Bazar, 19.05.2024, 02:56
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 9 » Namazda ayaqları birləşdirmək
22:18
Namazda ayaqları birləşdirmək


Namazda ayaqları birləşdirmək


Sual: Namazda sıraları düzəltməkdə etimad olunan rəy hansıdır? Namaz qılan kəsin topuğunu yanındakının topuğuna birləşdirməsi məşrudurmu?


Cavab: Doğru rəyə görə sıraları düzəltməkdə etimad olunan budur ki, barmaqların ucları deyil, topuqlar bir-biriləri ilə bir bərabərdə olmalıdır. Bu isə ona görədir ki, bədən topuqlar üzərində oturur, lakin barmaqlara gəldikdə ayaqlar arasında fərq vardır. Elə ayaq var uzundur, eləsi də var ki, qısadır, ona görə də sıranı yalnız topuqlara görə düzəltmək olar.

Amma topuqları birləşdirməyə gəldikdə isə heç şəkk yoxdur ki, belə bir şey səhabələrdən, Allah onlardan razı olsun, varid olmuşdur. Onlar topuqları bir-birinə birləşdirərək sıraları düzəldərdilər; yəni, sıranı düzəltmək və hamının eyni səviyyədə düzülməsini təmin etmək üçün onlardan hər biri topuğunu yanındakının topuğuna birləşdirərdi.[1]

Elm əhlinin bildirdiyi kimi burada məqsəd özü-özlüyündə bu əməl deyil, lakin bu, başqa şeyin əldə olunması üçün tələb olunur. Buna görə də sıralar tamamlanarsa, insanlar düzülərsə sıranın düz olması üçün hər bir kəsin topuğunu yoldaşının topuğuna birləşdirməsi məqsədə uyğundur. Lakin bunun mənası heç də o demək deyil ki, topuğunu həmişə birləşdirməli və bütün namaz boyu topuğu birləşmiş halda qalmalıdır.

Bu məsələdə ifratçılığın bir nümunəsidir ki, bəzi insanlar topuqlarını yanındakıların topuqları ilə birləşdirərək ayaqlarını o qədər açırlar ki, öz çiyinləri ilə yanındakıların çiyinləri arasında boşluq qalır, bununla da sünnətə müxalif olurlar. Tələb olunan (sırada duranların) çiyinləri və topuqlarının bir-bərabərdə olmasıdır.

Müəllif: Muhəmməd ibn Saleh əl-Üseymin (Fətvalar Məcmusu, 13-cü Cild, 427-ci Sual, səh.51-52)

[1] - Şeyx bununla Ənəs bin Malikin bu sözlərinə işarə edir: "Bizim hər birimiz çiynini yoldaşının çiyninə, ayağını da yoldaşının ayağına yapışdırardı." əl-Buxari (725) rəvayət edib.
Kateqoriya: Fətvalar | Baxılıb: 1346 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 1
1 yawar selefi  
0
essalam aleykum va rahmatullahi va barakatuhu..
sual: namazda ayaqlari namazin sonuna kimi birlewik saxlamaq olar olmaz?vacibdi ya yox.?

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728