Bazar, 19.05.2024, 02:36
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 12 » Cəfər ibn Əbu Talib`in (Allah ondan razı olsun) fəziləti
11:41
Cəfər ibn Əbu Talib`in (Allah ondan razı olsun) fəziləti

Cəfər ibn Əbu Talib`in (Allah ondan razı olsun) fəziləti


1) Əbu Hureyrə (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Cəfəri Cənnətdə mələklərlə birlikdə uçan gördüm." (ət-Tirmizi, "Mənaqib”, 3767)

2) Əş-Şəbi (rahiməhullah) rəvayət edir ki, İbn Ömər (radıyallahu anhumə) Cəfərin (radıyallahu anhu) oğlu Abdullaha salam verərkən: "Sənə salam olsun, ey iki qanadlı adamın oğlu!" – deyərdi. (Buxari, "Kitabul-fadail əshab”, 10/57)

3) Əbu Hureyrənin (radıyallahu anhu) belə dediyi rəvayət olunur: "İnsanlar: "Əbu Hureyrə çox hədis rəvayət edir." – deyirlər. Halbuki mən qarnımın doyması müqabilində Rəsulullahdan (sallallahu aleyhi və səlləm) ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə heç bir kişi və qadın xidmət etməmişdir. Mən aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşərlər ümidi ilə mən əzbər bildiyim ayələri bir kimsəyə - o məni evinə aparsın, məni doyursun məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cəfər bin Əbu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bəzən içi boşalmış yağ qabını verirdi, biz də onu kəsər və içində qalan yağ qırıntılarını yalayardıq." (Buxari, "Kitabul-fadail əshab”, 10/56; Tirmizi, "Mənaqib”, 3770)

4) Əl-Bəra (rahiməhullah) Rəsulullahın (sallallahu aleyhi və səlləm) Cəfərə (radıyallahu anhu) belə dediyini rəvayət edir: "Əxlaq və yaradılış baxımından sən mənə oxşayırsan." (Buxari, "Kitabus- sülh”, 6/9, "Kitabul-məğazi”, 45/263; Müslim, "Cihad”, 90 (178); ət-Tirmizi, "Mənaqib”, 3769)

Bu hədislər Cəfər bin Əbu Talibin (radıyallahu anhu) fəzilətinə dəlalət edir.

İlk müsəlmanlardan sayılan Cəfər bin Əbu Talib (radıyallahu anhu) Əlidən (radıyallahu anhu) 10 yaş böyük və onun doğma qardaşıdır. Həbəşistana hicrət etmiş, Peyğəmbər (sallallahu aleyhi və səlləm) onunla kral Nəcaşiyə məktub göndərmiş, onu mühacirlərə başçı və krala elçi təyin etmişdi. İki dəfə hicrət etmişdir. Xeybərin fəthi günü həbəşistandan Mədinəyə gəlmişdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onu qucaqlayıb , alnından öpüb və: "Bilmirəm, Cəfərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm." – demişdir.

Ləqəbi Əbu Abdullah ət-Təyyardır (Qanadlı Cəfər). Bu ləqəbi hicrətin 8-ci ilində 41 yaşında ikən şəhid olduğu Muta döyüşündə almışdır. Bu döyüş zamanı Zeyd bin Haris öldürüldükdən sonra Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dediyi kimi, sərkərdə oldu və bayrağı götürdü. Döyüş zamanı əllərini itirmiş və şəhid olmuş Cəfər (radıyallahu anhu) haqqında Rəsulullah (sallallahu aleyhi və səlləm): "Qolları kəsildi, ancaq Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur." – müjdəsini verdi. Bədəninin 10 hissəsində 70-dən artıq yara aldığı qeyd olunur .

Əbu Hureyrə (radıyallahu anhu) Cəfərin (radıyallahu anhu) kasıblara qarşı münasibətinə, əliaçıqlığına görə ona Əbu Məsakin (kasıbların atası) ləqəbini vermişdir.

Rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: "Məndən əvvəl hər peyğəmbərə yeddi seçilmiş vəzir verilmişdir. Mənə on dörd vəzir verildi: Həmzə, Cəfər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə, Səlman, Ammar və Bilal." Rəsulullah (sallallahu aleyhi və səlləm) Cəfərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. Aişə (radıyallahu anhə) deyir ki, "Cəfərin ölüm xəbəri gəldikdə Rəsulullahın kədərləndiyini gördük."

Müəllif: Yaşar Qurbanov "İslam Nuru" kitabı


Kateqoriya: Məqalələr | Baxılıb: 494 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031