Şənbə, 18.05.2024, 23:53
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 20 » Ramazanda iftar və ya sühur (imsak) etmək, Orucu batil edən əməllər
22:29
Ramazanda iftar və ya sühur (imsak) etmək, Orucu batil edən əməllər

Ramazanda iftar və ya sühur (imsak) etmək.

Azan vaxtı və ya azandan sonra az müddət yemək yeməyin hökmü.

Sual: Allah təalə buyurur: "sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için;..." (əl-Bəqərə: 187).

Sübh azanı verilən vaxt və ya azandan sonra on beş dəqiqə ərzində sühur yeməyini yeyib, su içənin hökmü nədir?

Cavab: Əgər həmin adam bunun sübhün vaxtından öncə olduğunu bilirsə onda orucu qəza etməli deyil. Əgər sübhün vaxtı daxil olandan sonra edibsə həmin günün əvəzinə bir gün qəza etməlidir. Əgər yeməyinin sübhün vaxtı girdikdən sonra və ya əvvəl olduğunu bilmədikdə onun boynuna qəza düşmür. Lakin mömin insan gərək orucunda ehtiyatlı olsun. Sübh azanını eşidən kimi yemək içməkdən əl çəksin.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).

 

Sübh azanı verilən vaxt yeyib içənin orucunun hökmü.

Sual: Sübh azanını eşidə-eşidə yeyib içən adamın orucunun hökmü nədir?

Cavab: Orucun, Ramazan, nəzir və ya kəffarə orucu olmasından asılı olmayaraq sübhün vaxtı daxil olduqdan sonra yeyib içməkdən və digər iftar etdirən amillərdən əl çəkmək lazımdır. Bu haqda Allah təalə buyurur: "Sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın;..." (əl-Bəqərə: 187).

Əgər müəzzin azanı vaxtında verirsə onda azanı eşidən kimi yemək içməyi dayandırmaq lazımdır. Yox əgər müəzzin azanı vaxtından əvvəl verirsə onda azanı eşidərkən yemək içməyi saxlamaq vacib deyil. Belə halda o, sübhün vaxtı daxil olana qədər yeyib içə bilər. Əgər müəzzinin vaxtında və ya vaxtından əvvəl azan verdiyini bilmirsə onda ehtiyat üçün azanı eşidən kimi yemək içməkdən imtina etsin.

Hamıya məlumdur ki, şəhər daxilində yaşayanların işıqların çoxluğundan sübh vaxtının daxil olmasını öz gözləri ilə görmələri mümkün deyildir. Ona görə ehtiyat üçün təyin edilmiş təqvimlərdən və azandan istifadə etmək daha yaxşıdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Şübhələndiyin işi şübhəli olmayanı ilə əvəz et!" digər hədisdə isə buyurmuşdur: "Kim şübhələrdən uzaqlaşarsa öz dinini və namusunu qorumuş olar". Doğru yola yönəldən yalnız Allahdır!

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

 

Orucu batil edən əməllər.!!!

Sual: Ramazan ayı gündüz vaxtı edilən onanizm (əl ilə sperma çıxarmaq) haqda soruşmaq istəyirəm. Onanizmin qadağan olmasını bilirəm, lakin bilmək istəyirəm ki, onun kəffarəsi nədir?

Cavab: Onanizm Ramazanda və digər vaxtlarda qadağandır. Və bu əməli edən adam mütləq günah qazanır. Onun bağışlanması üçün tövbə etmək, əvəzində yaxşı və saleh əməlləri çoxaltmaq lazımdır. Əgər bu əməl oruclu halda edilsə onda onun günahı daha da böyük sayılır. Həmin adam böyük tövbə etməlidir. Sonra o günün əvəzinə qəza tutmalıdır. Allah bəndələrinin tövbələrini qəbul edən və günahlarını bağışlayandır.

(Şeyx: Ibn Cibrin).

 

Diş fırçası işlətmək və bu zaman dişlərin qanaması.

Sual: Sühurdan (imsakdan) sonra dişləri diş məcunu ilə fırçalamaq olar? Əgər olarsa bəs bu zaman az miqdarda çıxan qan orucu pozurmu?

Cavab: Oruc tutduqdan sonra dişləri su ilə yaxalamaq, misvak və ya diş fırçası ilə təmizləmək olar. Amma diş məcunundan istifadə etmək isə məkruhdur (yaxşı deyil). Çünki həmin məcunun tamı olur və bu da ağız suyu ilə bərabər oructutanın mədəsinə gedə bilər. Əgər istifadə etməyə məcbur olarsa onda məcunu mədəsinə getməkdən qorumalıdır. Dişləri təmizləyərkən az miqdarda çıxan qanın isə heç bir təsiri yoxdur.

(Şeyx: Ibn Cibrin).

 

Oruclu olarkən yağ və kremlərdən istifadə etmək.

Sual: Dərini nəmləndirən yağ və ya kremlərin istifadəsi oruca təsir edirmi?

Cavab: Oruclu halda ehtiyac olduqda bədəni kremləmək olar. Çünki həmin maddə dərinin üstünü nəmləndirir və bədənin içərisinə daxil olmur.

(Şeyx: Ibn Cibrin).

 

Oruclu halda qan verməyin hökmü.

Sual: Ramazan ayı gündüz vaxtı qan vermək olarmı və bu orucu batil edirmi?

Cavab: Alimlərin daha doğru olan rəylərinə görə qan aldırmaq və ya qan vermək orucu pozmur.

(Şeyx: Ibn Bəzz).

 

Ramazan ayı gündüz vaxtı iynə vurdurmaq haqda.

Sual: Oruc olarkən müalicə üçün vurulan iynələr oruca təsir edirmi?

Cavab: Müalicə üçün vurulan iynələr iki növdür: Birinci növ, yemək və içməyi əvəz edən qidalandırıcı iynələr. Bu növ iynələr yemək-içmək mənasında olduğu üçün onları qəbul etmək orucu batil edir. Ikinci növ, yemək içməyi əvəz etməyən qeyri qidalı iynələr. Belə iynələr yemək içməyi əvəz etmədiyi üçün onların qəbulu orucu batil etmir.

(Şeyx: İbn Useymin).

 

Oruclu halda ətirlərdən istifadə etmək.

Sual: Oruclu halda müxtəlif qoxulu ətirlərdən istifadə etmək nə dərəcədə doğrudur?

Cavab: Oruclu halda belə ətirləri istifadə etmək və iyləmək olar.

(Şeyx: İbn Useymin).

 

Göz damlası haqda.

Sual: Oruclu halda göz damlasından istifadə etmək orucu batil edirmi?

Cavab: Daha doğrusu göz damlası orucu batil etmir. Düzdür bu rəy haqda alimlər arasında fikir müxtəlifliyi vardır. Bəziləri deyirlər ki, əgər o damlanın tamı boğaza yetişərsə orucu batil edir. Amma daha doğru rəyə görə gözə tökülən damla orucu batil etmir. Çünki göz bədən boşluqlarından sayılmır. Beləliklə səhih rəyə əsasən gözə və qulağa tökülən damlalar orucu batil etmir.

(Şeyx: Əbdül Əziz Ibn Bəzz).

 


Oruc tutanın xına qoyması.

Sual: Oruclu halda başa xına qoymaq olarmı? Mənim eşitdiyimə görə xına orucu batil edir!?

Cavab: Bu təmamilə səhv fikirdir. Sürmə, qulaq və göz damlası kimi xına da oruca təsir etmir.

(Şeyx: İbn Useymin).

Kateqoriya: RAMAZAN | Baxılıb: 1499 | Əlavə edib: abubakr | Reytinq: 3.5/2
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30