Bazar, 19.05.2024, 04:45
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 2
Qonaqlar: 2
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 4 » Ömər Cumanovdan önəmli nəsihətlər
00:27
Ömər Cumanovdan önəmli nəsihətlər
Bismilləhir-rahmənir-rahim. Həmd yalnız Allahadır. Peyğəmbərə və onun ailəsinə Allahın salavatı olsun. Sonra:

Əziz qardaşlarım! Bu xırda bir yazını qardaşımızın xahişi ilə ən birinci özümə, sonra da sizə fayda verəcəyi ümidi ilə yazıram. Allahdan diləyim bunun hamı üçün faydalı etməsidir...

Qardaşlar, bildiyiniz kimi, son zamanlarda təkfir və digər bidət camaatı artıq artmaqdadır. Həqiqətən, bir çox qardaşlarımız onların bu fitnəsinə tam düşməsələr də, külək yanlarından əsən kimi təsirlənirlər. Qardaşlarım, təkfir fitnəsi bu ümmətin ən birinci bəlaya düçar olduğu ilk firqəsidir, baxmayaraq ilk firqə xavaric adı ilə tanındı, amma bu gün onların iki və daha artıq adı vardır: təkfir camaatı, hizbiçilik, xavariclər, qutubçular, ixvanlar və s. Bu adlar ayrı-ayrı adlar olsa da, bunları birləşdirən ümumi vəsflər, əlamətlər, ideologiyalar, qaydalar, rəylər və hədəflər vardır. Müasir günümüzdə olan əsas aktiv təkfirçilər tanıdığımız müasir sələf alimlərinin onların rəyində olması iddiasi ilə çıxışlar edib, onlardan sitatlar gətirib və video görüntülərini yaymaqla qarşılarında dayanan sıravi müsəlmanları tez bir zamanda haqq mənhəcdən yayındıra bilirlər. Onların üslubları qarşısında dayanan müsəlmanı az bir vaxtda həmin məlumatlarla yükləmək, onu təsir altına salmaq və ani bir halda zehni hücuma məruz qoymaqdır ki, bu halda da qarşıda dayanan insanın onun dediklərini qəbul etməkdən başqa bir çıxış yolu qalmır və sonradan bu adam əgər başqa həqiqi bilənlərlə qarşılaşmazsa, artıq həmin adamı öz rəylərində olan və ya həqiqi tövhidi bilən bir şəxs kimi öz sıralarına daxil edirlər. Onlar həqiqətdə bir şeyi, daha doğrusu, əsl həqiqəti unudurlar: elmi hər şəxsdən öyrənmək sələf mənhəcinə zidd olan bir qaydadır. Necə ki, məşhur tabiinlərdən biri demişdir: "Həqiqətən, bu elm dindir, baxın, görün dininizi kimdən götürürsünüz”. Həqiqətən, qardaşlar, bu elm dindir. Çünki, danışılan, eşidilən nə varsa, hamısı bizə dinimizi öyrədir. Ancaq, biz dinimizi hər bir kəsə həvalə etsək, nəinki külək, xırda bir əsmə belə, bizi təsir altına sala bilər. Biz dünya məsələlərində bir şey baş verən kimi peşəsi üzrə ən tanınmış birinin yanına getmək istəyirik, istər canımız ağrayanda, istərsə də miniyimiz xarab olanda. Bəs necə olur ki, biz dinimizi ən çox bilənə deyil, alimlərin yanında oturanlara deyil, yerində ərəb dili öyrənib mücərrəd kitab oxuyanlara həvalə edirik?! Sual verim sizə, bu ədalətlidirmi? Əlbəttə ki, xeyr! Bəs nəyə görə biz hər kəsə qulaq asıb, hər kəsin yazdığını oxuyuruq? Qardaşlarım! Artıq ayılmaq vaxtıdır, oyanmaq vaxtıdır, sələf mənhəcini bəyan etmək vaxtıdır! İnanın, bu gün bunu etməsək, gələcək nəsl bu mənhəci öyrənə bilməyəcək, xurafat, özbaşınalıq, bir-birini təkfir etmək halları artacaq, məscidlər tərk olunacaq, sünnələr tərk olunacaq. Hansı ki, həqiqi düşmənlərimiz bizdən bunu istəyirlər.

Bu kiçik yazıyla, Allahin izni ilə, onların bəzi üslublarını bəyan etmək istəyirəm:

1. Alimlərin dərs və fətvalarından özlərinə lazım olan hissəni kəsib ayırmaq və sonda istədikləri cavabı hasil etmək. Şəxsən bu üslubu bir neçə dəfə gözlərimlə görüb haqsızlığa şahid olmuşam. Əvvəla, qardaşlarım, unutmaq lazım deyil ki, fətva dəlil deyildir, fətvanın dəlilə ehtiyacı var. Və hər bir fətva müəyyən bir hal üçün ayrı-ayrı hökmdə ola bilər, necə ki, zahiri bir əməlin 2 hökmü ola bilər. Məsələn: İbn Baz (rahiməhullah) qeyd edir ki, əgər biri qurbanı qəbir üçün kəsirsə, şirk edir; lakin Allah üçün qəbrin yanında kəsirsə, bidət edir. Bu cür zahirən eyni olan hal üçün olan fətvalar ayrı-ayrı olur. Alimlərin fətvaları da bu cür olur, ona görə bir insanın halına uyğun olan fətvanı başqasına tətbiq etmək düzgün deyildir.

2. Təkfirçilər təkfir məsələsində heç bir qaydaya riayət etmədən insanları qeyri-şərtsiz təkfir edirlər. Halbuki, alimlərimiz təkfir etməkdən ötrü qayda və şərtlər qoymuş və onlardan kənara çıxanı qınamışlar. 

3. Təkfirçilər təkfir məsələsində ümumi və xüsusi təkfiri bilmədən zəlalətə düşmüşlər, yəni bir əməlin küfr olması o demək deyil ki, sən bunu qarşına çıxan hər bir fərdə tətbiq etməlisən. Misal üçün, Qurana məxluq deməyin hökmü küfrdür, lakin bu o demək deyil ki, hər Qurana məxluq deyəni təkfir etməlisən. Necə ki, imam Əhmədin dövründəki kimi… Eyni zamanda, şeyx Fövzan (həfizahullah) o zaman İsa peyğəmbərin (aleyhis-sələm) karikaturasını çəkən haqqında soruşulanda bəyan etdi ki, bu əməl küfrdür, lakin həmin şəxsin halına baxmaq lazımdır, bəlkə cahildir, bilmir. Və qeyd edim ki, bu sual şeyxə məhz Azərbaycan barədə verilmişdir! Qardaşlarım, bu qayda təkfirçilərin başa düşmədiyi əsas bəndlərdən biridir.

4. Təkfirçilərin əsas üslublarından, daha doğrusu, ən birinci vəzifələrindən biri elm tələbələrini sıravi müsəlmanların gözündən salmaq, nəticədə, həmin onları öz istədikləri havaya yönəltməkdir. Necə ki, bugünki günümüzdə baş verənlər buna şahiddir... Bu bizim təkfirçilərin ideyası deyil, bu müasir təkfirçilərin şeyx İbn Baza, şeyx Fovzana, şeyx İbn Useyminə heyz alimləridir, onlardan yalnız fiqh götürün demələrindən başlayan bir məzhəbdir, şeyx Albani mürciədir, əqidəsi zay olub, ondan yalnız hədis götürün demələrindən başlayan bir ideyadır. Necə ki, biz də burda olan tələbələr haqqında kifayət qədər iftiralar, böhtanlar eşidirik… 

5. Təkfirçilərin əsas üslublarından biri: " heç kimdən soruşma, özün oxu, özün başa düş, özün, özün, özün..." Qardaşlar, unutmayın ki kafir Ələsgər, yəni özünü peyğəmbər elan edən mürtəd, ilk vaxtlar, 1996-cı ildən başlayanda o da belə şüarlarla başlamışdı: "oxudum, Allah açdı, bəyan etdi, gördüm, bildim” və s. Nəticədə, göz qabağında, sağ ikən özünə cəhənnəm qazanmağa layiq birisi oldu... Əziz qardaşlarım! Bəli, oxuyun, oxumaq lazımdır, vacibdir, lakin bilmədiyinizi bilənlərdən soruşun. Allah Subhənəhu va Təalə buyurmuşdur: "فاسئلوا أهل الذكر إن كنتم لا تعلمون” "Bilmirsinizsə, zikr əhlindən soruşun”. (əl-Ənbiyə, 7.)

6. Təkfirçilərin ən dəbdə olan üslubu mövqe bildirmək üslubudur, yəni kiməsə, nəyəsə dərhal mövqe bildirməlisən: kimdir, kafirdir ya yox??? Əziz qardaşlarım! Unutmayın ki, qəbrin sualları da bəllidir, axirətin də, heç yerdə səndən bu haqda soruşulmayacaq. Səndən sənin haqqında, zövcən haqqında, valideyn, qohum-əqrəba, qonşu haqqında, dinin, peyğəmbərin, rəbbin haqqında soruşulacaq. Dilinin törətdikləri barədə səndən soruşulacaq… Sən sualları bəlli olanlara bu dünyada cavab axtar, sənə aid olmayanları kimə ki aiddir, onlara tərk et. Altmış-yetmiş il ömrünü elmə həsr edən alimlər bu məsələdə ehtiyatlı davranırlar, bəs altı-yeddi il oxuyanlar necə davranmalıdır? Bəs onda bir-iki il orda-burda olanlar necə?! Qardaşlar, siz deyin bu kimin vəzifəsidir?
Çıxış yolu var. Bəli, əlbəttə ki, var! Olmaması qeyri-mümkündür, axı şəriətimiz kamil şəriətdir, heç bir nöqsanı olmayan şəriətdir! Bəs nədir çıxış? Şeyx Fövzan (həfizahullah) dediyi kimi: onları təkfir etməkdə sən mükəlləf deyilsən, sənin borcun həmin əməlin küfr olmasına etiqad etməkdir, namazın tərki kimi, namazın tərki küfrdür. Lakin müəyyən şəxs barədə hökmü qazı çıxarır, bu sənin vəzifən deyil, bunu unutma, əziz qardaşım!

7. Təkfirçilərin əsas üslublarından: elm əhli arasında olan məsələləri şişirtmək, ortada dedi-qodu yaymaq, nəmmamlıq etmək, aranı qızışdırmaq və s. Qardaşlarım, elm əhli arasında qədimdən bugünə qədər ixtilaf olub ve olacaqdır. Bu elm əhlinin arasında olan ixtilaflara heç bir şəxsin qarışması düzgün deyil, qeyriləri qarışanda məsələ öz oxu ətrafından qırağa çıxır və nəticədə, hasil olunası haqq ortadan gedir ve şəriət qalır bir tərəfdə, şərəf və məzhəb bir tərəfdə. Nə haqq bilinir, nə də batil. Hərə öz işini idarə edə bilsə, elm ehli də öz işini idarə edər. Biz hər zaman bildirmişik ki, tələbələr arasında olan məsələlərə qeyriləri müdaxilə etməsin. Kiminsə haqqına girib kimisə müdafiə etməyin. Tərk edin öz əhlinə, inşallah sizə boynunuza düşən ancaq dua etməkdir.

Bu kiçik yazını müəllimlərimdən birinin mənə danışdığı bir əhvalat ilə bitirmək istəyirəm. Bir dəfə həmin müəllim Mədinədə həkimə getmişdi, həkim də sidik kanalı üzrə mütəxəssisdir. Müayinədən keçəndən sonra həkim müalicə yaza-yaza başlayır hakimlərdən danışmağa: bu hakim belə dedi, o hakim belədir, filankəs elədir, filankəs isə belə... Sonunda müəllim görür ki, bu artıq çox danışacaq və deyir: "Həkim, sənin ixtisasın nədir?” Həkim deyir: "Sidik kanalı”. Müəllim deyir: "Həkim, sən elə həmin kanalda qal, qırağa çıxma, qıraq sənlik deyil”. Düzdür, gülməlidir, çünki müəllim mənə danışanda bir xeyli vaxt mən də güldüm, amma əsl hikmət orasındadır ki, bu gün hər bir müsəlman dəvətçidir, hər birinin dəvətdə öz payı var, ancaq heç kimin ona ayrılan kanaldan qırağa çıxmağa haqqı yoxdur. Bu bir haqqdır və bunu hamımız başa düşməliyik… 

Qardaşlarım, sonunda, ümid edirəm ki, az da olsa, nəyisə qeyd edə bildim. Allah Təalə bunu Öz rizası üçün etsin, əməlimizi qəbul etsin, qəlbimizi nəfsimizə deyil, Özünə tabe etsin. Həqiqətən də, Allah Təalə duaları qəbul edəndir!


Bunu yazdı: Allaha möhtac bəndə, qardaşınız, Ömər Cumanov (03.01.2014)

Kateqoriya: Faydalar | Baxılıb: 1262 | Əlavə edib: abubakr | Reytinq: 5.0/1
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031