Bazar, 19.05.2024, 10:06
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 3 » Qəlblə qeybət etmək
22:12
Qəlblə qeybət etmək

Bil ki, bir müsəlman haqqında pis zənndə olmaq haramdır. Bu, eynilə söz ilə edilən qeybət kimidir. Bir insanın sәnә görә xoş olmayan əməllərini söyləməyin kimi, ona qarşı pis zənn bəsləməyin də, haramdır.
Allahu Təalə belə buyurmuşdur:

«..Zənndən çəkinin!» (Hucurat, 12)

Əbu Hureyra`dan (Allah ondan razı olsun) rəvayət olunan hədisdə, Rasulullah (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur:

«..Zənndən çəkinin. Çünki zənn — sözlərin ən yalan olanıdır..» (Buxari və Muslim)

Bu mənadakı hədislərin sayı olduqca çoxdur. Qəti şəkildə qadağan olunmuş pis zənn — qəlbində başqası haqqındakı hökmü qərarlaşdırmaqdır. Lakin, ürəkdən keçənlər və nəfs quruntuları, qəlbdə qərarlaşmaz, üzərində davamlı olaraq dayanılmazsa vә yada salınmazsa, bütün alimlərin ittifaqı ilə bağışlanmış sayılar. Çünki belə düşüncələrin qəlbə gəlişində, insan ixtiyar sahibi deyildir. Peyğəmbərimizdən (Allahın ona salavat və salamı olsun) rəvayət olunan bu hədis də, buna dəlalət edir:

«..Allahu Təalə, Ümmətimin nəfslərindəki düşüncələri ilə əməl etmədikcə, bunu bağışlamışdır..» (Buxari və Muslim)

Alimlər bu barәdә belә buyururlar: «Burada nəzərdə tutulan — fikrə gəlsə də, (qəlbdə) kök salmayan, gəlib-keçici olan düşüncələrdir. Bu kimi hallar istər qeybət olsun, istər küfr olsun, yaxud digəri olsun — hökm eynidir. Küfrü mənimsəmək niyyətilə deyil, sadəcə ürəyinə yalnız müvəqqəti olaraq küfr fikirləri düşərsə və sonra dərhal onu (vəsvəsəni) dəf edərsə, insan kafir olmaz və bundan dolayı ona bir günah yazılmaz..»

Səhih olaraq rəvayət olunan hədisdə Səhabələr:

» Ey Allah`ın Rəsulu!.. Aramızdan birinin qəlbinə (küfr və ya buna bənzər hər hansı haram) bir fikir düşərsə, böyük günah işləmiş sayılırmı?» — deyə soruşdular.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun): » Bu hal, açıq iman ifadəsidir (çünki insanın iradə və istəyi ilə meydana gəlmir və mənimsənmir)» — deyə buyurdu. Bu cür rəvayətlər olduqca çoxdur..

Qəlbdən gəlib keçən düşüncələrin bağışlanmasının səbəbi — onlardan çəkinməyin mümkün olmamasıdır. Mümkün olan — bunlar haqda çox düşünməmək və üzərilərində davamlı olaraq durmayaraq, yaddan çıxarmağa çalışmaqdır. Bu səbəbdən də, bu pis düşüncələr üzərində dayanmaq və qəlbi bunlara bağlayıb qətilik əldə etmək haram edilmişdir. Nə zaman insan qeybət düşüncəsi və yaxud digər günahları (etməyi) xatırlayarsa, o düşüncələrdən üz çevirməklə onları əngəlləmək və əngəl törədən səbəbləri xatırlamaq vacib olur..

Əbu Həmid əl-Ğazzəli (İmam Qazali) «İhyə» adlı məşhur əsərində belə demişdir:

«Pis bir zənn qəlbinə düşdükdə bil ki, bu, Şeytanın sənə verdiyi vəsvəsədir. Bu düşüncəni dərhal tərk etməlisən. Çünki Şeytan ən böyük bir fasiqdir. Uca Allah Öz mübarək kitabında belə buyurur:

«..Sizə bir fasiq xəbər gətirdiyi zaman (doğruluğunu) araşdırın. Yoxsa bilməyərək bir qövmə haqsızlıq edərsiniz və etdiyinizə peşman olarsınız..» — buyurmuşdur. (Hucurat, 7)

İblisi təsdiqləmək caiz deyil. Əgər qәlbdә fəsada dəlalət edən bir əlamət varsa və buna müxalif olmaq mümkündürsə, pis zənnə düşmək əsla caiz olmaz. İnsanın bir kәsə qarşı qəlbində olan münasibətinin, hisslərin dəyişməsi — pis zənnin əlamətidir. Beləliklə həmin insandan nifrət etmәyә başlayıb, özünü yuxarı, onu isə, aşağı dərəcədə hesab edәrәk, ona olan gözəl münasibətindən tamamilə dönmüş və (onun) xətalarının üzərini örtməyi tərk etmiş olarsan. Çünki Şeytan, ən xırda bir xəyal ilə insanların etmiş olduqları xətaları qəlbə yaxınlaşdırar və bunun, sənin anlayış qabiliyyətindən, zəkandan və ağıllı olmandan irəli gəldiyi düşüncəsiylə səni aldadar. Əslində isə insan bu halda (mömin olsa belə) şeytanın aldatması və azdırması səbəbilə danışmış olar. Artıq sadiq bir adam sənə bir kimsə haqqında sənə xəbər versə, onun dediyini nə təsdiq et, nə də inkar. Çünki təsdiq edərək doğruluğuna şahidlik etsən, qeybətdə sən də, iştirak etmiş olarsan. Əgər təsdiq etməsən, xəbər verənin yalan danışdığına hökm vermiş olacaqsan. Nə zaman bir müsəlman haqqında ürəyinə pis bir düşüncə gələrsə, ona qarşı ikramı, gözəl münasibəti və onu müdafiə etməyi daha da artır. Çünki, bu hal Şeytanı qəzəbləndirər və onu səndən uzaqlaşdırar. Artıq qardaşın üçün dua etməklə məşğul olacaqsan deyə, qorxaraq belə bir zənni qəlbinə bir daha əsla salmaz..

Nə zaman bir müsəlmanın qüsurunu görsən, ona gizlicə öyüd-nəsihət ver. Əziz qardaşım, şeytan səni aldadıb onun haqqında qeybət etməyə gətirib çıxarmasın. Ona öyüd verdiyin zaman, -qüsurunu gördüyündən dolayı, sevincli bir hal ilə- öyüd vermə. Əgər sevincli halda nəsihət etsən, həmin insan təkəbbürlənərək nәsihәtdәn üz döndərəcək, sən isə, ona yalnız tənə etmiş olacaqsan. Sən yalnız onu günahdan çəkindirmək haqqında düşün. Özün bir qüsur etdiyin zaman necə kədərli olursansa, ona qarşı da hüznlü ol. Sənin nəsihətin olmadan həmin insanın o günahı tərk etməsi, sənin nəsihətinlə tərk etməsindən sənin üçün daha sevimli olmalıdır. Bu, ixlasa daha yaxındır..»

Bir kimsənin könlünə pis bir zənn düşdüyü zaman onu tərk etməyin vacib olduğunu vurğuladıq. Lakin, bu — Şər’i (Şəriət) məsələlərinə aid deyil. Əgər Şər’i bir zərurət olarsa, insanın nöqsanı haqqında düşünmək və ətrafa bəyan edərək, digər insanların bu xətaları etmələrinin qarşısını almaq caizdir. Aydındır ki, haram olan qeybət kimi, mübah qeybət də vardır. Bir insan haqqında xəbər almaq (məsələn: evlənmək istədiyi qadının qonşularından onun barədə xəbər almaq və s.), hədis elmində şahidlərin, ravilərin (rəvayətçilərin) qüsurlarını açıqlamaq və s. bu kimi qeybətlər, haram olan qeybətdən sayılmır.

Bütün əməllərin səbəbkarı və bağlanğıc nöqtəsi qəlbdir. Buna görə də, qəlbi xeyirsiz düşüncələrdən təmizləmək — ümumi bir təmizlikdir. Çünki, düşüncələr, istəklər və məqsədlər ilk öncə qəlbdə başlayır. Əzalarla edilən əməllər — qəlb əməllərinin meyvəsidir. Bu səbəblə də, pis zənn — qəlbin qeybətidir..


Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Ayxan Yaquboğlu
Kateqoriya: Məqalələr | Baxılıb: 637 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031