Bazar, 19.05.2024, 03:16
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 24 » Şəfaət haqqında (1)
22:24
Şəfaət haqqında (1)
TÖVHİD

2 - Şəfaət haqqında (1)


12. Əbu Hureyra[1] (radıyallahu anhu) rəvayət edir ki, bir gün Peyğəmbərə salləllahu aleyhi və səlləm cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: "Qiyamət günü mən insanların ən hörmətlisi olaca­ğam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin. Günəş insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onların buna tab gətirməyə və dözməyə gücü çatmayacaq. Onda onlar bir-birlərinə deyəcəklər: "Başınıza gələn­ləri görmürsünüzmü? Bəlkə, Rəbbiniz yanında sizin tərəfi­nizi saxlayan bir adam tapasınız?” Bəziləri deyəcək: "Gərək Adəmdən xahiş edəsiniz!” Onlar Adəmin (əleyhissəlam) yanına gəlib deyəcəklər: "Sən bəşəriyyətin atasısan! Özünü də Allah Öz Əlləri ilə yaratmış, Öz Ruhundan sənə üfürmüş və mələklər Onun əmri ilə sənə səcdə etmişlər. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et[2] (şəfa­ətçi ol)! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Adəm deyəcək: "Bu gün Rəbbim elə qəzəblən­mişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki O, mənə ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Nuhun yanına!” Onda onlar Nuhun yanına gəlib deyə­cəklər: "Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə oldu­ğumuzu görmürsənmi?!” Nuh deyəcək: "Bu gün Rəbbim (Azzə və Cəllə) elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənmə­miş və bun­dan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İbrahimin yanına!” Onda onlar İbrahimin yanına gəlib deyəcəklər: "Ey İbrahim! Sən həm Allahın peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” İbrahim deyəcək: "Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblən­mə­miş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən üç dəfə yalan danışmı­şam.[3] Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Musanın yanına!” Onda onlar Musanın yanına gəlib deyəcəklər: "Ey Musa! Sən Allahın elçisisən, Allah Öz risalətilə[4], üstəlik səninlə bilavasitə danışmaqla səni digər insan­lar­dan üstün etmişdir. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmür­sən­mi?!” Musa deyəcək: "Bu gün Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblən­məyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki, onu öldürmək mənə əmr edilməmişdi.[5] Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İsanın yanına!” Onda onlar İsanın yanına gəlib deyəcəklər: "Ey İsa! Sən həm Allahın Elçisi, həm Onun Məryəmə göndərdiyi Kəlməsi, həm də Onun Ruhun­dansan. Sən hələ körpə ikən, beşikdə insanlarla danışırdın. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmür­sənmi?!” İsa deyəcək: "Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblən­məyəcəkdir”. İsa öz xətasını onlara bildir­məyəcək, sadəcə belə deyəcək: "Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqası­nın yanına. Gedin Muhəmmədin yanına!” Onda onlar Muhəmmədin yanına gəlib deyəcəklər: "Ey Muhəm­məd! Sən həm Allahın Elçisi, həm də peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmür­sən­mi?!” Onda mən Ərşin[6] altına gəlib, Rəbbimin (Azzə və Cəllə) qarşısında səcdə edəcəyəm. Sonra Allah mənə elə təriflər və alqışlar göndə­rəcək ki, məndən əvvəl heç kəsə belə təriflər və alqışlar göndər­məmişdir. Sonra da belə deyəcək: "Ey Muhəmməd! Başını qaldır və istə, sənə istədiyin veriləcəkdir; şəfaət et, şəfaətin qəbul olunacaqdır”. Mən başımı qaldırıb deyəcəyəm: "Ümmətim, ey Rəbbim! Ümmətim, ey Rəbbim!” Onda belə deyiləcək: "Ey Muhəmməd! Ümmətin­dən sorğu-suala çəkilməyəcək kimsə­ləri Cənnətin sağ qapılarından içəri daxil et. Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin) digər qapılarından da keçə bilərlər”. Peyğəmbər salləllahu aleyhi və səlləm dedi: "Canım Əlində Olana and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə Məkkə ilə Himyər (yaxud Məkkə ilə Busra) arasındakı məsafə qədərdir”.[7] Digər rəvayətlərdə belə deyilir: "…(Onda Allah) buyuracaq: "Get, qəlbində arpa dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: "Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən deyəcə­yəm: "Ey Rəbbim! Ümmətim, ümmətim!” Allah buyura­caq: "Get, qəlbində zərrə qədər və ya xardal dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!” Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. On­da mənə deyiləcək: "Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, şəfaət et, şəfaətin qəbul olunacaq”. Mən deyəcəyəm: "Ey Rəbbim! Ümmətim, üm­mə­tim!” Allah buyuracaq: "Get, qəlbində xardal dənəsi ağırlı­ğın­dan daha az, daha az, daha az imanı olan kimsələri atəşdən çıxart!”[8] Mən gedib onları (oradan) çıxardacağam”. "Mən dör­dün­cü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyə­cəyəm və Onun qarşısında səc­dəyə qapanaca­ğam. Onda mənə deyiləcək: "Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asıla­caq, istə, sənə istədiyin verilə­cək, şəfaət et, şəfaətin qəbul oluna­caq”. Mən deyəcəyəm: "Ey Rəbbim! Mənə izn ver "lə iləhə illəllah” deyən kimsə­lərə (şəfaətçi) olum”. Allah buyuracaq: "Mənim İzzəti­mə, Əzəmə­timə, Böyüklü­yümə və Ululuğuma and olsun ki, Mən "lə iləhə illəllah” deyən kəsləri oddan çıxardaca­ğam”.[9] "Ravi[10] Qatədə (rahiməhullah) deyir: "Həmçi­nin, onun belə dediyini eşitdim: "Onları Cəhənnəmdən çıxarıb Cənnətə salacağam, hətta Cəhənnəmdə Quranın tutduqların­dan, yəni haqlarında əbədi əzab vacib olanlardan başqa heç kim qalmayacaq”. Sonra bu ayəni oxu­du: "Ola bilsin ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin” (əl-İsra, 79). Peyğəmbərimizə salləllahu aleyhi və səlləm vəd olunmuş "Mə­qam­ul-Mahmud (Tərifə­layiq Məqam)[11]”- budur.[12]



[1] - Əbu Hureyra Abdur-Rahmən ibn Səxr əd-Dovsi əl-Yəməni (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) məşhur səhabəsidir. Əbu Hureyra "pişikcığaz atası” deməkdir. Əgər biz onun adı ilə ləqəbini müqayisə etsək, görərik ki, Abdur-Rahmən yəni, ər-Rahmənin qulu, Allahın ən çox sevdiyi adlardan biridir, Əbu Hureyra (radıyallahu anhu) isə əcaib-qəraib bir ləqəbdir. Lakin buna rəğmən Uca Allah onu insanlara məhz bu ləqəblə tanıtmış və onu insanlara sevdirmişdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onun üçün belə dua etmişdir: "Allahım, bu iki qulunu: Əbu Hureyranı və onun anasını insanlara sevdir!” (Ədəbul-Mufrəd, 34). Əbu Hureyra (radıyallahu anhu) hicrətin 59-cu ilində vəfat etmişdir.

[2] - Şəfaət - bir adamın bağışlanmasını istəmək, başqası üçün yalvarmaq, dua etmək.

[3] - Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "İbrahim  (əleyhissəlam)bu üç hal müstəsna olmaqla əsla yalan danışmamışdır. Bu yalanlardan ikisi Allahın rizası üçündür. Birincisi, büt­pərəstlərə "mən xəstəyəm”- deməsi, ikincisi isə bütün bütləri sındıraraq öz qövmünə: "Bəl­kə bu işi bütlərin bu böyüyü edib?!”- deməsidir. Üçüncüsü isə İbrahimin yanında Sara olduğu halda zalım hökmdarın ərazisindən keçərkən yoldaşına: "Əgər səndən kim oldu­ğu­nu soruşarsa, de ki, sən mənim bacımsan. Şübhəsiz ki, sən mənim İslamda bacımsan”. əl-Buxari, 2217.

[4] - Risalət - peyğəmbərlik vəzifəsi.

[5] - Fironun adamlarından bir misirli Musanın (əleyhissəlam)qövmündən biri ilə döyüşürdü. Musanın (əleyhissəlam) qövmün­dən olan Musadan (əleyhissəlam) kömək istədikdə, Musa (əleyhissəlam)da kömək edərək düşmənin sinəsinə yumruqla vurur. Bu yumruq da onu öldürür. əl-Qəsəs surəsinin 18-ci ayəsinə bax.

[6] - Ərş - Allahın yaratdığı ən böyük məxluq.

[7] - əl-Buxari, 4343, 4435, 4712; ət-Tirmizi, 2434. 

[8] - əl-Buxari, 7510.

[9] - əl-Buxari, 6956, 7072, 7510.

[10] - Ravi – rəvayət edən.

[11] - "Məqamul-Mahmud”- məhşər günü tərifəlayiq bir yerdir. Orada Muhəmməd Peyğəm­bər (sallallahu aleyhi və səlləm) bütün bəşəriyyət üçün şəfaətçi olacaq.

[12] - əl-Buxari, 6886, 7002, 7440.

Kateqoriya: Səhih Qüdsi Hədislər | Baxılıb: 848 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031