Bazar, 19.05.2024, 07:38
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 31 » Elm məclisinin fəziləti, Elmə yiyələnmək, öyrənmək, öyrətmək, Elmi yaymağın fəziləti
21:23
Elm məclisinin fəziləti, Elmə yiyələnmək, öyrənmək, öyrətmək, Elmi yaymağın fəziləti



2 - Elm məclisinin fəziləti


6. Əbu Hureyra[1] (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyur­muş­dur: "Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim çətin­liyə dü­şə­nə yüngüllük göstərərsə, Allah da ona dünyada və Axirətdə asanlıq göstərər. Kim müsəlmanın eyibini (xətasını) örtərsə, Allah da dün­yada və Axirətdə onun eyibini (xətasını) örtər. Qul (bəndə) öz (müsəl­man) qar­daşına yardım etdikcə, Allah da ona yardım etməyə davam edər. Kim elm öyrənmək üçün bir yola çıxarsa, Allah da ona Cənnətə aparan yolu asan­laşdırar. Hər hansı bir qövm Allahın evlərindən birində toplanıb, Allahın Kitabını oxuyar və öyrənərlərsə, şüb­həsiz onların üzərlərinə sükunət enər və onları rəhmət bürüyər. Mələk­lər onları əha­tə edərlər və Allah onları Öz dərgahında olanların yanında yad edər. Kim əmə­l etməkdə geri qalarsa, nəsəbi onu irəli sala bilməz."[2]

7. Əbu Hureyra (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) de­mişdir: Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələk­ləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: "Axtardığınızın yanına gəlin!" - deyir­lər. Sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasına­dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - (hər şeyi) onlardan daha yaxşı bildiyi halda - soruşur: "Qul­la­rım nə deyir­lər?" Mələklər: "Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər." - deyə cavab verirlər. Allah soruşur: "Məgər onlar Məni görüblərmi?" Mələk­lər deyirlər: "Xeyr, vallahi ki, onlar Səni görməyiblər!" Allah soruşur: "Bəs Məni görsəydilər, necə (olardı)?" Mələklər deyirlər: "Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar." Allah soruşur: "Onlar Məndən nə istəyirlər?" Mələk­lər deyirlər: "Onlar Səndən Cənnəti istəyirlər." Allah soruşur: "Mə­gər onlar Cənnəti görüblərmi?" Mələklər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər.” Allah soruşur: "Bəs onu görsəydilər, necə (olardı)?" Mələklər deyirlər: "Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar." Allah soruşur: "Onlar (Mənə) nə­dən sığınırlar?" Mələklər: "Cəhənnəm odun­dan" - deyir­lər. Allah soruşur: "Məgər onlar Cəhənnəmi görüblərmi?" Mələk­lər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhən­nəmi görmə­yiblər." Allah soruşur: "Bəs onu görsəydilər necə (olardı)?" Mələk­­lər deyirlər: "Əgər onu görsəydilər, ondan daha uzağa qaç­mağa çalışar və ondan daha çox çəkinərdilər!" Allah buyurur: "Şahid olun ki, Mən onları bağışladım!" Bu vaxt mələklərdən biri deyir: "Bu camaatın arasın­da olan filankəs onlarla (yoldaşlıq edən kimsələrdən) deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir." Onda Allah buyurur: "Bunlar elə insanlardır ki, onlar­la oturub-duran adam bədbəxt olmaz."[3]

8. Suheyl ibn Hənzalə (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyur­muşdur: "Oturaraq Uca Allahı yad edən elə bir qövm yoxdur ki, onlar ayağa qalxdıqda belə deyilməsin: Qalxın, Allah günahlarınızı bağış­lamış və günahlarınız savablarla əvəz edildi."[4]


3 - Elmə öyrənməklə yiyələnmək olar

9. Əbud-Dərdə (radıyallahu anhu) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Elmə öyrənməklə, həlim olmağa isə mülayimliklə yiyə­lənmək olar. Kim xeyir axtararsa, ona verilər, kim də şərdən çəkinərsə, ondan qoru­nar."[5]


4 - Elm öyrənmək və ya öyrətmək niyyəti

10. Əbu Umamə (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Kim xeyir öyrənmək və ya öyrətmək üçün səhər məscidə gedər­sə, ona tam bir həcc savabı verilər."[6]


5 - Elmi yaymağın fəziləti
11. Abdullah ibn Məsud[7] (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Bizdən bir hədis eşidib onu olduğu kimi çatdıranın Allah üzünü ağ etsin! Ola bilsin ki, onu eşidən çatdırandan daha anlayışlı ol­sun!"[8] Digər rəvayətdə isə: "...Allah rəhm etsin!" - deyilir.[9]  


[1] - Əbu Hureyra Abdur-Rahmən ibn Səxr əd-Dəvsi əl-Yəməni (radıyallahu anh) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) məşhur səhabəsidir. Əbu Hureyra "pişikcığaz atası” deməkdir. Əgər biz onun adı ilə ləqəbini müqayisə etsək, görərik ki, Abdur-Rahmən yəni, ər-Rahmənin qulu, Allahın ən çox sevdiyi adlardan biridir, Əbu Hureyra (radıyallahu anh) isə əcaib-qəraib bir ləqəbdir. Lakin buna rəğmən Uca Allah onu insanlara məhz bu ləqəblə tanıtmış və onu insanlara sevdirmişdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun üçün belə dua etmişdir: "Allahım, bu iki qulunu: Əbu Hureyranı və onun anasını insanlara sevdir!” (Ədəbul-Mufrad, 34). Əbu Hureyra (radıyallahu anh) hicrətin 59-cu ilində vəfat etmişdir.

[2] - Muslim, 2699, 4867.

[3] - əl-Buxari, 5929, 6045, 6408; Muslim, 2689, 4854, 7015.

[4] - ət-Tabərani "Mucəmul-Kəbir” 639, 5907. əl-Albani "Sahihul-Cəmius-Sağir”də (№ 5610) və "Silsilətul-Əhədisis-Sahiha”da (№ 2210) səhih olduğunu söyləmişdir.

[5] - ət-Tabərani "Mucəmul-Əvsat” 2663. əl-Albani "Silsilətul-Əhədisis-Sahiha” (№ 342) və "Sahihul-Cəmi­us-Sağir”də (№ 2328) həsən olduğunu bildirmişdir.

[6] - ət-Tabərani "Mucəmul-Kəbir” 7346, 7473. əl-Albani "Sahihut-Tərğib vət-Tərhib”də (№ 86) həsən səhih olduğunu bildirmişdir.

[7] - Əbu Abdur-Rahmən Abdullah ibn Məsud ibn Ğafil ibn Həbib əl-Huzəli (radıyallahu anh) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabəsi­dir. İslamı ilk əvvəl qəbul edənlərdən olmuşdur. İbn Məsud (radıyallahu anh) hicrətin 32-ci ilində Mədinədə vəfat etmişdir.

[8] - ət-Tirmizi, 2657, 2869. əl-Albani səhih olduğunu bildirmişdir.

[9] - İbn Hibban, 68. əl-Albani səhih olduğunu bildirmişdir.

Kateqoriya: Fəzilətli Əməllər | Baxılıb: 1054 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031