Bazar, 19.05.2024, 11:01
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 2 » Ramazan ayının başlanması, bitməsi və ayı görməyin hökmləri - Təqvimlərə əsaslanmaq
23:22
Ramazan ayının başlanması, bitməsi və ayı görməyin hökmləri - Təqvimlərə əsaslanmaq

RAMAZAN AYININ BAŞLANMASI, BİTMƏSİ

 VƏ AYI GÖRMƏYİN HÖKMLƏRİ:

 

Sual: Qəməri ayların başlanması hansı yolla isbat edilir?

Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə əsasən şaban ayının otuzuncu gecəsi günəş batandan sonra yeni doğmuş ayı bir nəfər, yaxud Ramazan ayının otuzuncu gecəsində isə iki nəfər inamlı müsəlmanın görməsi kifayətdir. Beləliklə ayın əvvəli və sonu təyin edilir. Artıq günəş batandan sonra təzə doğmuş ayın neçə dəqiqə görsənməsi əhəmiyyət kəsb etmir.

 

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi)

 

Ayın çıxışlarını isbat etmək üçün təqvimlərə əsaslanmaq olmaz.

 

Sual: Bəzi islam ölkələrində, müsəlmanlar oruc tutmaq üçün ayın görsənməsinə deyil, təqvimlərə əsaslanırlar. Bu nə dərəcədə doğrudur?

Cavab: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müsəlmanlara: "Təzə doğmuş ayı görməklə oruc tutmağı və onu görməklə də oruclarını açmağı əmr etmişdir. Ayı görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı əmr etmişdir"(Buxari və Müslim). Digər hədisdə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Biz yazıb-oxumaq bilməyən və ayları sayla hesablamayan ümmətik. Ayın günləri bu qədərdir deyib əl barmaqları ilə işarə etdi." Yəni, ayın iyirmi doqquz və ya otuz gün olduğunu vurğuladı". Səhih Buxaridə Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir: "Yeni doğmuş ayı görməklə oruc tutun və onu görməklə də orucunuzu açın. Əgər ayı görə bilməsəniz onda şaban ayını otuz gün hesablayın". Başqa hədisdə isə buyurur: "Yeni doğmuş ayı görənə qədər oruc tutmayın və əks halda ayın günlərini otuz gün hesablayın. Yeni doğmuş ayı görənə qədər orucunuzu açmayın və əks halda ayın günlərini otuz gün hesablayın". Bu haqda hədislər həddindən artıq çoxdur və bütün hədislər ayların yeni doğmuş ayla hesablanmasını, görmək mümkün olmadıqda isə otuz günü tamamlamağı təkid edirlər. Həmçinin hədislərə görə oruc tutmaq üçün təqvimlərə əsaslanmaq olmaz. Ibn Teymiyyə (Allah ona rəhmət etsin)  deyir ki, alimlər yekdilliklə deyirlər ki, bu işdə təqvimlərə əsaslanmaq düzgün deyildir. Haqq olan da budur.

 

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

Kateqoriya: RAMAZAN | Baxılıb: 610 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30