Bazar, 19.05.2024, 04:39
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 23 » Səhər və Axşam zikrlərində olan zəif bir hədis
12:27
Səhər və Axşam zikrlərində olan zəif bir hədis

Səhər və Axşam zikrlərində olan zəif bir hədis

(( اللَّهُمَّ صَلِّ وَ سَلِّمْ عَلَى نَبِيِّنَا مُحَمَّدٍ ))

[Allahummə, salli və səllim alə nəbiyyinə Muhəmməd]

Tərcümə: «Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!» (on dəfə).

Bu hədisi Əbu əd-Dərda (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət edir: "Kim səhər və axşam mənə 10 dəfə salavat deyərsə, həmin şəxs mənim şəfaətimə nail olar." (Bu hədisi ət-Təbarani "əl-Kəbirdə" nəql etmişdir.)

Hafiz əl-Munziri "ət-Tərğib" 1/273-də və Hafiz ibn Həcər "Müxtəsər ət-Tərğib" 142-də ət-Təbarəninin gətirdiyi hədisin versiyalarından birinin isnadını həsən adlandırıblar.
Lakin məlumdur ki, həsən ya da səhih isnad hədisin özünün səhihliyinə dəlalət etmir. Çünki səhih isnadda isnad qopuq ola bilər. Ya da hədisdə illə (çatışmamazlıq) ola bilər və buna oxşar şeylər.
Buna görə də Hafiz əs-Səxavi (Allah ona rəhmət etsin) bu hədis haqqında demişdir: "Onu ət-Təbarani iki isnadla gətirir. Onlardan biri həsəndir, amma onun sənədi qopuqdur. Çünki Xalid Əbu əd-Dərdadan (Allah ondan razı olsun) eşitməmişdir. Həmçinin onu İbn Əbu Asimdə gətirir. Lakin onda da zəiflik var." (Bax: "əl-Qavl əl-Bədi", 91).
Həmçinin Hafiz əl-İraqi və Hafiz ən-Naci və əz-Zabidi hədisin sənədində qopuqluq olduğunu deyiblər.

Şeyx əl-Albani (Allah ona rəhmət etsin) əvvəlcə bu hədisə "Səhih əl-Cəmi" 6357-də həsən desə belə, yenidən hədisə baxdıqdan sonra, məhz bu iki çatışmamazlığına: sənədin qopuqluğuna və sənəddə naməlum rəvayətçinin olmasına görə onun zəifliyi haqqında "əs-Silsilə əd-Daifa" 5788-də qərar verdi.
Allah daha yaxşı bilir!

Lakin hətta bu hədis zəif olsa belə, Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat və salam diləməyin vacibliyi Quranda və Sünnədə sabitdir və bunun fəzilətləri haqqında çoxlu səhih hədislər var və bu haqda ayrıca əsərlər yazılıb.
Allah (Azzə və Cəllə) buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın." (Əhzab, 56)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) isə deyib: "Ümmətimdən hər kim mənə ixlaslı qəlbi ilə salavat göndərsə, Allah onu buna görə 10 dəfə bərəkətləndirər, onu 10 pillə qaldırar, ona 10 savab yazar və onun 10 günahını silər." (əl-Buxari "Tarix" 2/1/50, Nəsəi "Əməlul-Yəum" 166/64. Bax: "Silsilə əs-Səhihə" 3360.)

Mənbə: http://salaf-forum.info/viewtopic.php?f=11&t=8464


Əlavə Faydalar:

İbn Qeyyim (Allah ona rəhmət etsin) "Cələl əl-Əfhəm" kitabında səhifə 63-də qeyd edir ki, bu hədisi İmam Təbarani rəvayət edib. Bu hədisin isnadında bəzi problemlər (iləllər) var:

1) Hədisin isnadında olan ravi Xalid Əbu Dərdadan (Allah ondan razı olsun) bu hədisi eşitməyib. (Bax: "Camiut-Tahsil" səh. 171)

2) Hədisin isnadında keçən İbrahim ibn Muhamməd ibn Ziyad əl-Həni adlı ravi haqqında heç kim deməyib ki, bu ravi siqa (etibarlı, doğru) ravilərdəndir. Yaxud bu ravini cərh eləyən də olmayıb. Yəni bu ravi haqqında heç kim bir söz deməyib. (Bax: İmam Buxari "Tarixul Kəbir", cild. 1, səh. 323; İbn Əbi Həkim "Carh-ut-Tadil" cild. 2, səh. 127)

3) Hədisin isnadında keçən Bəqiyyə ibn Valid adlı ravi mudallis ravilərdəndi. Mudallis odur ki, hədisdə tədlis edir. Ona görə Şeyx Albani (Allah ona rəhmət etsin) bu raviyə görə "əs-Silsilə əd-Daifa" kitabı 5788-də bu hədisi sonradan zəif olaraq qeyd eləyib.

Həmçinin bu hədisi Hafiz əl-İraqi (Allah ona rəhmət etsin) "Təxricul-Əhya" cild. 1, səh. 441; həmçinin Əs-Səxavi (Allah ona rəhmət etsin) "əl-Qavl əl-Bədi" səh. 179; həmçinin hədisi Şeyx Muqbil əl-Vadi (Allah ona rəhmət etsin) "Şəfaət" kitabında səh. 270-də; həmçinin Şeyx Albani (Allah ona rəhmət etsin) əvvəlcə bu hədisə həsən demişdi: "Səhih əl-Cəmi" 6357, sonradan isə "əs-Silsilə əd-Daifa" kitabı 5788-də zəif hesab etmişlər.


Hazırladı: abubakr.ucoz.ru saytının heyəti.

Kateqoriya: Faydalar | Baxılıb: 956 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728