Bazar, 19.05.2024, 08:24
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 18 » Yeni il ?!
11:43
Yeni il ?!

Yeni il ?!...


İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!
Yeni il qeyd eləyirsən hələ, yoxsa yeni gün?
Yoxsa, şadlanmadasan yeni ildə günahınçün?
Yəqin düşüb yadına ötən il günahı bütün!...
Bir daha dönməyəcəksən deyə çəkdinsə tütün,
Hələ çox-çox düşəcən üzlərə bundan da asan.
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Göyə fişənglər atıb əncam edirsən, nə olub?
Saqqallı nəsraniylə bayram edirsən, nə olub?
Müsəlman ərlərisə bədnam edirsən, nə olub?
Don vuran "dedmarozu" reklam edirsən, nə olub?
Tövbə et danışdığın sözlərə, var ikən zaman.
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Bu soyuq vaxtı düşün, şaxtalı günlər çox olur,
Elə zənn etmə cəhənnəm əzabı tək "od" olur,
Orda "Xuld əzabı" əzabı var, əhlinə soyuq toxunur,
Ötən ilki günaha ağlamadıqca qəlb donur
Ağlamaq çox gərəkir bizlərə, sənsə oyalan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Əqidə tut özünə, olma əqidəsiz adam,
Siztezli əqidəni əmr eləmir sənə İslam,
Nəsrani görmüsənmi eyləsin İslami bayram?
Amma, sən bu bayramda keşişləri tutdun imam,
Düşmənlik eyləyərək düzlərə, çıxdın aradan,
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Qurbanda, Ramazanda harda qaldı o xoş anın?
Ortada görünmədi bayrama əzmin, gümanın,
Demək yalançı sevgi olubmuş iddiaların,
Sevən öz sevdiyinə böyləmi tutmuş qərarın?
Belə sevgi olmur əzizlərə, isbatı yalan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

"Dedmaroz" torbasını vermədin heç bir yetimə,
Özün də bilmədin heç dində oxşamısan kimə?!
Ayıl, İslamı yaşa , nəfsini et mühakimə!.......
Dindən danışanda da dönmə yalançı alimə,
İçi boşluq görünür gözlərə, aldanma, dayan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!

Nə İsa qeyd eləyibdir bunu, nə həvarisi ,
Üç əsr sonra çıxıb bu bayramın təntənəsi,
Oxu gör nə söyləyir Quranda "Məryəm" surəsi?
Haqqı axtaranlara çatar Quran möcüzəsi,
Quransız düşər başqa izlərə, qalar pərişan!
İki bayram verilib bizlərə, Qurban, Ramazan!
Niyə qeyd etməyirik biz bunu, sən düşün bir an?!


Müəllif: Sahib Əsədov

Kateqoriya: Faydalar | Baxılıb: 658 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031