Bazar, 19.05.2024, 02:10
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 9 » Ramazan ayını 28 / 31 gün oruc tutmağın hökmü
22:32
Ramazan ayını 28 / 31 gün oruc tutmağın hökmü

Ramazan ayını 28 gün oruc tutmağın hökmü.

 

Sual: Ramazan ayında yalnız 28 gün oruc tutmaq olarmı?

Cavab: Səhih hədislərə əsasən Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hicri ayların 29 gündən az olmadığını qeyd etmişdir. Ona görə də Şəvval ayının daxil olması tam bəlli olduqda müsəlmanlar əgər 28 gün oruc tutublarsa onda onlar bir gün əlavə oruc tutmalıdırlar. Çünki, deməli onlar Ramazan ayının ilk günündə iftar ediblər. Ona görə də həmin günün qəzasını mütləq tutmaq lazımdır. Çünki hicri ayların 28 gün olması mümkün deyildir. Hicri ayları 29 və ya 30 gün olmalıdır.

 

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

 

31 gün oruc tutmaq:

Ayın görsənməsini nəzərə almadan daimi adət olaraq Ramazan ayını 30 gün oruc tutmaq.

 

Sual: Daimi adət olaraq Ramazan ayını 30 gün oruc tutmaq nə dərəcədə düzgündür?

Cavab: Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət olunan səhih hədislərə, səhabələrin və tabiinlərin mötəbər sözlərinə əsasən hicri ayları 29 və ya 30 gündən ibarət olur. Kim ayın görsənməsinə əhəmiyyət vermədən daimi olaraq Ramazan ayını 30 gün oruc tutarsa Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərinə və alimlərin ittifaqına müxaliflik edər, beləliklə Allahın buyurmadığı bir işi dinə bidət olaraq əlavə etmiş olar. Bu haqda Allah təalə buyurur: "Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostlara uymayın." (əl-Əraf: 3) "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir" (əl-Həşr: 7) "Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir" (ən-Nisa: 13-14). Ümumiyyətlə bu mənada olan ayələr çoxdur. Buxari və Müslimin səhih kitablarında İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir:  "Onu (yeni doğmuş ayı) görməklə oruc tutun və onu görməklə də iftar edir. Əgər onu görə bilməsəniz onda ayın günlərini (30 gün) sayın". Müslimin rəvayətində deyilir ki, "Ayın günlərini 30 gün hesablayın". Buxari və Müslimin digər rəvayətində deyilir: "Yeni doğmuş ayı gördükdə oruc tutun. Və onu gördükdə iftar edin. Əgər yeni doğmuş ayı görə biməsəniz onda olduğunuz ayı otuz gün hesablayın". Buxari və Müslimin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə deyilir: "Ayı görməklə oruc tutun və onu görməklə də iftar edin. Əgər ayı görə  bilməsəniz onda otuz gün hesablayın". Hüzeyfə Ibn əl-Yəmən (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: "Yeni doğmuş ayı görənə qədər və ya (şaban ayını) otuz gün hesablayana qədər oruc tutmayın" (Hədisi Əbu Davud və Nəsai səhih isnadla rəvayət etmişlər). Başqa səhih hədislərdə də deyilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "(Hicri) Ayı iyirmi doqquz gün olur. Siz yeni doğmuş ayı görənə qədər oruc tutmayın nə də iftar etməyin. Əgər ayı görmək mümkün olmasa onda ayın günlərini otuz hesablayın". Başqa bir hədisdə isə buyurmuşdur: "Ay belədir, belədir, belədir" - deyərək, əl barmaqlarının hamısı ilə işarə etdi və heç bir barmağını qatlamadı. Bununla da ayın bəzi hallarda otuz gün olmasına işarə edirdi. Səhabə və tabiinlərdən olan alimlər və onlardan sonra yaşayan digər elm əhli də bütün bu hədisləri səhih saymış və onları tətbiq etmişlər. Onlar Ramazan və ya Şəvval aylarının başlamasını və ya bitməsini bilmək üçün ayın doğuşunu izləyərdilər. Bununla da onlar həmin ayları hesablayardılar. Ona görə də bütün müsəlmanlar bu üslubdan istifadə etməli və insanların özlərindən ixtira etdikləri üsulları tərk etməlidirlər.  Bununla onlar Allahın cənnətlik saydığı bəndələrin sıralarına qoşula bilərlər. Allah təalə buyurur: "(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)!" (ət-Tövbə: 100).

 

(Şeyx: Əbdül Əziz İbn Bəzz).

Kateqoriya: RAMAZAN | Baxılıb: 676 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30