Bazar, 19.05.2024, 06:36
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Fevral » 14 » İslamda musiqinin hökmü
21:49
İslamda musiqinin hökmü

İslamda musiqinin hökmü

Əbu Malik Əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) bu sözləri eşidib: "Bir zaman gələcək ki, ümmətimdən zina etməyi, ipəkli paltar geyməyi, içki içməyi və musiqi intrumentlərini (alətlərini) dinləməyi halal sayan bir qrup ortaya çıxacaq." (Səhih Buxari)

Əbu Hureyrə (Allah ondan razı olsun) nəql edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: "Zınqırov şeytanın alətidir." (Səhih Muslim)

Batillərin ən batili və imkansızların ən açıq və seçik olanı elm və insan əhlindən bir kimsənin, içərisində hər cür pisliyi olan və hər cür təhlükəyə yol açan bugünkü bilinən musiqinin halal olduğunu söyləməkdir. Elə bir musiqi ki, gözləri vəsf edər, sevgilinin gözəlliyini, acıları, həyəcan və ayrılıq duyğularını anladar. Qəlblərə nüfus edən şeytani bir səsdir. Qəlbdəki gizli duyğuları qışqırdıb günahın və həlakın şəhvətlərinə doğru hərəkətə keçirər. Gurultu və qəhqəhədir, rəqs və əyilib-bükülmədir. Qulaqları dolduran bir günahdır. Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun)  buyurub: "Qulaqların zinası haram dinləməkdir." (Səhih Muslim) 

Hətta Quran ayələri musiqinin haramlığını və çirkinliyini bizlərə bildirmişdir. Allah buyurur: "İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir." (Loğman, 6)
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: "Musiqi söyləyən qadınları satmaq və almaq halal deyildir. Onların ticarəti də olmaz. Onların qarşılığında alınan ücrət haramdır. Bu ayə bu haqda enmişdir." (Təbərani). Sonra Abdullah ibn Abbas isə bunun nə olduğunu demişdir: "Özündən başqa ilah olmayana and olsun ki, bu musiqidir."

Musiqi şeytanın səsidir. Şeytan onunla insanları günahlara və üsyana təşviq edər. Bütün müsəlmanların üzərinə düşən vəzifə ondan üz çevirməkdir. Allah buyurur: "Onlardan gücün çatdığı kimsələri səsinlə (günah)a təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər." (İsra, 64)

Şübhəsiz musiqi və çalğı alətləri Allahın qəzəbinə və əzabına səbəb olur. Əbu Malik Əl-Əşari (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edər: "Ümmətimdən bir qrup insanlar içki içəcəklər və onu başqa bir adla adlandıracaqlar. Onların başında çalğı alətləri və müğənni qadınlarla çalğı çalınacaq. Allah onları yerin dibinə keçirəcək və onlardan bəzilərini meymunlara və donuzlara çevirəcək." (İbn Macə). İmran bin Hüseyn (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu deyir: "Bu ümmət içərisində yerə batırılma, heyvana dönüşdürülmə olacaq." Ona (Allahın ona salavat və salamı olsun)  deyildi: "Bu nə zaman olacaq ey Allahın Rəsulu?"(Allahın ona salavat və salamı olsun) isə buyurdu: "Müğənni qadınlar və çalğı alətləri yayılıb içki içilincə." (Tirmizi).

Malik ibn Ənəs (Allah ona rəhmət etsin) zamanındakı bəzilərinin musiqiyə izn verməsi haqqında ondan soruşulanda, o belə dedi: "Onu bizdə ancaq fasiq olanlar edər."

Eşitmə duyğusu Allah tərəfindən insanlara verilmiş və qorunmasının əmr edildiyi çox böyük bir nemətdir. Musiqi sözləri və alətləri dinləmək bu nemətə qarşı nankorluqdur və onu Allaha üsyanda istifadə etməkdir. Əbu Hureyra (Allah ondan razı olsun) Rəsulullahın (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: "Gözlərin zinası harama baxmaqdır, qulaqların zinası haram eşitməkdir, dilin zinası haram danışmaqdır, əlin zinası harama toxunmaqdır, ayağın zinası zinaya addım atmakdır. Qəlb meyl və təmənna edər. Fərc (cinsiyyət üzvü) bunu təsdiq edər, ya da yalanlayar." (Səhih Muslim)


Allah Təalənin buyurduğu kimi olun: "Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəldikdə (oradan) ləyaqətlə ötüb keçərlər." (Furqan, 72)
"O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər." (Muminun, 3)


Allah nigahda qadınlara xas olan, harama dəvət olunmayan sözlərlə dəf çalmağa izn vermişdir. Bu, nigahın elanı və nigahla zinanın bir-birindən ayrılması üçündür. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Halal ilə haramın arasındakı fərq dəf çalmaq və nigahı elan etməkdir." (Tirmizi və başqaları). Rubeyyi binti Muavviz bin Əfra evləndiyi zamanı belə anladar: "Kiçik cariyələrimiz dəf çalmağa başladılar (indiki dəflər kimi yox, o zamankı dəflər ayrı cür idi və o nə musiqi intrumentinə, nə də indiki dəflərə oxşayırdı, hətta o zamankı dəflər musiqi kimi oxunmurdu). Bədr döyüşündə ölən babalarımızı anırdılar." (Səhih Buxari). İbn Həcər (Allah ona rəhmət etsin) Fəthul Baridə belə deyir: "Qüvvətli hədislər bu barədə qadınlara izn verməkdədir. Lakin qadınlara bənzəməyə qadağan edən dəlillərə görə kişilər onlara daxil deyildir."



Şeyx Saleh əl-Budeyrin xütbəsindən. 08/04/1422

Tərcümə etdi: Əli Zülfüqar
Kateqoriya: Məqalələr | Baxılıb: 1313 | Əlavə edib: abubakr | Reytinq: 1.0/1
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Fevral 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
     12
3456789
10111213141516
17181920212223
2425262728