Bazar, 19.05.2024, 02:36
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 16 » Döymə vurmaq və ya vurdurmaq haramdır!
21:35
Döymə vurmaq və ya vurdurmaq haramdır!

Döymə vurmaq və ya vurdurmaq haramdır!


Döymə vurmaq və ya vurdurmaq haramdır! Çünki döymə vurduran adam Allah`ın (Subhənəhu və Təalə) yaratdığı bu bədəni bəyənməməsi deməkdir. Allah (Subhənəhu və Təalə) insanı ən mükəmmək bir şəkildə yaratmışdır.


Aşağıdakı hədislərə baxdığımız zaman döymə vuranın və vurduranın lənətləndirildiyini anlayırıq. Döymə vurdurmağın niyə qadağan olunması hədislərdə açıq şəkildə bildirilmir. Onsuzda bizim hər hansı qadağanın nə üçün qadağan olunmasını bilməmiz lazım deyil. Bizə lazım olan o qadağanı etməməyimizdir.

1) Abdullah ibn Ömər (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Rasulullah (Allahın ona salavatı və salamı olsun) belə dedi: "... Döymə vuran və vurdurmaq istəyən qadınlara Allah lənət etsin!” (Buxari, 594; Muslim, 2124/119)

2) Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə dedi: Allah (bədəninə) döymə vuran və özünə döymə vurdurulmasını istəyən qadınlara lənət etsin. Mənə nə olub ki, Peyğəmbər`in (Allahın ona salavatı və salamı olsun) lənət etdiyi kimsələrə lənət etməyim. Bu Allahın Kitabında da var. Allah (Subhənəhu və Təalə) buyurur:


"...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan çəkinin... (Həşr, 7) (Buxari, 5945; Muslim, 2125/120)

3) Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə dedi: "Parik taxana və taxdırana, bədəninə döymə vurana və vurdurana Allah lənət etsin!” (Buxari, Muslim, Nəsai)

4) Abdullah ibn Abbas (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə dedi: "Parik taxan və taxdıran, qaşlarını alan və aldıran, bədəninə döymə vuran və vurduran lənətlənmişdir!” (Əbu Davud)

5) Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə dedi: "Allah döymə vuran, döymə vurduran, üzündəki tükləri aldıran, gözəllik üçün dişlərinin arasını seyrəkləşdirən və Allahın yaratdığını dəyişdirən qadınlara lənət etdi. Mənə nə olub ki, mən Rasulullah`ın (Allahın ona salavatı və salamı olsun) lənət etdiyi kimsələrə lənət etməyim? O, Allahın kitabında var.” (Buxari)

6) Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) faiz yeyənə, faiz yedirdənə, döymə vurana, döymə vurdurana və şəkil çəkənə lənət etdi. (Buxari, 5963)

Qeyd: Yuxarıdakı hədislərə baxdığımız zaman qadın və kişi ayrımı edilmir. Yəni qadına da, kişiyə də döymə haramdır. Digər hədisləridə gözən keçirdiyimiz zaman:

1) Parik taxana;
2) Parik taxdırana;
3) Döymə vurana;
4) Döymə vurdurana;
5) Qaş alana;
6) Qaş aldırana;
7) Üzdəki tükləri alana;
8) Üzdəki tükləri aldırana;
9) Gözəllik üçün dişlərinin arasını seyrəkləşdirənə;
10) Gözəllik üçün dişlərinin arasını seyrəkləşdirən diş həkiminə;
11) Allahın yaratdığını dəyişdirən, yəni estetik əməliyyat olana;
12) Allahın yaratdığını dəyişdirən, yəni üstetik əməliyyat edənə;

Allah (Subhənəhu və Təalə) lənət etmişdir!

Hazırladı: Tunar Süleymanlı

Kateqoriya: Məqalələr | Baxılıb: 829 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031