Bazar, 19.05.2024, 01:46
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 9 » Orucun vacib edilməsi üçün yaş həddi
22:37
Orucun vacib edilməsi üçün yaş həddi

Orucun vacib olan vaxtı.

 

Sual: Mən iyirmi üç yaşına çatmış gəncəm. Hələ mənim on beş yaşım olarkən atam məni oruc tutmağa təşviq edirdi. Mən isə bir gün oruc tutur bir gün iftar edirdim. Və orucun həqiqi mənasını dərk etmirdim. Sonra yaşa dolduqca onun mənasını dərk etməyə başladım və hər il Mübarək Ramazan ayını oruc tutmağa başladım. Allaha şükrlər olsun ki, ondan sonra heç bir gün də olsun orucu tərk etməmişəm. Sualım isə belədir: Mən ötən illərin orucunu qəza etməliyəmmi? Onu da bildirim ki, mən on səkkiz yaşdan sonra Ramazan ayını ardıcıl oruc tutmağa başlamışam.

Cavab: Insan on beş yaşına çatdıqdan sonra şəriətin qanunları ilə mükəlləf (məsuliyyətli) olur. Bu yaşda oruc tutmağa səhlənkarlıq edən adam vacib əməli tərk etdiyi üçün onun qəzasını tutmalıdır. Orucun hikmətini bilməmək isə onun üçün üzr sayılmır. Ona görə də tutmadığı günlərin əvəzinə oruc tutmalı və əlavə olaraq hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Əgər günlərin sayını bilmirsə onda borcunu tam ödəməkdə ehtiyatlı olmalıdır. Allah daha yaxşı biləndir!

 

(Şeyx: İbn Cibrin).

 

Oruc tutmayan on üç yaşlı qız.

 

Sual: On iki və ya on üç yaşına çatmış qız uşağı Ramazan ayını oruc tutmamışdır. Belə halda onun və ya ailəsinin boynunda borc varmı? O, oruc tutmalıdırmı? Tutmasa bəs onda boynuna nə isə düşürmü?

Cavab: Qadın müəyyən şərtlərlə: müsəlman, aqil, həddi-buluğ (həddi-buluğun əlaməti bunlardır: aybaşı olmaq, yuxuda cənabət olmaq, ön cinsiyyət orqanında tükün bitməsi yaxud on beş yaşa yetişməsi), - mükəlləf (məsuliyyətli) olur. Deyilən qız uşağında bu şərtlər mövcuddursa onda ötürdüyü Ramazan ayını qəza etməlidir. Əgər deyilən şərtlərin hər-hansı mövcud olmasa onda həmin qız uşağı mükəlləf (məsuliyyətli) deyil və onun boynunda heç bir borc qalmamışdır.

 

(Daimi Elmi Araşdırmalar mərkəzi).

 

Orucun vacib edilməsi üçün yaş həddi.

 

Sual: Oruc, qız uşağına nə vaxt vacib olur?

Cavab: Qız uşağı mükəlləf (məsuliyyətli) olduqda ona oruc tutmaq vacib olur. Mükəlləfliyin əlamətləri isə bunlardır: On beş yaşın tamamlanması, ön cinsiyyət orqanında tük bitməsi, məninin (spermanın) ifraz edilməsi, aybaşı və ya hamilə olması. Bu əlamətlərin bəziləri mövcud olduqda artıq, oruc saxlamaq vacib olur. Hətta qız uşağının on yaşı olub əlamətlər mövcud olarsa artıq mükəlləf (məsuliyyətli) sayılır. Bir çox qız uşaqları on və ya on bir yaşlarında aybaşı olurlar. Lakin onun ailəsi "qız hələ uşaqdır, onun nə yaşı var ki" və s. bu kimi sözlər deməklə qıza səhlənkarlıqla yanaşır və ona oruc tutmağı buyurmurlar. Bu isə xətadır. Qız uşağı aybaşı olduqda artıq qadınların sırasına qoşulur və mükəlləflik (məsuliyyətlilik) qələmi onun əməllərini yazır. Allah daha yaxşı biləndir!

 

(Şeyx: İbn Cibrin).

Kateqoriya: RAMAZAN | Baxılıb: 655 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30