Bazar, 19.05.2024, 07:00
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Mart » 7 » Namazda xuşunun əhəmiyyəti
22:00
Namazda xuşunun əhəmiyyəti

Namazda xuşunun əhəmiyyəti


Allahu Təalə buyurur:

"Möminlər həqiqətən də nicat tapmışlar(1) O kəslər ki, namazlarında mütidirlər (2)." (Muminun, 1-2)

Allahu Təalə bu mübarək ayələrdə xəbər vermişdir ki, həqiqətən nicat tapmaq yalnız kamil imanın tələb etdiyi şeyləri həqiqi surətdə həyata keçirən və onun bütün şərtlərini, rüknlarını və əməllərini yerinə yetirən sadiq möminlərə məxsusdur.

Allahu Təalə ikinci ayədə möminlərin sifətlərindən ən mühüm olanı qeyd edərək buyurur:

"O kəslər ki, namazlarında mütidirlər." (Muminun, 2)

Namazda xuşu nədir?


XUŞU: Qəlbin zəlil olması və onun Allah qarşısında boyun əyərək müti halda durması deməkdir.

İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir: "Namazda xuşuya yalnız qəlbini namaz üçün boşaldan, onu namazdan başqa şeylə məşğul etməyən və namazı hər şeydən üstün tutan kimsə nail ola bilər. Belə olduğu zaman namaz onun üçün rahatlıq, sükunət və göz bəbəyi edilər." (Quranın təfsiri)

Necə ki, Ənəsdən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: "Mənə ətir və qadınlar sevdirildi və göz bəbəyim namazda edildi." (Ən-Nəsəi)

İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: "Göz bəbəyi edilmək sevdirilməkdən üstündür..." (VabilusSayyib)

Başqa yerdə İbn Əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: "Namaz insanın halını dəyişən və imanının tərəzisidir. Onunla insanın imanı ölçülür, halı və məqamı üzə çıxır. Həmçinin namazla insanın Allaha nə qədər yaxın olması bilinir. Həqiqətən namaz Allahla gizli söhbət və ona yaxınlaşmaq yeridir. Namazda qul ilə Rəbbi arasında heçbir vasitə yoxdur.

Allahı sevən üçün namazdan üstün heçnə ola bilməz və namazdan kənarda olduğu zaman O insan özünü sıxıntı içərisində hiss edər, namaza gəldiyi zaman isə, qəlbinin genişlənməsini və rahatlıq tapmasını hiss edər.

Necə ki, bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Bilala (Allah ondan razı olsun) belə demişdir: "Ey Bilal, bizi namaz ilə rahatlaşdır." (Əbu Davud) 

Demədi ki, (Bizi namazdan rahatlandır) - necə ki, bu batil və qəflət əhlinin halıdır...

Namaz Allahı sevənlərin göz bəbəyi, ruhlarının sevinci, qəlblərinin ləzzətidir. Onlar namaza daxil olduqları zaman namazın qurtaracağına görə narahat olarlar və namazı tez qılıb qurtaran imamın arxasında durduqları zaman qəlblərində Allaha şikayət edərlər. Batil və qəflət əhli isə namaz uzun qılındığı zaman narahat olarlar və namazı uzun qılan imamın arxasında durduqları zaman qəlblərində Allaha şikayət edərlər.

NƏFSLƏRİ BİRİ-BİRİNDƏN FƏZİLƏTLİ EDƏN VƏ ARALARINDA BÖYÜK FƏRQ QOYAN ALLAHU TƏALƏ NAQİS VƏ ONA LAYİQ OLMAYAN SİFƏTLƏRDƏN MÜNƏZZƏHDİR." (VabilusSayyib)


Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Zubeyr Dinbazov.

Kateqoriya: Məqalələr | Baxılıb: 746 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Mart 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31