Bazar, 19.05.2024, 09:23
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » May » 27 » Ramazan ayı və oruc tutmaq haqqında məlumat
22:13
Ramazan ayı və oruc tutmaq haqqında məlumat


Ramazan ayı və oruc tutmaq haqqında məlumat


Bismilləhir-Rahmənir-Rahim


Orucun mənası:

"Siyəm" lüğətdə tutub saxlamaq deməkdir. Şəri mənası isə fəcr doğandan gün batana qədər, yemək, içmək və orucu pozan digər şeylərdən uzaq durmaqdır.

 

Orucun rüknləri:

1) Niyyət;

2) Orucu pozan şeyləri tərk etmək.

 

Orucda niyyətin növləri:

1) Fərz üçün niyyət etmək: Fərz orucu üçün ikinci fəcrdən əvvəl niyyət etmək lazımdır. Ayın başlaması ilə niyyət etmək kifayətdir. Niyyətin yeri qəlbdir. Dil ilə tələffüz etmək bidətdir.

2) Nafilə üçün niyyət etmək: Nafilə oruc üçün günün istənilən vaxtı edilən niyyət səhihdir, amma bir şərtlə ki, orucu pozan heç bir şeyi etməmiş olsun. Bu halda savab niyyət etdiyi vaxtdan başlayacaq.

 

Orucun növləri:

1) Vacib oruclar (Ramazan, kəffarə, nəzir orucları kimi);

2) Nafilə oruclar.

 

Ramazan orucunun vacib olmasının şərtləri:

1) Müsəlman olmaq;

2) Ağlı başında olmaq;

3) Həddi-büluğa çatmaq (Seçim yaşında olan isə həvəsləndirilir və valideynləri tərəfindən oruc tutmaq əmr olunur);

4) Səfərdə olmamaq (Müsafirə oruc vacib deyildir. Lakin çətinlik yoxdursa tutması yaxşıdır, çünki bu Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) etdiyi bir əməldir. Həmçinin insan tutmaqla vacibdən azad olur, həmçinin bu mükəlləf üçün daha asandır və Ramazanda tutmaqla bu ayın savabını əldə etmiş olur);

5) Sağlam olmaq;

6) Qadının heyzli və nifaslı olmaması.

 

Xəstənin oruc tutması:

Xəstəlik iki qismə bölünür:

1) Sağalmayan xəstəliklər: Bunlar yaşlı və oruc tutmaqdan aciz olan insanların hökmündədilər. Belə insanlara oruc tutmaq vacib deyil, lakin hər günün əvəzinə bir kasıbı yedirtməlidirlər. İstər günlərin sayı qədər kasıbları bir yerə toplayıb onlara nahar yaxud şam yeməyi versin, istər də yeməyi ayırıb günlərin sayı qədər kasıblar arasında bölsün, hər kasıba 1/4 saa (510 qram) buğda versin. Yaxşıdır ki, bununla yanaşı ət yaxud yağ da olsun.

2) Sağala bilən, lakin onunla bərabər oruc tutmaq çətin olan xəstəliklər: Bu insanlar isə heyzli, nifaslı, səfərdə olan və süd əmizdirən insanların hökmündədir. Sağalandan sonra oruc tutmadığı günləri qəza edir. Əgər sağalmamış vəfat edərsə, ondan vaciblik düşər.


Ayın daxil olması nə ilə sabit olur?

Ramazan ayının daxil olması ayı görməklə, yaxud Şaban ayını otuz gündən tamamlamaqla sabit olur.

 

Orucu pozan şeylər:

(Orucu pozan şeylərdə cahil, unutqan və məcbur edilən kəslər üzrlüdürlər.)

1) Qəsdən yemək yaxud içmək. (Kim unudaraq yeyib, içsə orucu səhihdir);

2) Cinsi əlaqədə olmaq. (Əgər oruc ona vacib olduğu halda Ramazanda günorta vaxtı bunu edərsə, onun üzərinə kəffarə vacib olar. Kəffarə də bir qul azad etməkdir, əgər bunu edə bilməsə altımış gün ardıcıl oruc tutmalıdır, əgər bunu da etməyə qadir olmasa altmış kasıbı yedizdirməlidir.);

3) Qucaqlaşmaq, öpüşmək və s. bu kimi şeylər səbəbilə spermanın çıxması;

4) Yemək və içmək hökmündə olan şeylər. Məsələn: qidalandırıcı iynələr kimi. (Amma iynə qidalandırıcı olmazsa, yəni, tərkibində vitamin olmazsa orucu pozmur);

5) Qan aldırmaq (Lakin analiz üçün az miqdarda qan vermək orucu pozmur.);

6) Qəsdən qusmaq;

7) Heyz və nifas qanının gəlməsi.


Orucda müstəhəb olan şeylər:

1) Səhur etmək;

2) Səhuru axır vaxtına qədər gecikdirmək;

3) İftarı tezləşdirib ilk vaxtında açmaq;

4) Yaş xurma ilə oruc açmaq. Əgər tapmazsa adi xurma ilə açmaq. Yaxşıdır ki, xurma tək sayda olsun. Əgər xurma da tapmasa su ilə açsın, onu da tapmasa qəlbi ilə oruc açdığına niyyət etsin;

5) Oruclu olanda və orucu açanda dua etmək;

6) Çoxlu sədəqə vermək;

7) Gecə namazını çoxaltmaq;

8) Quran oxumaq;

9) Ümrə etmək;

10) Oruclunun, onu söyən adama "mən orucam" deməsi;

11) Qədr gecəsini ibadətdə keçirmək;

12) Ramazanın axır on günündə etikaf etmək.


Orucda bəyənilməyən əməllər:

1) Dəstəmaz aldıqda qarqara etmək (Ağız və buruna su almaq vacibdir. Lakin boğaza su getmək təhlükəsi olduğu üçün qarqara etmək bəyənilmir);

2) Ehtiyac yoxdursa, yeməyin dadına baxmaq.

Qeyd: Oruclunun tüpürcəyi udması, ehtiyac varsa yeməyin dadına baxması, yuyunması, misvakdan istifadə etməsi, ətirdən istifadə etməsi və sərinlənməsi caizdir.

 

Orucda haram olan əməllər:

1) Oruclunun bəlğəmini udması haramdır, lakin udarsa orucu pozulmur;

2) Həmçinin, orucunun pozulmasına əmin olmayanın zövcəsi ilə öpüşməsi də haramdır;

3) Haram olan sözlər söyləmək;

4) Cahillik etmək (səfehlik etmək və yumşaq olmamaq);

5) İftar etmədən iki gün ardıcıl oruc tutmaq.

 

Nafilə oruclar:

1) Ramazan orucunu tamamlayan üçün altı gün Şəvvaldan oruc tutmaq. Yaxşıdır ki, Şəvvalın ikinci günündən başlayaraq ardıcıl olaraq tutsun;

2) Həccdə olmayan üçün Arafa orucunu tutmaq;

3) Aşura orucunu (Məhərrəm ayının 10-u) oruc tutmaq. 10-u ilə bərabər 9-cu yaxud 11-ci günləri də tutmaq;

4) Hər həftənin birinci və dördüncü günü oruc tutmaq;

5) Hər hicri ayından üç gün oruc tutmaq. Yaxşıdır ki, bu, ayın 13, 14, və 15-ci günləri olsun;

6) Bir gündən bir oruc tutmaq (Davud əleyhissalamın orucu);

7) Məhərrəm ayında orucu çoxaltmaq;

8) Zilhiccə ayının doqquz gününü oruc tutmaq;

9) Şaban ayını tam tutmamaq şərti ilə bu ayın çoxusunu oruc tutmaq.

 

Məkruh oruclar:

Cümə, şənbə, bazar günlərini təkcə tutmaq bəyənilmir. Lakin səbəbli yerə təkcə tutarsa, caizdir. Məsələn, Arafa orucu şənbə gününə təsadüf edərsə, o zaman tək tutur.


Haram olan oruclar:

1) Rəcəb ayını xüsusiləşdirib oruc tutmaq;

2) Şəkk günü (Şaban ayının 30-u) oruc tutmaq. Lakin kiminsə davamlı tutduğu oruc həmin günə təsadüf edirsə, həmin günü tutmaq olar;

3) Bayram günləri oruc tutmaq;

4) Təşriq günləri (Zilhiccənin 11,12,13-ü) oruc tutmaq. Lakin, kimsə həccdə kəsməyə qurban tapmasa, həmin günləri tuta bilər;

5) İlin bütün günlərini oruc tutmaq.

Qeyd: Qəza orucunu ardıcıl tutmaq müstəhəbdir. Yaxşıdır ki, bayram günündən həmən sonra tutmağa başlasın. Qəza orucunu ikinci Ramazana qədər saxlamaq olmaz. Lakin üzrsüz yerə gecikdirərsə, günah qazanır və üzərinə düşən isə yalnız həmin günləri qəza etməkdir.

 

Fitrə zəkatı:

Ramazanın axırıncı gününün məğrib namazına yetişən hər bir müsəlmana fitrə zəkatı çıxarmaq vacibdir. Belə ki, kimin evində Bayram günü və gecəsi özünün və ailəsinin yeyə biləcəyindən bir saa (2,04 kq) artıq qalarsa, həmin adama özünün və ailəsinin əvəzindən fitrə zəkatını çıxarmaq vacib olur. Ana bətnində olan uşağın əvəzinə çıxarmaq isə müstəhəbdir.

 

Fitrə zəkatında hikmət

1) Oruclunun oruc vaxtı etdiyi boş söhbətlərdən və günahlardan təmizlənməsi;

2) Bayram günü kasıbların ehtiyacını ödəməklə onların dilənməsinin qarşısının alınması.

 

Fitrə zəkatının çıxarılma vaxtı

İcazəli vaxtı: Bayram günündən bir və ya iki gün əvvəl çıxarmaq.

Müstəhəb vaxtı: Bayram günü sabah namazından bayram namazına qədər çıxarmaq.

Haram vaxtı: Bayram namazından sonra çıxarmaq.

 

Fitrə zəkatının miqdarı

Adəm övladının yediyi yeməklərdən 1 saa çıxarmaq lazımdır. Saa, arpa ilə ölçdükdə 2,04 kq edir.

 

Bayram namazı

Bayram namazı hər kəsə fərzdir. Qılınma vaxtı Günəş bir nizə miqdarında qalxandan sonra başlayır. Əgər kim namaza yetişməsə sonra qəza etmir. Bayram namazını səhrada, şəhər kənarında qılmaq sünnədir. Məsciddə qılmaq da caizdir. Bayram günü ediləcək bəzi sünnətlər vardır. Bunlardan:

1) Bayram namazına getməmiş tək sayda xurma yemək;

2) Gözəl şəkildə təmizlənib, ətirlənib və ən gözəl paltarı geyinmək;

3) Bayram namazına bir yolla gedib başqa yolla evə dönmək;

Qeyd: Bayram günü namazdan sonra təbrikləşmək caizdir. Belə ki, hər bir müsəlman qardaşlarını təbrik edib: "Təqabbəlallahu minnəə və minkum (Allah bizlərdən də sizlərdən də qəbul etsin) deyir."

4) Bayram axşamı və bayram günü məğribə qədər bayram təkbirləri gətirmək. Bunu fərzlərdən sonra etmək də sünnətdir. Bayram təkbirləri belədir: "Allahu Əkbər, Allahu Əkbər, Ləə iləəhə illallah, Vallahu Əkbər, Allahu Əkbər və lilləəhil həmd."

Bayram namazı iki rükətdir. Birinci rükətdə yeddi təkbir gətirilir. İkinci rükətdə isə ayağa durmaq üçün gətirdiyi təkbirdən başqa beş təkbir gətirilir. Bayram günü xütbə namazdan sonra olur.

 

Müəllif: Şeyx Heysəm əs-Sərhən

Kateqoriya: RAMAZAN | Baxılıb: 2684 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  May 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
   1234
567891011
12131415161718
19202122232425
262728293031