Bazar, 19.05.2024, 03:16
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 5 » İslamla qısa tanışlıq
21:13
İslamla qısa tanışlıq

Bu, İslamla qısa tanışlıq adlı kitabçanın mətnidir. Mətndə İslamın və İmanın əsasları haqda məlumat verilir. O İslamdan bixərlə və İslamla yeni tanışlıq edənlərə daha çox dəyərlidir.


Rəhimli və Mərhəmətli Allahın adı ilə.


Öz rəhməti və fəziləti ilə qullarından istədiyi kəsi İslam dininə hidayət edən və ondan üz döndərənləri isə öz hikməti ilə haqq yoldan azdıran Allaha həmd və sənalar olsun.
Aləmlərə rəhmət və peyğəmbərlərin sonuncusu olaraq göndərilən Abdullahın oğlu Məhəmmədə Allahın salavatı və salamı olsun.
Allah təala onu cəmi insanlara müjdəçi, öyüd-nəsihət verən, parlayan bir işıq və Allahın yoluna təşviqatçı kimi göndərmişdir.
Allah təala buyurur: "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar." (Ali İmran, 85)

Allah təala bəyan etmişdir ki, İslamdan başqa hər bir din batil, rədd olunan, həmin adam isə həlaka varan və xəsarət çəkəndir.
Məlum olduğu kimi əsrimizdə yaşayanların çox hissəsini qeyri-müsəlmanlar və yolunu azmışlar; yəni: yahudilər, xaçpərəstlər, atəşpərəstlər, bütpərəstlər, kommunistlər və Allaha şərik qoşan başqa tayfalar təşkil edir.
Allahın xeyrə yönəltdiyi, müsəlman etdiyi, bacarıq və aydınlaşdırmaq qabiliyyəti verdiyi adama daha layiq olardı ki, insanları qənaətləndirmək və Allahın qarşısında üzrxahlıq üçün, insanları İslama çağırsın və bu dini onlara çatdırsın ki, bəlkə hidayət olunarlar.
Hər bir çağırışın önəmli hissəsi bu çağırılanın təsəvvür edilməsidir ki, bu kitabça da bunun ən gözəl vasitəsidir, Allahdan istəyirəm ki, bu kitabçanı faydalı etsin və onunla qapanmış qəlbləri, eşitməyən qulaqları, görməyən gözləri açsın.
Biz müsəlmanların, bu dini yenicə qəbul edən qardaşları vardır ki, onların İslam haqqında anlayişları azdır. Bu kitabça öz kiçik həcminə baxmayaraq onların dini anlayışlarını artırmağa bir vasitə olar və Allahın izni ilə onlar, öz İslam həyatlarını gözəl, qədəmləri sabit yaşayarlar. Onlar da bu haqq yolun çağırışçısı olaraq hər kəsə bu dini çatdırarlar. Hər bir lütf Allahın əlindədir onu istədiyinə verər.
Aləmlərin rəbbi olan Allaha həmd və sənalar olsun.



Elmi araşdırmalar mərkəzi. "İslam"-la qısa tanışlıq.


Aləmlərin rəbbi Allaha həmd və sənalar, onun elçisi Məhəmməd peyğəmbərə, onun ailəsinə və səhabələrinə (silahdaşlarına) Allahın salavatı və salamı olsun.
İslam dini: "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir." kəlməsini dillə deyib, qəlblə təsdiq edib və əməldə tətbiq etməkdir. Bu, imanın altı əsasına, İslamın isə beş əsasına əməl etməyi və bunlarda ehsanlı olmağı əhatə edir.

İslam dini ilahi risalələrin sonuncusudur. Allah onu peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Məhəmmədə ona və ailəsinə Allahın salavatı və salamı olsun nazil etmişdir və o yeganə haqq dindir ki, Allah ondan başqa heç bir dini qəbul etmir.
Allah bu dini rahat, müyəssər, heç bir məşəqqət və çətinlik olmayan bir din etmişdir. Bu dini qəbul edənə bacarmadığını vacib və taqəti çatmayan bir işi məcbur etməmişdir.
Bu din: Əsası tövhid , şüarı doğruluq, təməli adillik, dayağı haqq, şəfqəti bağışlamaq, insanları din və dünya xeyrinə yönəltmək, din və məişətlərinə ziyan gətirən pis işdən çəkindirməkdir.
Allah bu dinlə əqidələri, əxlaqları, dünya və axirət həyatını islah, parçalanmış qəlbləri və müxtəlif istəkləri birləşdirərək onları batil zülmətindən xilas etmiş, haqqa və doğru yola yönəltmişdir. O, öz əhkamlarında və xəbərlərində tam doğru və mükəmməl, məlumatları doğru və haqq, hökmü xeyir və adil, ən doğru əqidə, mükəmməl əməl, gözəl əxlaq və yüksək ədəbə malik olan bir dindir.

İslam dəvəti, adı çəkiləcək bəndlərin təhqiqinə çalışır:
1 - İnsanlara onları yaradanı və ruzi verəni gözəl adları və əzəmətli sifətləri ilə, bunlarda onun heç bir bənzəri və oxşarı olmadığını, heç bir şəriki olmayan hikmətli əməllərinı, onun ortağı olmayan haqqını çatdırmaq və tanıtdırmaqdır.
2 - İnsanları Allahın quranda və peyğəmbərinin ona və ailəsinə Allahın salavatı və salamı olsun sünnətində onların dünya və axirət səadəti üçün qoyduğu qadağa və əmrləri yerinə yetirməklə, heç bir şəriki olmayan Allaha ibadət etməyə çağırmaqdır.
3 - İnsanlara ölümdən sonrakı əhvallarını və talelərini, qəbirdə üzləşəcəkləri, sonra qiyamət günü yenidən dirilib əməllərinə görə sorğu-sual olacaqlarını, sonra xeyirdirsə xeyirlə (cənnətlə), şərdirsə şərlə (cəhənnəmlə) cəzalandırılacaqlarını xatırlatmaqdır.


İslamın əsaslarının müxtəsər anlayışı.
Birinci: İmanın əsasları.


Birinci əsas: Allaha iman.
Allaha iman üç bənddən ibarətdir:
a – Allah təalanın rübubiyyətinə iman; yəni: Hər şeyi yaradan, idarə edən, dolandıran və bütün xəlqinin işlərində tam hakim olduğuna iman gətirməkdir.
b – Allah təalanın uluhiyyətinə iman; yəni: Haqq olan ilah odur və ondan başqa hər bir məbud batildir.
c – Allah təalanın ad və sifətlərinə iman; yəni: Quranda və peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun sünnətində varid olan gözəl ad, kamil və əzəmətli sifətlərə iman.

İkinci əsas: Mələklərə iman.
Mələklər, Allahın ehtiram edilən qullarıdırlar, Allah onları yaradıb, onlar da Onun hüzuruna gəlir, Onun taətində olur və onların hər biri müxtəlif əməllərlə mükəlləf edilmişlər, onlardan:
Cəbrayıl: Vəhy həvalə edilən mələkdir, Allahın istədiyi hər bir peyğəmbərə və elçiyə Onun vəhyini nazil edir.
Mikayıl: Yağış və bitkilər həvalə edilən mələkdir.
İsrafil: Qiyamət günü insanları öldürmək və diriltmək üçün suru çalmaq həvalə edilən mələkdir.
Ölüm mələyi: Ölüm ayağında can almaq həvalə olunan mələkdir.

Üçüncü əsas: Kitablara iman.
Allah təala peyğəmbərlərinə özündə hidayət, xeyir və yaxşılığı əhatə edən kitablar nazil etmişdir. Bu kitablardan:
a – Allah təalanın Musa peyğəmbərə ona Allahın salavatı və salamı olsun nazil etdiyi, israil övladlarının ən böyük kitablarından olan Tövrat.
b - Allah təalanın İsa peyğəmbərə ona Allahın salavatı və salamı olsun nazil etdiyi İncil.
c - Allah təalanın Davud peyğəmbərə ona Allahın salavatı və salamı olsun göndərdiyi Zəbur.
d - İbrahimin ona Allahın salavatı və salamı olsun Səhifələri.
e - Allah təalanın peyğəmbərlərin sonuncusu Məhəmmədə ona və ailəsinə Allahın salavatı və salamı olsun nazil etdiyi Qurani Kərim. Allah təala bu kitabla özündən əvvəlki kitabların səlahiyyətini ləğv etmiş və onun qorunmasını öz üzərinə götürmüşdür. Ona görə ki, bu kitab ta qiyamət gününə qədər bütün yaradılanlar üzərində əsaslı dəlil olaraq qalacaqdır.

Dördüncü əsas: Peyğəmbərlərə iman.
Allah təala öz yaratdıqlarına birincisi Nuh, sonuncusu Məhəmməd onlara Allahın salavatı və salamı olsun olamaqla elçilər gondərmişdir. Bütün peyğəmbərlər Məryəm oğlu İsa və Üzeyir peyğəmbər onlara Allahın salavatı və salamı olsun daxil olmaqla hamısı yaradılmış bəşər övladlarıdır, onların Allahın rübubiyyətində heç bir xüsusiyyətləri yoxdur, onlar da Allahın qullarıdırlar. Sadəcə olaraq Allah onları elçiliklə şərəfləndirmişdir. Allah bütün risalələri Məhəmməd peyğəmbərin ona və ailəsinə Allahın salavatı və salamı olsun risaləsi ilə xətm etmiş və onu bütün insanlara göndərmişdir. Ondan sonra heç bir peyğəmbər yoxdur.

Beşinci əsas: Axirət gününə iman.
Axirət günü: Allah insanları ya əbədi rahatlıq, cənnət neməti, ya da şiddətli cəhənnəm əzabında qalmaq üçün qəbirlərindən dirildib çıxardaraq cəm edəcəyi qiyamət günüdür.
Axirət gününə iman, öldükdən sonra baş verəcək hər şeyə: Qəbir imtahanı, rahatlığı və əzabı, ondan sonra yenidən dirilmək, haqq-hesab, sonra isə ya cənnət ya da cəhənnəm olacağına inanmaqdır.

Altıncı əsas: Qədərə iman.
Qədərə iman: Allahın bütün hər şeyi öncədən təyin etməsinə, məxluqatları əzəli elmi və hikməti ilə yaratmasına, bütün bunların Allaha əzəli elmi ilə məlum olmasına və lövhi-məhfuzda yazmasına inanmaqdır. Allah bunların hamısını istəmiş və yaratmışdır. Onun istəyi və yaratması olmadan heç bir məxluq mövcud ola bilməz.


İkinci: İslamın əsasları.


İslam beş əsas üzərində qurulmuşdur. İnsan bunlara iman gətirib, onlara əməl etməyincə həqiqi müsəlman olmaz. Bu beş əsas aşağdakılardır: 

Birinci əsas: "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd onun elçisidir" kəliməsinə şəhadət vermək. Bu şəhadət İslamın açarı və üzərində qurulan əsasıdır.
"Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur" kəliməsinin mənası: Haqq olan ilah Odur və Ondan başqa hər bir ilah batildir. İlah dedikdə hər bir ibadət olunan nəzərdə tutulur.
"Məhəmməd Allahın elçisidir" kəliməsinin mənası: Verdiyi xəbərləri təsdiqləmək, əmrlərinə itaət etmək, çəkindirdiyindən və qadağan etdiyindən çəkinmək və yalniz onun şəriəti ilə Allaha ibadət etmək deməkdir.

İkinci əsas: Namaz qılmaq.
O, gün ərzində beş vaxtda yerinə yetirilən beş namazdır. Allahın onu, qulların üzərində olan haqqını yerinə yetirmək, verdiyi nemətlərə şükr etmək, müsəlmanı pis və çirkin əməllərdən çəkindirmək üçün fərz buyurmuşdur. Namaz müsəlmanla rəbbi arasında bağlılıqdır ki, onun əsnasında rəbbini çağırır və ona dua edir. Namaz qılmaqla insan dini xeyrə, imanın islahına və Allahın geci-tezi verəcəyi savaba nail olur . İnsan namaz vasitəsi ilə, onu dünya və axirətdə sevindirəcək nəfsi və bədəni rahatlığı əldə edir.

Üçüncü əsas: Zəkat vermək.
Zəkat: İldə bir dəfə üzərinə vacib olmuş adamın, kasıblara və zəkat götürməsi caiz olan adamlara verilən sədəqədir. Kasıbın malı nisaba (zəkat həddinə) çatmasa zəkat onun üzərinə vacib olmaz. Dinlərinin tamamlanması, əxlaq və əhvallarının artması, özlərindən və mallarından müsibəti dəf etməsi, pisliklərdən təmizlənməsi, onlara möhtac olanlara kömək etməsi və ümumi mənfəətləri qorumaq üçün varlı adamların üzərinə vacib edilmişdir. Buna baxmayaraq bu Allahın onlara verdiyi malın və ruzinin müqabilində çox az miqdardır.

Dördüncü əsas: Oruc tutmaq.
O, qəməri aylarının doqquzuncusu mübarək Ramazan ayında müsəlmanların fəcrin doğmasından ta günəşin batmasına qədər yemək, içmək, cima etmək və bu kimi şəhvətlərdən çəkinməsidir. Bunun müqabilində isə Allah onlara Öz rəhmətindən və lütfündən verdiyi din və imanlarının tamamlanması, günahlarının bağışlanması, dərəcələrinin qaldırılması və başqa bu kimi Allahın oruc tutana dünya və axirətdə verdiyi çoxlu xeyirdir.

Beşinci əsas: Həcc etmək.
O, İslam dinində məlum olan müəyyən bir vaxtda xüsusi ibadəti yerinə yetirmək üçün Allahın evi Kəbəni ziyarət etməkdir. Allah onu imkanı olan müsəlmana həyatında bir dəfə vacib etmişdir. O gün, dünyanın hər yerindən müsəlmanlar yer üzünün ən xeyirli yerində cəm olur, bir Allaha ibadət edir, eyni libas geyinir, rəhbər və sıravi, varlı və kasıb, ağ və qara insan arasında heç bir fərq olmadan müəyyən mərasimləri yerinə yetirirlər. Bu mərasimlərin ən əzəmətlisi Arafada dayanmaq, müsəlmanların qibləsi olan şərəfli Kəbəni təvaf etmək, Səfa və Mərva dağları arasında səy etməkdir. Bu ibadətdə sayı-hesabı bilinməyən çoxlu din və dünya mənfəətləri vardır.

Üçüncü: Ehsan.

 

O, islam və imanla ibadəti elə etməkdir ki, sanki Allahı görürsən, sən onu görməsəndə O səni görür, yəni; Sən Onu şüuruna gətirirsən və bu əməl peyğəmbərin sünnətinə uyğun olmalıdır.

İslam dini adı çəkilən bütün məsələləri əhatə edir. Məlum olduğu kimi İslam dini öz əhlinin həyatını fərdi və ya camaat şəklində tənzimləyərək onlar üçün dünya və axirət səadətini təmin etmişdir. Onlara evlənməyi mübah edərək ona rəğbətləndirmiş, zina, uşaqbazlıq və başqa pis işləri haram etmiş, qohumluq əlaqələrini kəsməməyi, kasıb və fağırlara şəfqət göstərmək və kömək etməyi vacib etmiş, yaxşı əxlaqa rəğbətləndirmiş və vacib etmiş, pis və alçaq əxlaqdan çəkindirmiş, ticarət və ya icarə yolu ilə əldə olunan gözəl qazancı mübah etmişdir. Haram, riba, aldatmaq və yalan üzərində qurulmuş hər bir ticarətdən çəkindirmişdir.
İslam dini insanların onun qanunlarına riayətində fərqliliyini və başqalarının hüquqlarını qorumağı nəzərə alaraq, Allahın haqqı ilə bağlı olan hüquqlarda təcavüz edənlərin qarşısını almaq üçün müəyyən cəzalar təyin etmişdir.
Məsələn: Mürtəd olanlara, zina edənlərə, içki içənlərə və s. Həmçinin insanların qan, mal və namus hüquqlarını qorumaq üçün hər bir edilən cəriməyə uyğun olan cəzalar təyin etmişdir. Məsələn: adam öldürmək, oğurluq etmək, günahsız adama iftira atmaq, vurmaq, əziyyət vermək, haqsız yerə başqasının malını götürmək və s. İnsanlarla rəhbərlər arsında olan əlaqələri tənzim edərək, məhdudiyyət qoyaraq Allaha qeyri asilikdə hakimlərə itaət etməyi vacib və onlara qarşı çıxmağı isə haram etmişdir. Çünkü hakimlərə qarşı çıxmaqda çoxlu ümumi və xüsusi fəsadlar vardır.
Sonda onu deyə bilərik ki, İslam dininin hərtərəfli kamilliyi və gözəlliyi, Allahla bəndə, insanla ictimaiyyət arasındakı doğru əməl və əlaqələrin qurulmasını özündə cəm etməsi, xeyirli əxlaq və əməllərə yönəldib sövq etməsi və hər bir şər əxlaq və əməldən çəkindirib qadağan etməsidir.

Aləmlərin rəbbi Allaha Həmd və sənalar olsun!


Hazırladı: AbdurRahim Muradlı

Kateqoriya: Məqalələr | Baxılıb: 803 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728