Bazar, 19.05.2024, 02:10
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » İyun » 10 » DİQQƏT, DİQQƏT !!! ÖNƏMLİ XATIRLATMA !
22:48
DİQQƏT, DİQQƏT !!! ÖNƏMLİ XATIRLATMA !

DİQQƏT, DİQQƏT !!!!

Hər ayın üç gününü oruc tutmaq sünnədir.

11-12-13 İyun 2014/ 13-14-15 Şaban 1435 

İmsak: 11 İyun - 04:06 / 12 İyun - 04:06 / 13 İyun - 04:06
İftar: 11 İyun - 21:11 / 12 İyun - 21:11 / 13 İyun - 21:12


Ramazandan sonra oruc tutmaq əməlini davamiyyətli edin inşəAllah.

1) Abdullah ibn Amr (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mənə belə dedi: "Hər ay üç gün oruc tut. Bir yaxşı işə görə onun on mislində savab yazılır. Bu isə il boyu oruc tutmaq deməkdir." (Buxari, Muslim, Əbu Davud)

2) Yaxşı olar ki, ayın bu üç günü hicri aylarının on üçü, on dördü və on beşi olsun. Əbu Zərr (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) mənə belə dediyini rəvayət edir: "Ey Əbu Zərr, əgər ayın üç gününü oruc tutası olsan, onda on üç, on dörd və on beşinci günlər oruc tut." (Səhih əl-Cami əs-Səğir, Tirmizi, Nəsai)

3) Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: Allah Elçisin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu eşitdim: "Səbir (Ramazan) ayı və hər ay üç gün oruc tutmaq il boyu oruc tutmaq kimidir." (Əhməd, 9222. əl-Albani "Sahihul-Cəmius-Sağir”də (№ 3803) səhih olduğunu bildirmişdir.) Digər rəvayətdə deyilir: "...qəlbin kin-küdurətini apa­rır." (Əhməd, 23070. əl-Albani "Sahihul-Cəmius-Sağir”də (№ 3804) səhih olduğunu bildirmişdir.)

4) İbn Milhən əl-Qeysi atasından (Allah ondan razı olsun) rəvayət edərək demişdir: "Allah Elçisi (Allahın ona salavat və salamı olsun) bizə hər ayın on üçüncü, on dördüncü və on beşinci günləri oruc tutmağı əmr edərək demişdir: Bunlar bir ilin orucu kimi­dir." (Əbu Davud, 2449, 2451. əl-Albani səhih olduğunu bildirmişdir.)

5) Muaviyə ibn Qurra atasından (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: "Hər ay üç gün oruc tutmaq, il boyu oruc tutmaq kimidir." (Əhməd, 16249, 16294. Şueyb əl-Arnavut isnadının səhih olduğunu bildirmişdir.)

6) Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: "Kim hər ay üç gün oruc tutarsa, bütün il boyu oruc tutmuş kimidir." Allah (Azzə və Cəllə) bunun təsdiqini Öz Kitabında belə nazil etmişdir: "Kim Qiyamət günü yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər." (əl-Ənam 160). Bir gün on günə bərabərdir. (ət-Tirmizi, 762, 767. əl-Albani səhih olduğunu bildirmişdir.)


Hazırladı: abubakr.ucoz.ru saytının heyəti.

Kateqoriya: Xəbərlər | Baxılıb: 1814 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  İyun 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30