Bazar, 19.05.2024, 02:56
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 9 » İbn Teymiyyənin ayın görünməsi haqda rəyi
22:27
İbn Teymiyyənin ayın görünməsi haqda rəyi

İbn Teymiyyənin (Allah ona rəhmət etsin)ayın görünməsi haqda rəyi.

 

Şeyxul İslam Əhməd İbn Əbdül Həlim İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə bir sual ilə soruşulmuşdur: Əgər kimsə təklikdə həqiqətən təzə görsənən ayı görərsə o adam özü təklikdə orucunu tuta və ya aça bilər? Yoxsa camaat ilə birlikdə hərəkət etməlidir?

Cavabında buyurdu: Əlhəmdulilləh... Bu məsələ haqda üç rəy vardır.


Birinci rəy:  O, Ramazan ayının daxil olmasını bildirən təzə ayı gördükdə oruc tutmalı və ya Ramazan ayının bitməsini bildirən təzə ayı gördükdə iftar etməlidir. Bu imam Şafiinin məzhəbidir.

İkinci rəy: O, orucu tutmalı, amma iftarı isə camaat ilə etməlidir. Bu rəy imam Əhməd, Malik və Əbu Hənifənin rəyidir.

Üçüncü rəy: Camaat ilə oruc tutur və camaat ilə də iftar edir. Bu rəy İmam Əhməddən rəvayət olunur və bu da Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünə əsasən haqqa daha yaxın olan rəydir. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". Bu hədisi Tirmizi, Əbu Davud və İbn Macə rəvayət etmişlər. Tirmizi hədisi rəvayət etdikdən sonra demişdir: "Bəzi elm adamları bu hədisin açıqlamasını belə vermişlər: Hədisin mənasına görə iftar və oruc camaat və çoxluqla edilməlidir" (Tirmizinin sünən kitabı, Oruc bölməsi, 11-ci fəsil).


Həmçinin belə bir sual ilə də soruşulmuşdur: Şəhər əhalisinin bir hissəsi Zül Hiccə ayının daxil olmasını bildirən yeni ayı görmüşlər, amma şəhərin hakimi isə ayın daxil olmadığını demişdir. Belə halda həmin camaat zahirən doqquzuncu gün olub batinən onuncu gün sayılan gündə oruc tutmalıdırlarmı?


Cavabında buyurmuşdur: Bəli, onlar ümumən hamıya məlum olan və camaat arasında yayılan doqquzuncu gün oruc tutmalıdırlar. Hətta həqiqətdə bu gün onuncu gün olsa da yenə camaata tabe olunmalıdır.

Çünki sünən kitablarında Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". Bu hədisi Tirmizi, Əbu Davud və İbn Macə rəvayət etmişlər. Tirmizi həmçinin bu mənada olan digər hədisi Aişədən (Allah ondan razı olsun) də rəvayət etmiş və bildirmişdir ki: Bütün islam alimləri bu hədisə əməl etməkdədirlər.

Alimlərin yekdil rəyinə görə: Əgər camaat səhvən onuncu gün Ərafada dayansalar onların həccləri doğru sayılır. Həmin gün onların haqqında Ərafa günü sayılır. Əgər onlar səkkizinci gün Ərafada dayansalar, onların həccinin doğru olması məsələsində alimlər arasında fikir ayrılığı vardır. Amma doğru rəy odur ki, belə halda da onların Ərafa günü məqbuldur. Bu rəy İmam Malik və Əhmədin məzhəbində iki rəydən biri kimi qeyd edilir.

Aişə (Allah ondan razı olsun) deyir: "Ərafa, camaata bəlli olan, camaatın bildiyi gündür". Çünki Allah təalə hökmü yeni görsənən ay və ya ilin aylarına bağlamış və buyurmuşdur: "(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir...." (Əl-Bəqərə: 189). Ərəb dilində Hilal (yeni doğan ay) sözü məlum olan və aşkar görsənənə deyilir. Əgər təzə ay səmada doğar amma camaat onu görməsələr və ya bilməsələr deməli bu Hilal (yeni doğan ay)sayılmır. Həmçinin Şəhr (ay, ilin on iki ayı) sözü də şöhrət və məşhurlaşmaq sözündən götürülmüşdür. Əgər təzə ayın daxil olması camaat arasında məşhurlaşmayıbsa deməli hələ ay daxil olmamışdır. Çox insanlar belə məsələlərdə səhv edirlər. Onlar elə zənn edirlər ki, camaatın bilib-bilməməsindən asılı olmayaraq, əgər ay (Hilal) səmada görsənsə deməli yeni ay daxil olmuşdur. Həqiqətdə isə belə deyil! Yeni ayın daxil olmasını mütləq camaat bilməli və yayılmalıdır. Ona görə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: "Oruc sizin oruc tutduğunuz, iftar iftar etdiyiniz, qurban isə qurban kəsdiyiniz gündür". Yəni, bütün camaat bu günlərin oruc, iftar və ya qurban günü olmasını bilməlidirlər. Əgər onlar bu günləri bilmirlərsə məsələnin hökmü də onlara aid edilmir...

Allah daha yaxşı biləndir!

Kateqoriya: RAMAZAN | Baxılıb: 612 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30