Bazar, 19.05.2024, 08:24
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 24 » Elmin fəziləti
22:15
Elmin fəziləti


Elmin fəziləti

1. Ənəs[1] (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Elm öyrənmək hər bir müsəlmana fərzdir. Həqiqətən, hər şey, hətta dənizdəki balinalar belə elm tələbəsi üçün bağışlanma diləyirlər.”[2]

2. Əbu Umamə əl-Bəhili[3] (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanında biri abid (ibadət edən), digəri alim olan iki kişidən bəhs edildikdə, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Alimin abiddən olan üstünlüyü mənim sizin ən aşağı olanınızdan üstünlüyü kimidir.” Sonra Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Allah və Onun mələkləri, səma və yer əhli, hətta yu­vasındakı qarışqa və hətta balina belə insanlara xeyir öyrədənə salavat[4] edir­lər.”[5]

3. Qeys ibn Kəsir rəvayət edərək demişdir: Mədinə şəhərindən olan bir kişi Əbud-Dərdə[6] (radıyallahu anhu) Dəməşqdə olarkən onun yanına gəldi. Əbud-Dərdə (radıyallahu anhu) ondan soruşdu: "Ey mənim qardaşım! Səni bura gətirən nədir?” O: "Sənin Allah Elçisindən (salləllahu aleyhi və səlləm) bir hədisi rəvayət etməyin mənə gəlib çatmışdır.” - deyə cavab verdi. Əbud-Dərdə (radıyallahu anhu) soruşdu: "Ehtiyacını ödəməkdən ötrü gəlmədinmi?” O: "Xeyr.” - dedi. Əbud-Dərdə (radıyallahu anhu) so­ruşdu: "Ticarət etmək üçün gəlməmisən?” O: "Xeyr, sadəcə bu hədisi öyrən­mək üçün gəldim.” - deyə cavab verdi. Əbud-Dərdə (radıyallahu anhu) dedi: Allah Elçisini (salləllahu aleyhi və səlləm) belə buyurarkən eşidim: "Kim elm öyrən­mək məq­sə­dilə yola çıxarsa, Allah onu Cənnətin yoluna yönəldər. Həqiqətən, mələk­lər elm tələb edəndən məmnun olduqları üçün qanadlarını yerə sərərlər. Göylərdə və yerdə olan hər kəs, hətta sudakı balıqlar belə alim üçün istiğfar edər (bağışlanma diləyər). Alimin abid (ibadət edən) üzərindəki üstünlüyü, ayın ulduzlar üzərindəki üstünlüyü kimidir. Şübhəsiz ki, alimlər peyğəmbər­lə­rin varisləridirlər. Peyğəmbərlər qızıl və gümüş miras qoymamışlar, on­ların miras qoyduqları yalnız elmdir. Kim onu (elmi) götürərsə, artıq tükənməyən bir pay götürmüş olar.”[7]

4. Səd ibn Əbu Vaqqas (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim üçün elm öyrənmək əlavə ibadət etməkdən daha se­vim­lidir.[8] Sizin ən xeyirli əməliniz isə şübhəli şeylərdən çəkinmə­yi­niz­dir.”[9]

5. Muaz ibn Ənəs (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu­yurdu: "Kim hər hansı bir elm öyrədərsə, ona öyrətdiyi elmə əməl edənin savabı verilir və (bu elmə) əməl edənin savabından heç bir şey əskilmir.”[10]



[1] - Əbu Həmzə Ənəs ibn Malik ibn ən-Nədr əl-Ənsari əl-Xəzrəci ən-Nəccari əl-Mədəni (radıyallahu anh) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) həm xidmətçisi, həm qadın tərəfdən onun qohumu, həm də ən çox hədis rəvayət edən səhabələrindən­dir. Hicrətdən on il əvvəl dünyaya gəlmiş, hicrətin 93-cü ilində yüz üç yaşında vəfat etmişdir.

[2] - İbn Abdul-Bərr "Cəmiu Bəyənul-İlm və Fədlihi” 10; İbn Məcə 223. əl-Albani "Sahihul-Cəmius-Sağir”də (№ 3914) səhih olduğunu bildirmişdir.

[3] - Əbu Umamə Sudey ibn Əclan əl-Bəhili (radıyallahu anh) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabəsidir. Hicrətin 86-cı ilində 91 yaşında vəfat etmişdir.

[4] - Salavat kəlməsi dua mənasındadır. Uca Allahın bəndəsinə salavat etməsi - ona rəhm və məğfirət etməsi deməkdir. Mələklərin insana salavat etməsi - mələklərin onun üçün istiğfar etmələri deməkdir.

[5] - ət-Tirmizi, 2685, 2901. əl-Albani səhih olduğunu bildirmişdir.

[6] - Əbud-Dərdə Uveymir ibn Zeyd əl-Ənsari əl-Xəzrəci (radıyallahu anh) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabəsidir. Hicrətin 32-ci ilin­də Şamda vəfat etmişdir.

[7] - ət-Tirmizi, 2682, 2898. əl-Albani səhih olduğunu bildirmişdir.

[8] - Alimlər fərz ibadətlərdən sonra gələn əlavə ibadətlərdən hansının daha üstün olması barəsində ixtilaf etmişlər. Kimisi cihadı, kimisi namazı, kimisi orucu və s. ibadətləri üstün görmüşlər. Lakin əksər alimlər elm öyrənməyi bütün əlavə ibadətlərdən üstün görmüşlər.

[9] - əl-Hakim, 314. əl-Albani "Sahihul-Cəmius-Sağir”də (№ 4214) səhih olduğunu bildirmişdir.

[10] - İbn Məcə, 240, 246. əl-Albani həsən olduğunu bildirmişdir.

Kateqoriya: Fəzilətli Əməllər | Baxılıb: 754 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031