Bazar, 19.05.2024, 08:15
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 20 » Camaat namazı
22:44
Camaat namazı
CAMAAT NAMAZI

 

Uca Allah bir çox ibadətləri camaatla birlikdə yerinə yetirməyi müsəl­manlara əmr etmişdir. Bu ibadətlərdən biri də namazdır. Camaat namazı ibadətlərin ən fəzilətlilərindən biridir. Uca Allah bu ümmətə müəyyən vaxtlarda camaat namazı qılmaq üçün bir yerə toplaşmağı buyurmuşdur. Bunlardan bəzisinə hər gün, bəzisinə həftədə bir dəfə, bəzisinə ildə bir dəfə, bəzisinə isə ancaq səbəb olduqda yığışılır. Namazın camaatla qılınmasında bir çox faydalar vardır. Müsəlmanlar camaat namazına durduqda dövlət­li və kasıb, ağ və qara eyni olur. Hamı Allahın qabağında baş əyir. Camaatın bu şəkildə bir yerə toplaşaraq namaz qılma­la­rı­nın fay­da­la­rından; müsəl­manlar arasında sevgi, qar­daş­lıq, qəlblərin biri-birinə bağlanması və s. göstərmək olar. Müsəlmanlar bir yerə toplaşdıqda bir-biriləri ilə tanış olur, dərdlərinə şərik çıxır, bir-birilərinə köməklik göstərirlər.

 

CAMAAT NAMAZININ FƏZİLƏTİ

 

Camaat namazını qılmaq savabın çoxalmasına, dərəcələrin qalx­masına səbəbdir. Camaat nama­zının savabı tək qılınan namaz­dan iyirmi beş, yaxud da iyirmi yeddi dəfə çoxdur. Həm­çi­nin camaat namazları qılındığı yerinə, ədəblərinə, kamilliyinə və başqa səbəb­lərə görə dərəcə etibarı ilə biri-birindən fərqlənir. Abdullah ibn Ömər (radıyallahu anhumə) rəvayət edir ki, Peyğəm­bər (sallallahu aleyhi və səlləm) dedi: "Camaatla qılınan namaz, tək qılınan namazdan iyirmi yeddi dərəcə (artıq) əfzəl­dir”.[1] Osman (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Kim namaz üçün mükəmməl şəkildə dəstəmaz alar, sonra isə fərz namazını qılmaq üçün (məscidə) gedib, onu cama­atla birgə qılarsa Allah onun günahlarını bağışlayar”.[2]

Əbu Hüreyra (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: "Kişinin camaatla qıldığı namazın savabı evində və bazarda tək qıldığı namazın savabın­dan iyirmi beş dəfə artıqdır. Belə ki o, mükəm­məl şəkildə dəstəmaz alıb yalnız camaatla na­maz qılmaq üçün məscidə getdiyi zaman, atdığı hər addı­mı­na görə bir savabı artar və bir günahı silinər. Camaatla namaz qılarsa, hətta o namazı qılmaq üçün gözlədiyi müd­dət­də də mələklər onun üçün dua edib deyərlər: "Allahım, ona xeyir-dua ver! Allahım onu bağışla! Allahım, ona rəhm et!” Camaat namazını gözlədiyi müd­dətdə isə camaatla namaz qılan kimi hesab olunar”.[3]

Camaat namazına getməyin böyük savabı var­dır. Əbu Hüreyra (radıyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Kim evində dəstəmaz alıb, vacib buyu­rulan namazı qılmaq məq­sə­di ilə məscidlərin birinə gedərsə atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar”.[4]

 

CAMAAT NAMAZININ FAYDASI

 

Camaat namazının bir çox faydaları var. Bunlardan:

– camaat namazını qılan şəxs tək qılandan daha çox savab qaza­nır.

– İslamın əzəmətli bir şüarı olan namaz nümayiş etdiril­miş olur.

– müsəlmanların birliyi görünür.

– məscidə gələn müsəlmanlar bir-biri ilə tanış olub din qardaşı olurlar.

– müsəlmanlar qardaşında xəta gördükdə onu düzəldirlər.

– müsəlman qardaşının halından: köməyə ehtiyacı olanı, xəstə olanı və digər şeylər barədə xəbər tuturlar.

– hamı Allah dərgahında eyni səviyyədə olduğu­nu hiss edir.

– başqa müsəlmanları gümrah görəndə ora gələnin güm­rah­lığı artır.

– məscidə namaza getdikdə hər atdığı addıma görə bir savab yazı­lır və bir günahı silinir.

 

NEÇƏ NƏFƏRLƏ QILINAN NAMAZ CAMAAT NAMAZI SAYILIR

 

Ən azı iki nəfərin iştirakı ilə qılınan namaz artıq camaat namazı sayılır. Əl-Vəzir ibn Hubeyra əl-İfsah kitabında demişdir: "(Alim­lər) ittifaq etmişlər ki, cümədən başqa qılı­nan fərz namazının camaat namazı sayılması üçün ən azı iki nəfər; imam və onun sağında durub onu təqib edən ol­ma­lıdır”.[5] İmam ibn Qudəmə deyir: "(Namaz qılanların sayı) iki və daha artıq olarsa, camaat namazı sayılır. Bu məsələdə (alimlər arasında) ixtilaf yox­dur”.[6]

Camaat namazı qılan iki şəxsdən biri istər kişi istərsə də qadın olsun yenə də camaat namazı sayılır. Hətta uşaq həd­di buluğa çatmasa belə camaatla namaz qıla və lazım gəldikdə imam dayana bilər. Amr ibn Sələmə öz qəbiləsin­də Quranı ən çox bil­diyi üçün imam o dayanırdı. O zaman onun altı, yaxud da yeddi yaşı var idi.

 

SƏLƏFİN CAMAAT NAMAZINA MÜNASİBƏTİ

 

Abdullah ibn Məsud (radıyallahu anhu) buyurmuşdur: "Kim sabah Allahla müsəlman kimi qarşılaşmaq istəyirsə namaz üçün azan verildikdə ona cavab versin. Çünki bu, hidayət yoludur. Namazları müxa­liflər kimi evinizdə qılsanız Peyğəmbəri­nizin (sallallahu aleyhi və səlləm) yolunu tərk etmiş olarsı­nız. Peyğəmbərinizin yolunu tərk etdikdə zəlalətə düşər­siniz. Kim gözəl şəkildə dəstəmaz alıb məscidlərdən birinə gedər­sə atdığı addımlardan hər biri onun bir günahını silər digəri isə savabını artırar. Camaat namazını nifaqı məlum olan münafiqlər tərk edərdilər”.

Muhəmməd ibn Munkədir deyir: "Mənə dünyanın ləzzə­tin­dən üç şey qalmışdır. Gecə namazını qılmaq, müsəlman qardaşlarımla birgə olmaq və camaatla namaz qılmaq”.

Süleyman ibn Həmzə əl-Məqdisi demişdir: "Fərz namaz­la­rını iki dəfədən başqa həyatım boyu tək qılmamışam”. Süley­man ibn Həmzə doxsan yaşa qədər yaşamışdır.

Vakii ibn əl-Cərrah demişdir: "Ə'məş yetmiş ilə yaxın təkbirətul-ehramı tərk etməmişdir”.

Təqiyyiddin Süleyman demişdir: "Mən fərz namazını iki dəfə tək qılmışam. Onu qılanda da elə bil ki, qılmamışam”.[7] 

Muhəmməd ibn Suməə demişdir: "Qırx il bir dəfədən başqa təkbirətul ehramı tərk etməmişəm. Anam öldüyü üçün bir namazı camaatla qıla bilmədim”.[8]

Səid ibn əl-Museyyib qırx il boyu nə vaxt azan verilirdisə artıq o məsciddə olurdu.[9]

İbrahim ibn Yezid demişdir: "Kim ki, təkbirətul-ehrama tən­bəllik edirsə əlini ondan üz”.[10]



[1] - Buxari 645, Muslim 1475.

[2] - Muslim 548.

[3] - Buxari 647, Muslim 1476.

[4] - Muslim 666.

[5] - əl-İfsah 1/ 155.

[6] - əl-Muğni 2/ 7.

[7] - Zeyl Tabaqat əl-Hənəbilə 2/ 365.

[8] - Təhzib ət-Təhzib 9/ 204.

[9] - Təhzib ət-Təhzib 1/ 173.

[10] - Siyər Əlam ən-Nubələ 5/ 62.


Məscid və ədəbləri kitabı. (Müəllif: R.İsbarxanlı) - Bakı 2011
Kateqoriya: Məqalələr | Baxılıb: 660 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031