Bazar, 19.05.2024, 07:38
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 30 » Duha namazı haqqında məlumat
11:38
Duha namazı haqqında məlumat

DUHA NAMAZI


1) Adı barədə;
2) Fəziləti barədə;
3) Hökmü barədə;
4) Vaxtı barədə;
5) Rükətlərinin sayı və qılınma forması barədə.


1 – ADI BARƏDƏ:
DUHA, Ərəbcə "əd-duha" – sözündən olub "Günəşin işığı" mənası verir. (Mucəmul-Vaciz əl-mədrəsi, səh 486;) DUHA, - naharın yüksəlməsidir. (Nahar (sabah) isə günəşin batmasına qədər olan vaxtdır), əsli əd-Dahvu, əd-Dahvətu və Dahiyyətu sözündəndir. (Qamus əl-Muhiyt, səh 1304) İbn Abbas isə bu namazı
"işraq" namazı adlandırmışdır. Bu vaxt Duha namazının vaxtının başlanğıcı ilə bağlıdır. Duhanın vaxtı barədə isə qarşıda söhbət açacağıq inşəAllah!

2 – FƏZİLƏTİ BARƏDƏ:
Duha namazının fəziləti barədə hədislər varid olmuşdur. Bunlardan bəzilərini qeyd edək:
"Əbu Zər (radiyəllahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: Hər birinizin sümüyünün sədəqəsi vardır. Hər bir təsbih (sübhənallah) sözü sədəqədir. Hər bir təhmid (əlhəmdulilləh) sözü sədəqədir. Hər bir təhlil (lə iləhə illəllah) sözü sədəqədir. Hər bir təkbir (Allahu Əkbər) sözü sədəqədir. Yaxşılığı əmr etmək sədəqədir. Pislikdən çəkindirmək sədəqədir. Duha vaxtı qılınan iki rükət (namaz) isə bunları əvəz edir." (Hədis səhihdir, bu hədisi Müslim rəvayət edib, 720; "Cəmiul-Üsul" kitabına bax, 9/436)

QEYD: Hədisdə "Sümük" kimi tərcümə etdiyimiz "suləmə" sözü təkdə olub, cəmi "suləmiyyət"dir. Bu isə insanın barmaqlarının kiçik sümüklərinin bir-birinə bitişdiyi yerdir. Sonra isə bu söz insan bədənindəki bütün sümüklərə və sümüklərin bitişdiyi yerlərə aid edilmişdir. (Bunu imam Nəvəvi (rahiməhullah) "Müslim"in şərhində qeyd etmişdir. 3/233)

Əbu Dərda və Əbu Zər (radiyəllahu anhumə) Allah Elçisindən (sallallahu aleyhi və səlləm) rəvayət edirlər ki, Allah belə buyurdu: «Ey Adəm övladı! Mənim üçün gündüzün əvvəlində dörd rükət namaz qıl! Mən də bunu sənin üçün gündüzün sonuna kimi yetərli edim!» (Hədisi ət-Tirmizi rəvayət edib, əl-Albani «Səhihi-Sünən ət-Tirmizi, 147, Əhməd isə «Müsnəd»ində rəvayət edib, 6/440/451)

Əbu Hüreyrədən Allah Elçisinin (sallallahu aleyhi və səlləm belə dediyi rəvayət olunur: «Duha namazını Allaha çox qayıdandan başqası qorumaz. (Yəni, davamlı qılmaqla)»
Həmçinin, demişdir: «Bu, Evvabin (Allaha qayıdanların) namazıdır.» (Hədis həsəndir, İbn Xuzeymə, 2/228; Hakim «əl-Müstədrək» 1/314, əl-Albani həsənləşdirib "Silsilətu Əhadis əs-Sahiha" no: 1994)
Hədisdə "Əvvab" sözü keçir ki, bu "qayıtmaq" sözündəndir, ərəbcə qarşılığı "racəa"dır. Lakin, burada "mübaliğə" mənasında, yəni, bir işi çox etmək mənasındadır. (Mucəm`əl-Vaciyz, səh 39) Yəni Allaha çox qayıdan və Allaha çox yönələn kimsə.

Əbu Hureyrə (radiyallahu anhu) rəvayət edir ki, "Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə üç şeyi (etməyi) nəsihət etdi: Hər aydan üç günü oruc tutmaq, iki rükət "Duha" namazı və yatmamışdan əvvəl "Vitr" namazını qılmağı!” (Müslim; 1669)

3 – DUHA NAMAZININ HÖKMÜ:
Ötən hədislər Duha namazının sevilən yaxşı əməllərdən olduğunu bəyan edir. (Məcmu`ul – Fətava, 22/284) Həmçinin, bu hədislər Duha namazının davamlı şəkildə qılmağın icazəli olmasına dəlalət edir. (Şövkaninin «Neylul-Əvtar» əsəri, 3/77) Bu namazın vacibliyinə dəlalət edən bir dəlil isə yoxdur.

4 – DUHA NAMAZININ VAXTI:
Duha namazının vaxtı günəşin çıxmasından zəvala qədərdir.
Ənəsdən (radiyəllahu anhu) gələn rəvayətə görə Allahın Elçisi (sallallahu aleyhi və səlləm) buyurmuşdur: «Hər kim sübhü camaatla qılarsa, sonra günəş çıxana qədər oturub Allahı zikr edərsə, (günəş çıxandan) sonra iki rükət qılarsa, bu onun üçün tam həcc və ümrə etmiş kimi savab olar.» (Allahın Elçisi (sallallahu aleyhi və səlləm) hədisin əslində 3 dəfə tam sözünü təkrarlayır , - tərc. Tirmizi rəvayət edib, şeyx Albani həsənləşdirib «Səhihi-Sünən ət-Tirmizi» 1/182)

Bu namazın ən fəzilətli qılınma vaxtı: günəşin hərarətinin şiddətləndiyi vaxtdır. Buna dəlalət edən rəvayət Zeyd ibn Ərqamdan varid olmuşdur. O, (Zeyd) bir topluluğun duha namazını qıldığını görür və belə deyir: Bunlar bilmirlərmi ki, bundan başqa bir vaxtda qılınan namaz daha əfzəldir. Çünki, Allahın Elçisi (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur: «Evvabin namazı dəvə balasının istini hiss etdiyi vaxtdadır.» (Müslim, Günəşin qızdığı vaxt Evvabin namazı qılmaq babı, 748) (Evvabin – sözünün mənası haqda isə yuxarıda söhbət açmışdıq.)

İbn Useymin (rahiməhullah) bu vaxtı belə izah etmişdir: Duha namazının vaxtı günəşin bir nizə miqdarında yüksəlməsindən (yəni, günəşin çıxmasından 15 və ya 20 dəqiqə sonra) Zəval vaxtından bir az öncəyə qədərdir. Bu vaxt isə rəylərin içərisində racih (üstün və doğruya daha yaxın) rəyə görə zəval vaxtından 10 və ya 15 dəqiqə əvvəldir. (İbn Useyminin fətvaları, Dərus-Sərayə. 1-ci cild, səh 1166)

Həmçinin, ibn Useymin (rahiməhullah) şərhil "Mumti" əsərində "nizə miqdarı yüksəlişi" gözlə görməklə təyin etməyin mümkünlüyünü qeyd edib demişdir. (Günəş çıxdıqda günəşə bax, əgər nizə hündürlüyündə gözlə görülən məsafədə təqribən bir metr yüksələrsə...) bir başqa yerdə isə: əslində bu vaxt 10-12 dəqiqə arasındadır, lakin ehtiyat üçün 15-20 dəqiqəyə qılınması yaxşıdır. İbn Bəz (rahiməhullah) da 15 dəqiqə günəş çıxdıqdan sonra Duhanın qılına biləcəyini demişdir.

Duha namazının çıxış vaxtı isə zəvala qədərdir.

Zəval vaxtı nədir? – Cavab: istilahi cəhətdən: Zəval - günəşin səmanın ortasından qərbə tərəf hərəkət etdiyi vaxtdır. Lüğəvi cəhətdən isə: "bir şeyin getməsi"ndən olub ərəbcə qarşılığı "zəhəbə" (getdi) felinin məsdəridir. Bu vaxtın əvvəlində əşyanın kölgəsi itir və ya necə deyərlər bərabərləşir. Bu vaxtı ölçmək üçün "meyzulə" (ərəbcə adı belədir) adlı alətdən istifadə olunur. Bu, günəş saatıdır ki, bununla həqiqi zöhrün vaxtı müəyyən olunur.
Zəval vaxtından əvvəl olan günəşin səmanın ortasına yüksəlməsi vaxtı namaz qılmaq qadağandır. Elə bu vaxtda Duhanın vaxtı çıxır. Bu, çox incə bir vaxtdır ki, iki rükətlik bir namaz müddəti çəkir. Necə ki, bunu "Muğni-əl-Muhtəc" əsərində Xətib əş-Şirbini qeyd etmişdir: "Günəşin səmanın ortasına yüksəlməsi vaxtı incə bir vaxtdır ki, bu hiss olunmadan bir namaz müddətini keçmir ki, hətta günəş o haldan hərəkət edib gedir. Mümkündür ki, (zəval vaxtı namazın haram olduğu vaxt) təhrim halı bu vaxta təsadüf etsin."
Bu zəval vaxtının neçə dəqiqə olması isə fəsildən fəsilə dəyişə bilər, fəqihlərdən 3, 5 və 6-7 dəqiqə deyənlər olsa da ehtiyat üçün zöhr əzanından əvvəl 6-7 dəqiqə namaz qılmamaq yaxşı olar. Çünki, bu vaxt namaz qılmaqdan çəkinilməsi gərəkən kərahət vaxtıdır.

5 – DUHA NAMAZININ RÜKƏTLƏRİNİN SAYI VƏ QILINMA FORMASI:
Duha namazı ən azı 2 rükət qılınır, ən çoxu isə 8 rükət qılınması dəlillərlə daha qüvvətli görünür. 12 rükət qılınması haqda Təbəranidən varid olan rəvayəti ibnul-Mədini zəif görmüşdür. Ravilərdən Musa ibn Yəqub Cərh alimlərinə görə hafizəsi pisdir, lakin Saduqdur. Bu namaz iki-iki və ya dörd-dörd də qılına bilər.

İki rükət qılınmasına dəlil yuxarıda bu namazın fəzilətinə aid qeyd etdiyimiz ən birinci hədisin bu hissəsi: "Duha vaxtı qılınan iki rükət (namaz) isə bunları əvəz edir." (Hədis səhihdir, bu hədisi Müslim rəvayət edib, 720; "Cəmiul-Üsul" kitabına bax, 9/436)

Dörd rükət qınınmasına dəlil isə: Əbu Dərda və Əbu Zərin hədisidir. Onlar (radiyəllahu anhumə) Allah Elçisindən (sallallahu aleyhi və səlləm) rəvayət edirlər ki, Allah belə buyurdu: «Ey Adəm övladı! Mənim üçün gündüzün əvvəlində dörd rükət namaz qıl! Mən də bunu sənin üçün gündüzün sonuna kimi yetərli edim!» (Hədisi ət-Tirmizi rəvayət edib, əl-Albani «Səhihi-Sünən ət-Tirmizi, 147, Əhməd isə «Müsnəd»ində rəvayət edib, 6/440/451)

Altı rükət qılınmasına dəlil: Ənəs ibn Məlikin (radiyəllahu anhu) hədisidir. O demişdir: «Peyğəmbər (sallallahu aleyhi və səlləm) duha namazını altı rükət qılardı.» (Tirmizi "Şəmail" Duha namazı babı, 273; Səhih-li-ğeyrihi)

Səkkiz rükət qılınmasına dəlil: Bu, Ummu Həni rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) Məkkənin fəthi günü səkkiz rükət Duha namazı qıldı. (Buxari, 1176; Müslim, 1664; «Zadu-l-Məad» 1/342)


İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT:
1 – Muhəmməd ibn Ömər ibn Səlim Bəzmulun «Buğyətul-Mutətavvi`i fiy salətit-Tətavvu`i» (Əsas mənbə bu kitabdır.)
2 – İbn Teymiyyə, İbn Useymin, ibn Bəzin və Şövkaninin (rahiməhumullah) fətvalarından seçmələr. 
3 – Qamus-əl-Muhiyt. Məcdiddin Məhəmməd ibn Yəqub əl-Firuzabadi.
4 – Mucəm əl-Vaciyz (əl-Mədrəsi). Səlahəddin əl-Həvari.

 

Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Kateqoriya: Məqalələr | Baxılıb: 3346 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031