Bazar, 19.05.2024, 04:06
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 20 » Cənnət və cəhənnəm əhlinin əzəldən məlum olması - İnsanın artıq ana bətnində qədəri yazılır
20:47
Cənnət və cəhənnəm əhlinin əzəldən məlum olması - İnsanın artıq ana bətnində qədəri yazılır
QƏDƏR VƏ YARADILIŞ

4 - Cənnət və cəhənnəm əhlinin əzəldən məlum olması


6. Rəvayət edilir ki, Abdur-Rahmən ibn Qatədə əs-Suləmi (radıyallahu anhu) demişdir: "Allah Elçisinin salləllahu aleyhi və səlləm belə dediyini eşitmişəm: "Allah (Azzə və Cəllə) Adəmi yaratdıqdan sonra məxluqatı onun belindən götürüb belə buyurdu: "Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdirlər. Mənim üçün fərqi yoxdur[1]”. Bir nəfər soruşdu: "Ey Allahın Elçisi! Onda biz nəyin əsasında əməl edəcəyik?” O: "Qədərin baş verməsi əsasında!”- deyə cavab verdi”.[2]

7. Əbu Nədra
(rahiməhullah) demişdir: "Peyğəmbərin salləllahu aleyhi və səlləm səhabələrin¬dən olan Əbu Abdullah (radıyallahu anhu) adlı bir kişinin dostları, ona baş çəkmək üçün yanına gəldilər və onun ağladığını gördülər. Dostları ona dedilər: "Səni ağladan nədir? Məgər Allah Elçisi salləllahu aleyhi və səlləm sənə: "Mənimlə görüşənə qədər bığını qısalt və boya!”- demədimi?” O da belə cavab verdi: "Bəli, lakin mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu da eşitdim: "Allah (Azzə və Cəllə) sağ əli ilə bir ovuc (insanları Adəmin belindən) götürdü, o biri əli ilə də bir ovuc yerdə qalanları götürüb buyurdu: "Bunlar Cənnətlik, bunlar isə Cəhənnəmlikdirlər. Mənim üçün fərqi yoxdur”. Mən isə iki ovucdan hansında olduğumu bilmirəm”.[3]

8. Əbud-Dərdə[4] 
(radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Allah Adəmi yaratdığı zaman onun sağ çiyninə vurub kiçik qarışqalar kimi ağ zürriyət çıxartdı, sol çiyninə vurub kömür kimi qara zürriyət çıxartdı. Adəmin sağında olanlara: "Kimliyindən asılı olmayaraq Cənnətə daxil edəcəyəm!”, solunda olanlara isə "Kimliyindən asılı olmayaraq Cəhənnəmə daxil edəcəyəm!”- buyurdu”.[5]  

5 - İnsanın artıq ana bətnində qədəri yazılır

9. Abdullah ibn Məsud[6] (radıyallahu anhu) doğru danışan və doğruluğu təsdiq olunan Allah Elçisinin salləllahu aleyhi və səlləm bizə belə buyurduğunu rəvayət edir: "Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: "Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” Nəfsim əlində olan Allaha and olsun ki, həqiqətən sizdən biriniz Cənnət əhlinin əməlini edər, nəhayət, onunla Cənnət arasında bir qarış (məsafə) qaldıqda, Kitab (qədər) onun önünə keçər. O da Cəhənnəm əhlinin əməlini edib ora girər. Həqiqətən, sizdən biriniz Cəhənnəm əhlinin əməlini edər, nəhayət, onunla Cəhənnəm arasında bir qarış (məsafə) qaldıqda, Kitab onun önünə keçər. O da Cənnət əhlinin əməlini edib ora girər”.[7]

_____________________

[1] - Yəni Allah insanı yaxşı və ya pis əməli yerinə yetirməkdə sərbəst buraxmışdır. Uca Allah buyurur: "De: "Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın". Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir!” (əl-Kəhf, 29-31).
[2] - Əhməd, 17600, 18127. əl-Albani "Silsilətul-Əhədisis-Sahiha”da (№ 48) səhih olduğunu bildirmişdir.
[3] - Əhməd, 16932, 17593, 17629. əl-Albani "Mişkətul-Məsabih”də (№ 120) səhih olduğunu bildirmişdir.
[4] - Əbud-Dərdə Uveymir ibn Zeyd əl-Ənsari əl-Xəzrəci 
(radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabəsidir. Hicrətin 32-ci ilində Şamda vəfat etmişdir.
[5] - Əhməd, 26216, 27488, 28250. əl-Albani "Silsilətul-Əhədisis-Sahiha”da (№ 49) və "Mişkətul-Məsabih”də (№ 119) səhih olduğunu bildirmişdir.
[6] - Əbu Abdur-Rahmən Abdullah ibn Məsud ibn Ğafil ibn Həbib əl-Huzəli 
(radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabəsidir. İslamı ilk əvvəl qəbul edənlərdən olmuşdur. İbn Məsud  (radıyallahu anhu) hicrətin 32-ci ilində Mədinədə vəfat etmişdir.
[7] - İbn Macə, 76, 80; əl-Buxari, 2969, 3208.

Kateqoriya: Səhih Qüdsi Hədislər | Baxılıb: 629 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031