Bazar, 19.05.2024, 06:36
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 19 » Müsəlman qadınlar haqqında hədislər - Birinci hissə
20:10
Müsəlman qadınlar haqqında hədislər - Birinci hissə



Müsəlman qadınlar haqqında hədislər

1) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Müsəlmanın əməlisaleh zövcəsinə baxdığında fərəhlənməsi, ona bir şey əmr etdiyində itaət etməsi, özünün yoxluğunda iffətini qoruması kişinin faydalandığı şeylərin ən xeyirlilərindəndir." (İbn Macə 1857. Əbu Davud 1664. Nəsai 6/68)

2) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Diqqət edin! Sizə qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi?" Biz dedik: "Əlbəttə, Ya Allahın Rəsulu." Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: Məndən razı olmayınca yatmayacağam." (Təbərani 1/89)

3) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Qadınlar 4 xislətinə görə nigahlanar: onun var-dövlətinə, əsli-nəcabətinə, gözəlliyinə və dindarlığına görə. Ona görə də dindar qadınla evlənməlisiniz, yoxsa uduzanlardan olarsınız." (Səhih Buxari 5090)

4) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Əgər əri zövcəsini yatağa çağırırsa, hətta qadın ev işləri ilə məşğul olsa belə gəlməlidir." (Sünən Tirmizi, 2/314, həsən hədis)

5) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Qiyamət günü insanlar arasında Allahın nəzərində ən çirkin kişi və qadın öz həyat yoldaşları ilə cinsi əlaqədən həzz aldıqdan sonra onlardan biri gedib digərlərinə öz cinsi əlaqələri haqqında danışanlardır." (Səhih Müslim 4/157)

6) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Özümdən sonra kişilər üçün qadından daha zərərli fitnə buraxmadım." (Səhih Buxari 5096. Səhih Müslim 2740)

7) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Ərləri yanında olmayan qadınların evlərinə girməyin. Qadın ərinin icazəsi olmadan, əri yanında olmadan heç kimi evə buraxmamalıdır." (Səhih Buxari 4899. Səhih Müslim 1026. Tirmizi 1171)

8) Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki: "Rəsulullah (Allahın ona salavat və salamı olsun) kişi paltarı geyinən qadınlara, qadın paltarı geyinən kişilərə, özünü kişilərə bənzədən qadınlara və özünü qadınlara bənzədən kişilərə lənət etdi." (Səhih Buxari 5885. Əbu Davud 4098)

9) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər, onlar yollarını azmışlar və digərlərini də sapdıracaqlar. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, heç qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir." (Səhih Müslim 2128)

10) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Möminlərdən imanda ən yaxşısı davranışda yaxşı olandır və sizlərdən ən yaxşısı öz qadınlarına yaxşı olanlardır." (Tirmizi, 1/217. Şeyx Əlbani, Silsilə əs-Səhihə 284)

11) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Parik taxana və taxdırana, qaş alana və aldırana, diş düzəltdirənə və düzəltənə, döymə edənə və etdirənə lənət olsun!" (Səhih Buxari 5477)

12) Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Ey insanlar! Qadınlarınızı ətirlənməyə (bu halda çölə çıxmağa) icazə verməyin, çünki şübhəsiz İsrailoğullarının qadınları ətirlənərək məscidlərə çıxmaları səbəbilə lənətləndilər." (Sünən İbn Macə 2/1326)

13) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Hər hansı bir qadın səbəbsiz olaraq ərindən özünü boşatmasını istərsə, Cənnət ona haram olar." (Tirmizi 1187, Əbu Davud 2226, İb Macə 2055. Səhihdir, Şeyx Əlbani)

14) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Qadınlar qabırğadan yaranmışlar. Əgər sən onu düzəltmək istəsən, qıra bilərsən, ona görə də onlarla yaxşı davranın." (İbn Hibban 1308. Tirmizi, 1188. Şeyx Əlbani, Səhih əl-Cəmi, 2/163)

15) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "(Səbəbsiz yerə) Özünü ərindən boşatdırmaq istəyən qadınlar münafiqdirlər." (Tirmizi 1186, səhihdir, Şeyx Əlbani)

16) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Qadınlar haqqında Allahdan qorxun! Çünki onlar sizin yanınızda yardımçılardır. Allahın kitabı ilə onları özlərinizə halal qıldınız və onları əmanət olaraq aldınız. Onları döyməyin. Əgər döyərsəniz, incidici şəkildə döyməyin! Sizin xeyirliləriniz qadınlarınıza qarşı xeyirli olanlarınızdır. Şərliləriniz də qadınlarınıza qarşı şərli olanlardır. Mən qadınlarıma qarşı ən xeyirli olanınızam." (İbn Macə 1851, Tirmizi 1163. Hədis həsən səhihdir)

17) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Hər biriniz dəvəyə vurduğu kimi qadınlara vurmaqdan utansın! Hərçənd ki, sonra onunla qucaqlaşacaqdır." (Səhih Buxari 6/153. Səhih Müslim 4/2191, Sünən Dərimi 2226)

18) Müaviyə bin Quşeyri (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) soruşmuşdur: "Ya Peyğəmbər, zövcəmizin bizim üzərimizdəki haqları nədir?" Peyğəmbər (Allahın ona salavat və salamı olsun): "Yediyin zaman onu da yedirmən, paltar alarkən ona da almağındır. Heç vaxt üzünə vurma, onu pisləmə və evdən kənarda onu tərk etmə."  (Sünən İbn Macə 1850, Əbu Davud 2142. hədis səhihdir)

19) Əmr bin əl-Əs (Allah ondan razı olsun) rəvayət edir ki: Biz Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) bu dağın yolunda olarkən o (Allahın ona salavat və salamı olsun) dedi: "Baxın, siz nə görürsüz?" Biz dedik: "Biz qarğalar görürük və onlardan biri qıraqda durub, çünki onun dimdiyi və ayaqları qırmızıdır." Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: "Bu qarğa digər qarğalar arasında nadir olduğu kimi heç bir qadın da başqa qadınlar arasında bu cür olmayana qədər Cənnətə girməyəcək." (Şeyx Əlbani, Silsilə əs-Səhihə, 1851)

20) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim. Məhəmmədin canı əlində Olana and içirəm ki, qadın ərinin haqqını ödəməyincə Rəbbinin haqqını ödəyə bilməz. Əgər əri zövcəsi ilə cinsi əlaqədə olmaq istəsə, qadın dəvənin üstündə olsa belə, enib onun arzusunu yerinə yetirməli və bu işi ondan mən etməməlidir." (İbn Macə, 1853, həmçinin, əl-Albaninin Səhih ibn Macə kitabı)

21) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Onunla (ərinlə) necə davrandığına diqqətli ol, çünki o, sənin Cənnət və Cəhənnəmindir." (Əhməd; 19025, əl-Hakim, əl-Albaninin Səhih əl-Tərğib vəl-Tərhib kitabı, 1933)

22) Aişə (Allah ondan razı olsun) buyurmuşdur: "Hər hansı bir qadın ərindən başqasına övrətini açarsa, Allah onu Qiyamət günündə çılpaq və əlləri önündə olduğu halda həşr edər!" (Şeyx Əlbani, Səhih əl-Cami us-Sağir, 2708)

23) Səid bin əl-Müsəyyəbdən (Allah ona rəhmət etsin) soruşuldu: "İki dəfə evlənmiş bir qadın Axirətdə hansı ərinə aiddir?" O, da cavab verdi ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: "Qadın son ərinə aiddir." (Şeyx Əlbani, Səhih əl-Cami us-Sağir, 2704)

24) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Üç nəfər heç zaman Cənnətə girməyəcək: ...., əd-dəyyus" Əd-Dəyyus - öz zövcəsini digər kişilərə qısqanmayan və onlarla danışmağa razı olan zəif ərdir. (Əhməd Şakir 6180. Hədis səhihdir)

25) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Hər hansı bir qadın ətir vuraraq naməhrəmlərin yanından keçərsə, həmin qadın zina etmiş kimidir. Ona baxan hər göz də zina etmişdir." (Sünən Tirmizi, 2786. Sünən Əbu Davud, 4173. Sünən Darimi, 2649. Şeyx Əlbani, Səhihül Cəmi, 2701. Səhih hədisdir)

26) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Qadın kişi ilə yanında kişi qohumu (məhrəmi) olmadan təkbaşına qalmamalıdır." (Səhih Buxari 5233)

27) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmçinin buyurmuşdur: "Əgər bir kişi qadın ilə yalnızdırsa, şeytan onların üçüncüsü olur." (Əhməd 178. Tirmizi, 2165. Şeyx Əlbani, İrvə əl-Ğəlil 1813. Hədis səhihdir)

28) Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Qadın məhrəmsiz səfərə çıxmamalıdır." (Səhih Buxari 1862)

Ardı olacaq inşəAllah..


Hazırladı: Əli Zülfüqar

Kateqoriya: Faydalar | Baxılıb: 1320 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728