Bazar, 19.05.2024, 00:39
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 19 » Orucun faydaları, ədəb-ərkanları, namaz qılmayıb oruc tutanın və bu işdə tənbəllik edənin hökmü
15:44
Orucun faydaları, ədəb-ərkanları, namaz qılmayıb oruc tutanın və bu işdə tənbəllik edənin hökmü

Orucun faydaları, ədəb-ərkanları, namaz qılmayıb oruc tutanın və bu işdə tənbəllik edənin hökmü.


Orucun ictimai faydaları.

Sual: Orucun ictimai faydası varmı?

Cavab: Bəli, oruc tutmağın bir çox ictimai faydaları vardır. Məsələn, insanların eyni vaxtda yemək və eyni vaxtda oruc tutmaqla özlərini bir ümmət kimi hiss etməsi, varlıların Allahın onlara verdiyi neməti dərk etmələri, kasıblara qarşı mərhəmətin yaranması, şeytan əməlinin azal­ması, Allah qorxusu və ictimaiyyət arasında əlaqələrin sıx olması və s.

(Şeyx: İbn Useymin).

 

Sual: Oruc tutana layiq olan əməllər hansılardır?

Cavab: Oruc tutan adam çoxlu ibadət, itaət etməli və qadağalardan çəkinməlidir. Vacib əməllərə xüsusi diqqət verməli və haramlardan qəti olaraq əl çəkməlidir. Çalışıb beş vaxt namazı öz vaxtında camaat ilə qılmalıdır. Qeybətdən, aldatmaqdan, yalan danışmaqdan, sələmçilikdən, haram edilmiş hər bir əməl və ya sözdən çəkinməlidir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Kim yalan danışmaq və ona əməl etməkdən çəkinməsə, onun yemək və içməyini tərk etməyə Allahın ehtiyacı yoxdur".

(Şeyx: İbn Useymin).

 

İftar süfrəsində israfçılıq etmək.

Sual: Iftar süfrəsi üçün müxtəlif yeməklər hazırlamaqda həddini aşmaq orucun savabını azaldırmı?

Cavab: Bu əməl orucun savabını azaltmır. Oruc bitdikdən sonra haram iş görmək orucun savabına təsir etmir. Lakin deyilən əməl Allah təalənin bu ayəsinə daxildir: "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (əl-Əraf: 31). Israfçılıq etməyin özü qadağandır. Layiqli xərcləmək isə yaşayışın yarısıdır. Əgər həmin adamın imkanları genişdirsə və bişirdikləri yemək artıq qalıbsa yaxşı olar ki, onu başqalarına sədəqə versinlər.

(Şeyx: İbn Useymin).

 

Namaz qılmaqda tənbəllik edib, oruc tutanın hökmü.

Sual: Bəzi cavanlar (Allah onlara hidayət versin!) Ramazan ayında və qeyri vaxtlar namaz qılmaqda tənbəllik edir, lakin orucu isə necə lazımdır elə də tuturlar. Susuzluq və aclığa davam gətirirlər. Siz onlara nə tövsiyə edərdiniz və onların oruclarının hökmü nədir?

Cavab: Mənim onlara tövsiyəm o olar ki, qoy onlar öz-özlərində düşünsünlər və bilsinlər ki, namaz şəhadətdən sonra islamın ən əhəmiyyətli əsasıdır. Kim namaz qılmır və laqeydlik üzündən onu tərk edirsə mənim qane olduğum iki rəydən birinə görə o küfr etmiş olur. Ona görə də qoy həmin insanlar Allahdan qorxsunlar və namazlarını qorusunlar. Onları vaxtlı-vaxtında müsəlman camaatla qılsınlar. Allahın köməkliyi ilə mən zamin dururam ki, əgər onlar belə etsələr onda Ramazan ayında və ondan sonra da daima qəlblərində həqiqi namaz istəyinə nail olacaqlar. Əgər bir insan öz Rəbbinə qayıdar, sığınar və Ona həqiqi tövbə edərsə, tövbəsi onun üçün əvvəlkindən daha da xeyirli ola bilər. Belə  bir hadisə haqda Allah təalə Adəmi nümunə olaraq xatırlatmışdır. Adəm qadağan olunmuş ağacdan yedikdən sonra tövbə edib buna nail olmuşdu: "sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi." (Taha: 122).

(Şeyx: İbn Useymin).

 

Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü.

Sual: Ramazan ayı oruclu halda qadınla danışmağın və əlindən tutmağın hökmü nədir? Xüsusən bəzi ictimai yerlərdə bu kimi hadisələr daha çox baş verir?

Cavab: Əgər kişinin qadınla söhbətindən məqsəd ləzzət və şəhvət deyilsə və Ramazan ayında oruclu halda bilmədən əli ilə qadına toxunarsa bunun oruca təsiri yoxdur. Yox əgər qadınla söhbətdən məqsəd ləzzət almaqdırsa bu həm Ramazan həm də qeyri vaxtlarda qadağandır.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).

 

Ramazan ayı gecə vaxtı içki içənin orucunun hökmü. 

Sual: Bir nəfər içki bəlasına düşmüş, hətta Ramazan ayı gecə vaxtı da içki içir. O gecə içki içir bəs onun gündüz vaxtı tutduğu orucun hökmü nədir?

Cavab: Allah təalənin buyurduğuna görə içki içmək ən böyük günahlardandır. "Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (əl-Maidə: 91).

Içki həm Ramazanda həm də digər vaxtlarda haramdır. Lakin Ramazanda içmək daha çox haramdır. Onu içən kimsə tez bir zamanda içkidən əl çəkməli, etdiyinə peşman olub, bir daha o günaha qayıtmayacağına söz verməli və Allaha tövbə etməlidir. Amma Ramazan ayı gecə vaxtı içki içib, gündüzlər oruc niyəti ilə yemək içmək və digər iftar etdirən amillərdən çəkinib oruc tutan adamın orucu doğrudur.

(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi).

 

Oruclu olarkən gündüz vaxtını yatmaqla keçirmək.

Sual: Oruclu halda gündüz vaxtını yatmaqla keçirməyin və belə orucun hökmü nədir? Yaxud, fərz namazlarını qılmaq üçün oyanır sonra yenidən yatmağa davam edirsə onun hökmü nədir?

Cavab: Bu sual iki məna daşıyır:

Birinci adam bütün gününü yatmaqla keçirir və heç oyanmır. Şək yoxdur ki, belə etmək günahdır və namazları vaxtından sonraya saxlamaq Allaha asilikdir. Əgər həmin adam camaat namazına getməlidirsə onda getmədiyinə görə əlavə günah da qazanır. Belə adamın orucu naqis olur və onun əməli, bir şəhəri məhv edib yerində qəsr tikən adamın timsalındadır. O, Allaha tövbə etməli və qalxıb namazlarını vaxtında qılmalıdır.

Ikinci adam oyanıb fərz namazlarını vaxtında camaatla qılırsa ona günah yoxdur. Lakin o özünü çoxlu xeyirdən məhrum etmiş sayılır. Çünki oruc tutan adam namaz qılmalı, zikr, dua etməli və ya Quran oxumalıdır ki, oruc ilə bərabər müxtəlif ibadətləri cəm etsin. Əgər insan özünü oruclu halda ibadət etməyə alışdırsa bu onun üçün başqa vaxtlarda daha rahat və asan olar. Əgər o öz nəfsini tənbəlliyə, halsızlığa və rahatlığa öyrəşdirsə onda başqa əməllər və ibadətlər ona çətin gələr. Ona görə mən belə adama tövsiyə edirəm ki, oruclu vaxtını yatmağa deyil, ibadətə sərf etsin. Allaha şükrlər olsun ki, O bizə günümüzdə orucun məşəqqətini azaldan: kondisioner və s. - nemətlər vermişdir.

(Şeyx: İbn Useymin).

Kateqoriya: RAMAZAN | Baxılıb: 1001 | Əlavə edib: abubakr | Reytinq: 5.0/1
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30