Bazar, 19.05.2024, 00:45
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 10 » Əli ibn Əbu Talib`in (Allah ondan razı olsun) fəziləti
20:42
Əli ibn Əbu Talib`in (Allah ondan razı olsun) fəziləti

Əli ibn Əbu Talib`in (Allah ondan razı olsun) fəziləti


Tarix boyu çoxumuzun tez-tez eşitdiyi sözlərdən biri də, Əhli Sünnə vəl Cəmaənin guya Əli ibn Əbu Talibə qarşı pis fikirli olmasıdır. Ancaq biz sələfilər bu fikirdən uzağıq. Çox maraqlıdır ki, bizə bu böhtanı atan insanların əksəriyyəti Əbu Bəkr, Ömər, Osmanı (Allah onların hamısından razı olsun) söyüb onları pisləyirlər. Onlara aşağıdakı hədisi göstərib Sələfin Əli ibn əbu Talibə (Allah ondan razı olsun) olan mövqeyini göstərmək istəyirik: Əbu Səid əl-Xudri (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz." (Səhihu-l-Buxari, 7/25, 3673-cü hədis)

Səhih kitablarda Əli (radıyallahu anhu)-nun fəziləti barəsində çoxlu hədislər var. Onların bir neçəsini sizlərə çatdırmaq istəyirik: 

1) Səhl bin Sə‘d (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər Peyğəmbərin
(sallallahu aleyhi və səlləm) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) Əli bin Əbu Talibin harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (sallallahu aleyhi və səlləm) xəbər verdilər. O, Əlini çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bayrağı ona verdi." (Səhihu-l-Buxari, 7/87, 3701-ci hədis)

Başqa bir rəvayətdə Peyğəmbər  (sallallahu aleyhi və səlləm) demişdir: "Bu bayrağı Allahın və Onun elçisinin sevdiyi bir insana verəcəyəm." (Səhihu-l-Buxari, 7/87, 3702-ci hədis)

2) Sə‘d bin Əbi Vəqqas  (radıyallahu anhu)  rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxınsan." (Səhih Muslim, 15/169, 6167-ci hədis)

3) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir." (Səhih hədislər silsiləsi, 5/373, 2295-ci hədis)

4) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir." (Səhih hədislər silsiləsi, 5/263)

5) Əbu Səid əl-Xudri (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər  (sallallahu aleyhi və səlləm) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, əhli beytimi qəzəbləndirən cəhənnəmə vasil olar." (Səhih hədislər silsiləsi, 5/643, 2488-ci hədis)

6) Ummu Sələmə (radıyallahu anhə) demişdir: "Mən peyğəmbərdən (sallallahu aleyhi və səlləm) belə eşitdim: Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur." (Səhih hədislər silsiləsi, 3/287, 1299-cu hədis)

7) Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər» (Səhih hədislər silsiləsi, 4/298, 1720-ci hədis)

8) İbn Abbas (radıyallahu anhumə) rəvayət edir ki, Ömər  (radıyallahu anhu) demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir." (Səhihu-l-Buxari, 3/99)

9) Cabir bin Abdullahdan (radıyallahu anhu) Əli (radıyallahu anhu)  haqqında soruşduqda o demişdir: "O, bəşərin (insanların) xeyirlisindən idi." (Əbdu-r-Rəzzaq, əl-Müsənnəf, 12/82)

10) Əbu Harun deyir ki, İbn Ömərlə (radıyallahu anhumə) oturmuşdum, birdən Nafi ibnu-l-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: "Allaha and olsun, Əliyə nifrət edirəm." İbn Ömər  (radıyallahu anhumə) başını ona tərəf döndərib dedi: "Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?!" (Əbdu-r-Rəzzaq, əl-Müsənnəf, 12/82)

11) Əhməd bin Hənbəl (rahiməhullah) demişdir: "Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər Peyğəmbərin (sallallahu aleyhi və səlləm) başqa səhabələrinə verilməmişdir." (Müstədrək, 3/107)

Yuxarıda yazdıqlarımız, Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) fəzilətləri barəsində hədislər çoxdur. Bizim burada gətirdiklərimiz isə onun çox az bir hissəsidir.


Kateqoriya: Məqalələr | Baxılıb: 462 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031