Şənbə, 18.05.2024, 23:11
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 9 » Ramazanın daxil olmasını sübhdən sonra bilmək - Orucu müvəqqəti yaşadığın ölkə ilə tutmaq
22:35
Ramazanın daxil olmasını sübhdən sonra bilmək - Orucu müvəqqəti yaşadığın ölkə ilə tutmaq

Ramazan ayının daxil olmasını yalnız Fəcr (sübh) vaxtı çıxdıqdan sonra eşitmək.

 

Sual: Yatıb qalmaq və ya başqa səbəbə görə Ramazan ayının daxil olmasını yalnız Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adamın orucunun hökmü nədir?

Cavab: Ramazan ayının daxil olmasını Fəcrin açılmasından (sübh namazının vaxtı daxil olduqdan) sonra eşitmiş adam həmin günü oruc tutmalıdır. Lakin həmin günün əvəzinə bir gün qəza tutmalıdır. Çünki o, Ramazan orucunu tutmaq üçün niyyətini fəcrin açılmasına qədər etməli idi. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) səhih hədislərinin birində buyurulur: "Kim Fəcrdən öncə oruc tutmağı niyyət etməzsə, onun orucu düzgün sayılmaz". Bu rəyi əl-Muvaffəq İbni Qudamə (əl-Muğni) kitabında nəql etmişdir və bu rəy əksər fiqh alimlərinin rəyidir. Deyilən şərt fərz oruclara aiddir. Nafilə orucları isə, fəcrdən sonra qidalanmamaq şərti ilə, gündüz vaxtı da niyyət etmək olar.

 

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

 

 

Orucu müvəqqəti yaşadığın dövlət ilə bərabər tutmaq.

 

Sual: Ramazan ayının daxil olması Səudiyyə Ərəbistan və ya başqa hansısa bir müsəlman ölkəsində elan edilib, amma mən yaşadığım dövlətdə isə hələ Ramazan ayının daxil olması elan edilməmişdir. Belə halda biz nə etməliyik. Səudiyyə ilə oruc tutaq, yoxsa yaşadığımız ölkə ilə oruc tutaq və onlarla da iftar edək? Həmçinin Ramazan ayının bitməsində də onlara tabe olaqmı? Ümumiyyətlə iki dövlət arasında belə ixtilaf olduqda nə etməli?

Cavab: Müsəlmana yaşadığı ölkə ilə birlikdə oruc tutmaq və onlarla da iftar etmək vacibdir.  Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc, oruc tutan gününüz, iftar, iftar edən gününüz, qurbanlıq da qurban kəsən gününüzdür". Allah doğru yola yönəldəndir!

 

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

Kateqoriya: RAMAZAN | Baxılıb: 504 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30