Bazar ertəsi, 06.05.2024, 00:20
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 25 » ŞİƏLƏRƏ SUALLAR – 1-ci Hissə
17:02
ŞİƏLƏRƏ SUALLAR – 1-ci Hissə


ŞİƏLƏRƏ SUALLAR (1-ci hissə):


1) Şiə mənbələri imamların və başqalarının təqiyyə etməsi haqda ittifaq etmişdir ki, bu da imamın daxilində olmayan bir şeyi izhar etməsidir. Ola bilsin ki, belə halda haqdan başqa şey söyləsin. Belə çıxır ki, təqiyyə edən kimsə məsum (günahsız) ola bilməz. Çünki, o mütləq bir şəkildə yalana girmiş olur. Yalan isə günahdır. Bunu necə anlayaq?

2) Şiələr deyirlər ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) vəfatından sonra səhabələrin əksəriyyəti mürtəd olub dindən çıxmışlar. Yaxşı, bəs İslamın dünyaya yayılması dində qalan cəmi yeddi nəfər tərəfindənmi oldu? Ölkələrin fəthi bir neçə nəfər tərəfindənmi edildi?

3) Biz Əlinin (Allah ondan razı olsun) fəzilətini və xilafətini qəbul edirik. Əhli sünnə kitabları da bunu sübut edir. Əgər bəzi şiələrin iddia etdikləri kimi guya sünnilər Əlini (Allah ondan razı olsun) sevmirlər və tanımırlar – Əgər belə olmasaydı, necə olur ki, sünni imamlar xütbə dualarında dörd xəlifənin və onlardan biri olan Əlinin (Allah ondan razı olsun) adını çəkir, ona rəhmət oxuyurlar, üstəlik də sünni mənbələri Əlinin (Allah ondan razı olsun) fəzilətinə dair hədislərlə doludur. Məgər Əlinin (Allah ondan razı olsun) fəziləti gizlədilsəydi, bütün bunlar gizlədilməli deyildimi? Heç bu iddia məntiqlə uyğun gəlirmi?

4) "Allah yüz illərdir ki, gözlənilən Mehdini qeybə çəkib, ömrünü uzadıb, bu da insanların ehtiyacı üçündür. Yaradılış məqsədi buna görədir" deyənlərə deyirik ki, əgər Allah insanların ehtiyacı üçün bir insanın ömrünü uzatmış olsaydı o da Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) olardı, elə deyilmi?

5) Şiələr deyirlər ki, imam yetkinlik yaşına çatmış olmalıdır. (Fusul-əl-Muxtərat, lil-Mufiyd, səh: 112-13) Sonra isə ziddiyyətli olaraq deyirlər ki, Əlinin oğlu Məhəmməd (Cavad ləqəbli) yetkinlik vaxtından əvvəl atası Əli "Rza"nın (Allah ondan razı olsun) vəfatı zamanı imamətə çatmışdır. Bunu necə anlayaq?

6) Əli (Allah ondan razı olsun) Əbu Bəkrin xilafəti zamanı Əbu Bəkrin (Allah ondan razı olsun) ordusunda mürtədlərə qarşı döyüşmüşdür. Hətta Bəni Hənifədən götürdükləri qənimətdən ona düşən payı (cariyəni) də götürmüşdür. O cariyədən Məhəmməd ibnul-Hənəfiyyə adlı övladı da dünyaya gəlmişdir. Bu da onu göstərir ki, Əli (Allah ondan razı olsun) Əbu Bəkrin (Allah ondan razı olsun) xilafətinə razı idi, yoxsa, o bu döyüşdə Əbu Bəkrin (Allah ondan razı olsun) sıralarında döyüşməzdi. Elə deyilmi?

7) Şiələr deyirlər ki, Əbu Bəkrin (Allah ondan razı olsun) xilafəti vaxtında Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gözünün nuru Fatimə (Allah ondan razı olsun)`nin qabırğası qırılıb, uşağı salınıb və evini yandırmaq istəyiblər. Bəs o vaxt heç nədən qorxmayan, cəsur və igid Əli (Allah ondan razı olsun) harada idi, məgər o bütün bunları seyr edirdi? Niyə bunu edənlərdən öz intiqamını almırdı? Təbii ki, əgər bu hadisə baş veribsə....Biz isə bunun baş verməsinə inanmırıq çünki, Əli (Allah ondan razı olsun) əsl kişi və əsl qəhrəman idi və o, belə şeyə razı ola bilməzdi? Elə deyilmi?

8) İmamlar siğə ediblərmi? (Allah qorusun) əgər bunu təsdiqləyirlərsə, soruşuruq ki, deyin görək onların siğədən olan övladları kimlərdir? Əlbəttə bu mümkünsüzdür. Biz buna inanmırıq. İnananlar varsa, buna təəccüb edirik! Siz də buna təəccüb edirsinizmi?

9) Nəhcül-Bəlağə kitabında deyilir ki, Əli (Allah ondan razı olsun) xilafətdən vaz keçdi və dedi: "Məndən əl çəkin və (xəlifəliyə) məndən başqasını axtarın!" Halbuki, deyirlər ki, onun xəlifəliyi və imamlığı Allah tərəfindən idi və fərz idi. Necə olur ki, Əli (Allah ondan razı olsun) bunu bilə-bilə günaha yol verir və xəlifəlikdən üz döndərir? (Nəhcül-Bəlağəyə bax, səh, 136 və səh, 366-367, və 322-yə bax)

10) Nəyə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) can üstə olanda ümmət yolunu azmasın deyə yazmağa vərəq istəyəndə Əli (Allah ondan razı olsun) heç nə danışmadı? Halbuki, Əli (Allah ondan razı olsun) bilirdi ki, haqqı demək gərəkən yerdə susan şeytana uymuşdur. Biz isə inanırıq ki, Əli (Allah ondan razı olsun) belə şey etməz, çünki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) artıq Əbu Bəkrin (Allah ondan razı olsun) xilafətinə bir neçə məqamda işarə etmişdi. Elə deyilmi?

11) Nəyə görə Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ölüm yatağında xəstə olduğu günlərdə Əli (Allah ondan razı olsun) bir dəfə belə olsun insanların qarşısına keçib onlara namaz qıldırmadı? (Lakin, Əbu Bəkr (Allah ondan razı olsun) bunu dəfələrlə etdi və hətta bunu peyğəmbərin (Allahın ona salavat və salamı olsun) birbaşa göstərişi ilə edirdi) Məgər Əlinin (Allah ondan razı olsun) namaz qıldırmasıyla etdiyi kiçik imamlıq, sonradan onun böyük imamlığına və xilafətinə dəlalət etməzdimi?


Hazırladı: AbdusSalam...


(QEYD: Bu sualların ardı olacaqdır inşəAllah, lakin, bütün bu suallar təfriqəçilik üçün deyil, düşüncəli insanlara haqqı axtarmaq sahəsində yardımçı suallardır, əgər haqqı istəyirlərsə. Allah bizə haqqı haqq, batili batil olaraq göstərsin. Amin!)


Ardı var inşəAllah.

Kateqoriya: Şübhələrə cavab | Baxılıb: 2250 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30