı əmmaməlilər başlarını qana bulamırlar?

6) Şiələr iddia edirlər ki, "Qədir-Xumda" olan minlərlə səhabə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) özündən sonra Əlini (Allah ondan razı olsun) xəlifə təyin etməsi vəsiyyətini birbaşa Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) eşidiblər. Bəs nəyə görə o minlərlə səhabədən bir nəfər gəlib Əli üçün qəzəblənmədi? Nə Əmmar ibn Yasir, nə Miqdad ibn Amr, nə də Səlman əl-Farisi gəlib demədi ki: Ey Əbu Bəkr! Sən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) "Qədir-Xum"da dediklərini bilə-bilə nə üçün Əlinin xilafətini əlindən alırsan? – demədilər. Niyə görəsən?

7) Şiə mənbələrində belə ah-nalə, üz-göz cırıb fəryad qoparmaq, vay-şivən qoparmaq, özünə zülm etmək qadağan olunduğu halda nəyə görə onlar bunun əksini edirlər? Görəsən indi biz onların aşağıda qeyd etdikləri öz hədislərinə inanaq, yoxsa deyək ki, mollanın dediyini elə, eləmədiyini eləmə? Bu da şiələrin məşhur kitablarında olan rəvayətlərdən bəziləri:
Budur Şiə şeyxlərindən olan Məhəmməd ibnul-Hüseyn ibn Bəbaveyh əl-Qumi (Saduq ləqəbiylə tanınır) demişdir: Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) əvvəl heç kimin söyləmədiyi kəlamlardan biri budur: "Uca səslə ağlayıb fəryad qoparmaq cahiliyyə dövrünün əməllərindəndir." (Mən lə yəhduruhu əl-Fəqiyh, 4/271-72; Hurrul-Amili "Vəsailuş-Şiə", 2/915; Yusif əl-Bəhrani "Hədaiqun-Nazira" 149/4; Həc Hüseyn Bərucərdi "Camiu Əhadis-əş-Şiə" 3/488; Məclisi "Biharul-Ənvar" 82/103; "Ağlayıb vay-şivən qoparmaq cahiliyyə əməllərindəndir" babında.)
"Furu əl-Kafi"də Kuleyni rəvayət edir ki, Fatimə (Allah ondan razı olsun) vəsiyyət edərək dedi: "Əgər mən ölsəm üzünü cırıb saçını yolma, nə vay demə, nə də-fəryad qoparma." (Vəsailuş-Şiə 5/527)
Şiə alimləri Məclisi, əl-Nuri və Bərucərdi Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət edirlər ki O (Allahın ona salavat və salamı olsun) belə buyurdu: "İki səs vardır ki, lənətlənmişdir və bu iki səs Allahı qəzəbləndirir: Müsibət vaxtı fəryad qoparmaq və bəla zamanı olan səs; Yəni, fəryad qoparmaq və səslənmək." (Məclisi "Biharul-Ənvar" 82/103; Müstədrək əl-Vəsail 1/143-44; "Camiu Əhadis-əş-Şiə" 3/488; "Mən lə yəhduruhu əl-Fəqiyh 2/271)
Bu babda hədis və rəvayətlər, təfsirlər çoxdur, biz bu qədəriylə kifayətlənib, sual veririk: Nəyə görə şiələr haqq olan bu şeylərə müxalif olurlar? Görəsən bu məsələdə Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) və əhli beytə inanaq? Yoxsa əmmaməlilərə?

8) Məgər şiələr demirlərmi ki, Kuleyninin "əl-Kafi"əsərində olan rəvayətlərin əksəriyyəti zəifdir və əlimizdə səhih olan yalnız Qurandır?! Sonra özlərinin etiraflarından sonra necə iddia edirlər ki, onlarda əksər rəvayətləri zəif olan Qurana təfsir sayılan ilahi təfsir kitabları var?

9) Qulluq yalnız Uca Allaha olmalıdır. Yəqin ki, şiələr də buna inanırlar və inkar etmirlər! Elə deyilmi? Bəs necə olur ki, onlar "qul" mənasında olan "abd" sözünü "Abdul-Hüseyn", "Abdul-Əli", "Abduz-Zəhra", "Abdul-İmam" deyə adlar qoyurlar? Bəs nəyə görə imamlar öz övladlarının adlarını "Abdul-Əli və Abduz-Zəhra" qoymayıblar? Sözün dəqiq mənası aydın olduğu halda bunu "fırladıb", "Hüseynin (Allah ondan razı olsun) şəhidliyindən sonra "Hüseynin xidmətçisi" kimi demək doğrudurmu? Görəsən bu xidmətçi qəbirdə olana yemək-içmək verir və ya dəstəmaz üçün su verir ki, ona xidmətçi olsun? Yoxsa, bu ifrata varan şirk sevgisi gözləri elə bağlayıb ki, şirklərindən xəbərləri yoxdur?

10) Əgər Əli (Allah ondan razı olsun) bilirdisə ki, o Allah tərəfindən təyin edilmiş xəlifədir, bəs niyə o Əbu Bəkrə, Ömərə və Osmana (Allah onlardan razı olsun) xəlifə kimi beyət etdi.?!
Əgər desəniz: "o aciz idi", onda deyərik ki, aciz insan imamlığa yaramır; Çünki, imamlığa yalnız gücü çatan, qadir olan yarayır.
Əgər desəniz: O, bunu bacarardı. Lakin etmədi. Bu isə xəyanətdir. 
Xain insan (Əli bu sifətdən uzaqdır) imamlıq edə bilməz! Xainə rəiyyət etibar edilməz.
Əli isə bunların hamısından uzaqdır. Əgər doğru cavabınız vardırsa, görəsən o nədir elə?

11) O zaman ki, Əli (Allah ondan razı olsun) Xəlifə oldu özündən əvvəlki xəlifələrə xilaf olmadı, onlarda olan Qurani-Kərimdən başqasını gətirmədi, onlardan heç birinin etdiyini inkar etmədi. Əksinə, çoxsaylı sənədlərlə rəvayət olunub ki, Əli (Allah ondan razı olsun) minbərdən belə deyirdi: "Bu ümmətin Peyğəmbərdən sonra ən xeyirlisi Əbu Bəkr və Ömərdir." Sonra Əli siğəni də dəstəkləmədi. Fədəki də qaytarmadı, Həcc vaxtı insanlara siğəni əmr etmədi, Əzanda "Həyyə alə xeyril-əməl" də dedizdirmədi, Əzandan "əsSalətu xeyrun minən-novm" ləfzini isə sildirmədi? Niyə görəsən?
Əgər Əbu Bəkr və Ömər (onlara görə) kafir idilərsə, xilafəti ələ keçirmişdilərsə, niyə görə Əli hakimiyyət əlində olduğu halda bunu bəyan etmədi?! Əksinə görürük ki, o Əbu Bəkri və Öməri tərifləyir. Niyə görəsən?

 

Hazırladı: AbdusSalam

 

(QEYD: Bu sualların ardı olacaqdır inşəAllah, lakin, bütün bu suallar təfriqəçilik üçün deyil, düşüncəli insanlara haqqı axtarmaq sahəsində yardımçı suallardır, əgər haqqı istəyirlərsə. Allah bizə haqqı haqq, batili batil olaraq göstərsin. Amin!)

 

Ardı var inşəAllah.

Kateqoriya: Şübhələrə cavab | Baxılıb: 2043 | Əlavə edib: abubakr | Reytinq: 5.0/2
Bütün kommentlər: 2
2 Fazil Həsənov  
0
Qardaşlar, getirdiyiniz sübutlar gösterir ki, Raşidi xəlifələrin övladları və nəvələri ilə İmamlarımız və onların yaxın qohumları bir birlerini sevmiş mehriban dolanmışlar. ele olmasaydı bir-birlerine qız verib qız almazdılar. yoxsa kim sevmediyi biri ilə qohum olardı ki? Bes onda niyə 1400 il sonra biz bir-birimizle düşməncilik edirik? Şükür Allaha ki, bizim dövlətdə Hakimiyyətimizin və dünyagörmüş insanlarimızın sayəsində Sünni və Şiə qardaş-bacılarımız dinc mehriban şəkildə biryerdə yaşayırıq. Amma İraq və Suriyada Müsəlman əhli bir-birini Şiə və Sünni məzhəbinə aid olduguna görə qətlə yetirir , işgəncə verirlər, bəs sizcə bu nə qədər doğrudur?
Hem de nece iddia etmek olar ki, Hz İmamlarımız mesum olublar, ola bilsin ki, mənim dini savadım az olsun. Amma bildiyim qədərilə hər bir insan günah işləyə bilər, axı İmamlarimız da insan olublar. Demeli İmamlarımızında sehv etme mümküniyyeti var. Buna görə də bu məsələni qabardıb, məsələni gərginləşdirmək kimə lazımdır? Kimin maraqlarina qulluq edirsiz və ya qulluq edirik?

1 abubakr  
0
Sizdən də.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30