Bazar, 19.05.2024, 05:04
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Mart » 21 » Namaz qılanlar üçün müjdə ..
22:23
Namaz qılanlar üçün müjdə ..

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) namaz qılanlar üçün müjdəsi


♦ Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"İslam beş əsas üzərində qurulmuşdur, şəhadət kəliməsini demək, namaz qılmaq , zəkat vermək, oruc tutmaq və həcc ziyarəti etmək."

♦ Peyğəmbərimiz  (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"Siz böyük günahlardan çəkindikcə, beş namaz arası və cümədən cüməyə olan vaxt günahlarınız üçün kəffarədir."

♦ Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi  (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"Etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız. Səhər namazını qıldıqda isə günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, zöhr namazını qıldıqda isə günahlaınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, sonra əsr namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, məğrib namazını qıldığınızda günahlarınız yuyulur. Sonra yenədə etdiyiniz günah əməllərinizə görə özünüzü həlaka atırsınız, işa namazını qıldığınızda günahlarınız yuyulur."

♦ Ənəs bin Məlikdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"Hər namaz vaxtı Allahın bir mələki belə çağırar: Ey Adəm övladları! Qalxın öz əllərinizlə qaladığınız atəşi indi söndürün."

♦ Salman əl-Farisidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"Müsəlman namaza durduğunda günahları başının üstündə olar. Hər dəfə səcdə etdiyində günahları tökülər və namazını bitiydiyində isə artıq günahları qalmaz."

♦ Amru bin Muraa əl-Cuhanidən (Allah ondan razı olsun) rəvayət olunur ki, bir nəfər Allahın Elçisinin  (Allahın ona salavat və salamı olsun) yanına gələrık:

"Ey Allahın elçisi ! Əşhədu Ənlə İləhə İllallah və Əşhədu Ənnə Muhammədən Rəsulullah şəhadət kəliməsini desəm, beş vaxta namazımı qılsam, zəkatımı versəm, ramazan orucunu tutsam və ramazan ayını ibadətlə keçirsəm mən kimlərdənəm?"

Peyğəmbər (Allahın ona salavat və salamı olsun): "Sən siddiqlərdən və şəhidlərdənsən." - cavabını verdi.

♦ Uqba bin Amirdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"Əgər bir müsəlman kamil dəstamaz alar və sonra namaza durar və namazını xuşu ilə qılarsa, anadan olmuş uşaq kimi günahlardan təmiz olar."

♦ Zeyd bin Xalid əl-Cuhanidən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi  (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"Kim kamil dəstəmaz alar və sonra xuşu ilə iki rükət namaz qılarsa, cənnət ona artıq vacib olmuşdur."

♦ Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur:

"Bilin ki, sizin ən fəzilətli (yaxşı) əməliniz namazdır."

♦ Əbi Osmandan rəvayət olunur ki, bir gün Salman Farisi (Allah ondan razı olsun) ilə ağacın altında oturmuşduq. Salman (Allah ondan razı olsun) quru budağı sirkələdi və yarpaqlar töküldü və sonra "Ey Əbi Osman, neyə belə etdiyimi soruşmaq istəmirsənmi?"

Mən: "Nə üçün belə etdin?" - dedim.
Salman (Allah ondan razı olsun), bir gün mən Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ağacın altında oturduğumda peyğəmbərdə belə etmişdi və sonra belə demişdi: "Ey Salman, nə üçün bələ etdiyimi sorusmaq istəmirsənmi?"

Mən: "Bəli, ey Allahın Rəsulu, soruşmaq istəyirəm." - cavabını verdim.

O (Allahın ona salavat və salamı olsun) belə dedi:

"Müsəlman kamil dəstamaz alarsa və sonra beş vaxt namazını qılarsa, budaqdan yarpağın töküldüyü kimi günahları tökülər."

Kateqoriya: Faydalar | Baxılıb: 1088 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Mart 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31