Bazar, 19.05.2024, 04:06
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 14 » Ön Söz - Xutbətul-Hacə
20:54
Ön Söz - Xutbətul-Hacə

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

ÖN SÖZ

XUTBƏTUL - HACƏ

 

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadət haqqına malik məbud[1] yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. 

)يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ(

"Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün” (Ali-İmran, 102). 

)يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا(

 

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqə­lərini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir” (ən-Nisa, 1). 

)يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا(

"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar” (əl-Əhzab, 70-71).[2]

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin salləllahu aleyhi və səlləm[3] yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir,[4] hər bir bidət isə zəlalətdir.[5] Hər bir zəlalət isə oddadır.[6]

)قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي وَيَسِّرْ لِي أَمْرِي وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي(

  

"Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilim­dəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (Taha, 25-28).

Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk olaraq hamı­nızı Allahın salamı ilə salamlayırıq. Allahın Kitabına və Allah Elçisinin salləllahu aleyhi və səlləm yoluna tabe olaraq bu əməli Allahın adı ilə, yəni "Bismilləh” ilə başlayırıq.

Allah Elçisi salləllahu aleyhi və səlləm Allahın Qurani-Kərimdə buyurduğu kimi: "O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir” (ən-Nəcm, 3-4). Onun söylədiyi sözlər arasında "qüdsi” deyilən hədislərə rast gəlinir. Qüdsi hədis həm ləfz,[7] həm də məna cəhətdən Peyğəm­bərin salləllahu aleyhi və səlləm Rəbbindən rəvayət etdiyi hədislərə deyilir. Hökm və əqidə məsələlərini götürməkdə Quran və Sünnəyə bərabər tutulur. Qüdsi hədislər barəsində bir çox alimlər fikir söyləmişlər. Şeyx İbn Useymin (rahiməhullah) belə demişdir: "Qüdsi hədislər mərtəbə etibarilə Qurani-Kərim ilə Peyğəm­bərin salləllahu aleyhi və səlləm hədisləri arasında bir yer tutmaqdadır. Çünki Qurani-Kərim həm ləfz, həm də məna etibarilə Uca Allahdan, Peyğəmbərin salləllahu aleyhi və səlləm hədisi isə həm ləfz, həm də məna etibarilə Peyğəm­bərimizə salləllahu aleyhi və səlləm aid edilir. Qüdsi hədis isə məna etibarilə Uca Allaha, ləfz etibarilə isə Peyğəmbərə salləllahu aleyhi və səlləm aid edilir”.[8] 

Qüdsi hədislərlə Quran arasında olan fərq aşağıdakı kimi­dir:

1. Qurani-Kərim bütövlüklə mütəvatirdir, Qüdsi hədislər isə belə deyildir.

2. Qurani-Kərim bütövlüklə səhihdir və onda heç bir xəta yoxdur, qüdsi hədislərin arasında zəif, hətta batil və uydurma hədis­lərə rast gəlinir.

3. Qurani-Kərim məxluq deyil, yəni yaradılmayıb. Qüdsi hədis­lər isə Allah Elçisinin salləllahu aleyhi və səlləm sözləridir, yəni məxluqdur.

4. Qurani-Kərim həm məna, həm də ləfz etibarilə Allah­dandır. Qüdsi hədislər isə mənaca Allahdan, ləfz etibarilə Allah Elçisindəndir salləllahu aleyhi və səlləm.

5. Qurani-Kərim ayə, surə, hizb və cüzlərə bölünür, qüdsi hədislər isə bunlara bölünmür.

6. Qurani-Kərimi oxuduqda onun hər bir hərfinə görə on savab verilir, qüdsi hədislər isə belə deyildir.

7. Qurani-Kərim namazda oxunur, qüdsi hədisləri isə na­mazda oxumaq olmaz.

Əziz oxucu! Bu hədisləri kitaba daxil edərkən qarşımıza Peyğəmbər­imizin salləllahu aleyhi və səlləm yalnız səhih isnadla rəvayət olunan hədis­lərini toplamaq məqsədini qoymuşuq. Ona görə də kitaba salınan hədislərin böyük bir hissəsini Şeyx Muhəmməd Nəsirəddin əl-Albaninin (rahiməhullah) təhqiq edib səhih hesab etdiyi hədislər, eləcə də Şeyx əl-Albaninin (rahiməhullah) tələbəsi Əbu Usəmə Səlim ibn İyd əl-Hilalinin və mühəddis Şeyx Şueyb əl-Arnavutun (rahiməhullah) təhqiq edib səhih saydığı hədislər təşkil edir. Oxşar məzmunlu hədislərin çoxunu kitaba daxil etməyib onlardan daha dolğun olanını yerləşdirməklə kifa­yət­ləndik. Kitabın hazırlamasında Əlixan Musa­yevin tərcümələrindən geniş şəkildə istifadə etdik. Kitabın əlinizdə olan nüsxəsinə bir sıra əlavə hədislər qoyulmuş, müəyyən xətalar düzəldil­miş­dir. Bu xeyir­xah işdə əməyi olan və köməyini əsirgə­məyən hər bir müsəl­mandan Allah razı olsun və onları Firdovs Cənnətinə daxil etsin! Allahdan bu əməyin ana dilimizə dolğun və düzgün şəkildə tərcümə olunub ərsəyə gəlmə­sini, Onun üçün ixlaslı olmasını, bizdən qəbul edib onunla müsəl­man­­ları faydalandırmasını diləyi­rik. Əgər haradasa xəta etmişiksə bu nəfsimizdən və şeytan­dandır.

Diqqət! Allahın ad və sifətləri yalnız Allaha xas və layiq olan şəkildə olduğu üçün onların necəliyi və keyfiyyəti barəsində fikir yürütmək, düşünmək və ya danışmaq olmaz!

Güvəndiyimiz Allahdır, işlərimizi Ona həvalə edir və Ona arxalanırıq. Həmd yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan Odur.

)الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ وَالَّذِي أَطْمَعُ أَنْ يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ رَبِّ هَبْ لِي حُكْمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ وَاجْعَلْ لِي لِسَانَ صِدْقٍ فِي الْآخِرِينَ وَاجْعَلْنِي مِنْ وَرَثَةِ جَنَّةِ النَّعِيم(


"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiya­mət günü xətamı bağışlaya­cağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətləri­nin varislərindən et!” (əş-Şüəra, 78-85).

Allahın salavat və salamı Onun Peyğəmbəri Muhəmmədə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən əməlisaleh möminlərin üzərinə olsun!

 

Fevral 18 / 2011, Rabiul-Əvvəl 16 / 1432

Redaksiya heyəti


__________________________________________________

[1] - Məbud – ibadət olunan.

[2] - XUTBƏTUL-HACƏ adı ilə məşhur olan bu duanı Peyğəmbər (sallallahu aleyhi və səlləm) cümə və s. xütbələrdə oxumuş, səhabələrinə bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk his­səsini rəvayət etmişlər: Əhməd, 1/ 392, 293, 432; Əbu Davud, 2188; ət-Tirmizi, 1105; İbn Macə, 1892.

[3] - Ona Allahın salavatı və salamı olsun.

[4] - Bidət - yenilik, Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) vəfatından sonra insanlar tərəfin­dən dinə salın­mış ibadət növləridir.

[5] - Zəlalət - azğınlıq, yolunu azmaq.

[6] - Hədisin ikinci hissəsini rəvayət etmişlər: Muslim "Şərhu Nəvəvi” 6/ 153-156; Əhməd, 3/ 319, 371; ən-Nəsai, 3/ 188, 189. Hədis alimi Muhəmməd Nəsirəddin əl-Albani hədisin bütün rəvayətlərini bir yerə toplayaraq "Xutbətul-Hacə” adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani tərəfindən səhih hesab olunur.

[7] - Ləfz - rəvayət, mətn.

[8] - Muhəmməd Salih əl-Useymin "Mustalahul-Hadis” səh. 10-11.


Kateqoriya: Səhih Qüdsi Hədislər | Baxılıb: 1210 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031