Bazar, 19.05.2024, 04:06
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 31 » Kişinin qadın üzərində olan haqları
23:13
Kişinin qadın üzərində olan haqları

Kişinin qadın üzərində olan haqları


AXIRA QƏDƏR OXUYUN VƏ PAYLAŞIN. ALLAH BİZLƏRİ EŞİDİB YAXŞISINA TABE OLANLARDAN ETSİN!

1. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Əgər kiməsə Allahdan başqasına səcdə etməyi əmr etsəydim, qadına əmr edərdim ki, ərinə səcdə etsin. Qadının əri onu miniyin üzərində belə tələb etsə və o da özünü təslim etsə, yenə də ərinin haqqını verə bilməz.." (Təbərani 5/5116. əl-Albani "səhih" deyib.)

2. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Qadın ərinin haqqını vermədikcə imanın şirinliyini tapmaz.." (Hakim (4/7325) rəvayət edib və "səhih" deyib.)

3. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Qadın ərinin haqqını vermədikcə, Allahın haqqını vermiş sayılmaz..." (Təbərani 5/5084, əl-Albani "səhih" deyib.)

4. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Bəşərin bəşərə səcdə etməsi caiz olsaydı, ərin haqqının böyüklüyünə görə qadına əmr edərdim ki, ərinə səcdə etsin..." (Əhməd 3/158, əl-Albani "səhih" deyib.)

5. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Əgər qadın ərinin haqqını bilsəydi, əri yemək yeyib qurtarana qədər ayaq üstə onun xidmətində durardı..." (Təbərani 20/333.)

6. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol –deyilər.." (Əhməd 1661, əl-Albani "həsən" deyib.)

7. Peyğəmbər
(sallallahu aleyhi və səlləm) buyurur: "Qiyamət günü ən çox əzab olunan insanlar iki sinifdir: ərinə asi olan qadın və insanların istəmədiyi halda onlara imamlıq edən imam.." (Tirmizi 359, əl-Albani "səhih" demişdir.)

8. Peyğəmbər
(sallallahu aleyhi və səlləm) buyurur: "Ərinə ehtiyacı olduğu halda ona təşəkkür etməyən qadının Allah üzünə baxmaz.." (Nəsai "Sunənul Kubra" 5/9135, əl-Albani "səhih" demişdir.)

9. Peyğəmbər
(sallallahu aleyhi və səlləm) buyurur: "Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm.." Soruşurlar: - Niyə görə ya Rasulullah? "Küfr etdiklərinə görə" deyə cavab verir. Allaha küfr etdiklərinə görəmi? – soruşulduqda, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: "Yaşayışa küfr edirlər, yaxşılığa küfr edirlər.. Onlardan birinə ömrü boyu yaxşılıq etsən, sonra səndən bir şey görərsə, deyər ki: - səndən heç bir yaxşılıq görmədim.." (Buxari 1052, Muslim 907.)

10. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "SİZİN QADINLARINIZ CƏNNƏT ƏHLİDİR. O QADINLAR Kİ ƏRİNİ SEVƏR, ONDAN ÇOXLU ÖVLAD DÜNYAYA GƏTİRƏR VƏ ƏRİNƏ ƏZİYƏT VERƏNDƏ TEZ ONUNLA BARIŞAR.." Başqa bir rəvayətdə "ƏRİNİ QƏZƏBLƏNDİRƏRSƏ, ONUN YANINA GƏLƏR, ƏLİNİ ƏRİNİN OVCUNA QOYARAQ DEYƏR: - VALLAHİ, SƏN MƏNDƏN RAZI QALMADIQCA YEMƏK YEMƏRƏM!.." (Nəsai "Sunənul-Kubra" 5/9139.)

11. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Üç nəfər var ki, onların namazı qəbul olunmaz: ağasından qaçan qul, əri ona qəzəbli halda gecələyən qadın və insanların istəmədiyi halda onlara imam duran imam.." (Tirmizi 360, əl-Albani "həsən" demişdir.)

12. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Əgər qadın ərinə bu dünyada əziyət verərsə onun (Cənnətdəki) hurilərdən olan zövcəsi həmin qadına xitab edərək deyər: - Allah səni öldürsün, ona əziyyət vermə! O sənin yanında müvəqqətidir, bizim yanımıza gəlməsinə az qalıbdır.." (Tirmizi 1174, əl-Albani "səhih" demişdir.)

13. Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) ən xeyirli qadın haqqında soruşulduqda belə cavab verir: "O qadın ki əri ona əmr etdikdə ona itaət edər, əri ona baxdıqda onu sevindirər, onun namusunu və malını qoruyar.." (Nəsai 3231, əl-Albani "həsən" demişdir.)

 

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Emin Hacıyev.

Kateqoriya: Faydalar | Baxılıb: 1414 | Əlavə edib: abubakr | Reytinq: 5.0/1
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031