Bazar, 19.05.2024, 08:24
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2014 » Yanvar » 23 » Bidət - tərifi, növləri, əhkamları və bəzi şübhələrin cavabı
23:40
Bidət - tərifi, növləri, əhkamları və bəzi şübhələrin cavabı


BİDƏTİN TƏRİFİ, NÖVLƏRİ, ƏHKAMLARI VƏ BƏZİ ŞÜBHƏLƏRİN CAVABI


BİDƏTİN TƏRİFİ:

LÜĞƏVİ CƏHƏTDƏN: Bidət sözü ərəbcə "əl-bəd`u" sözündəndir. Bu isə: Keçmişdə bənzəri olmayan bir şeyi icad etməkdir. Sözdə "yenilik" mənası verir. İSTİLAHİ MƏNASI İSƏ: DİNDƏN OLMAYAN BİR ŞEYİ DİNƏ GƏTİRMƏK VƏ YA DİNDƏ YENİLİK ETMƏKDİR.

BİDƏT İKİ QİSMƏ BÖLÜNÜR: 1) Dünyəvi məsələlərdə bidət etmək; 2) Dini məsələlərdə bidət etmək.

1) Dünyəvi məsələlərdə bidət etmək mübahdır (yəni nə günahdır, nə savab). Çünki, insanların təbii ehtiyaclarını ödəmək üçün olan şeylərin əsli mübahdır. Buna müasir kəşflər və s. daxildir. 2) Dində edilən bidətlər isə, bu haramdır. Çünki, bunda əsl tövqifidir, yəni dəlil olmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurmuşdur: «Kim bizim əməlimizə uyğun olmayan bir yenilik gətirərsə, o şey rədd olunar.» (Buxari və Müslim) Başqa bir rəvayətdə isə: «Kim bizim əməlimizə uyğun olmayan əməli edərsə o şey rədd olunar.» (Səhihi-Müslim)

BİDƏTİN NÖVLƏRİ: Dində bidət etmək iki növə bölünür:

Birinci növ: Sözdə olan etiqadi bidətlər; məsələn; Cəhmiyyələrin, Mötəzilələrin və Rafizilərin (dildə dedikləri etiqadi) bidətləri və etiqadları kimi.

İkinci növ: İbadətlərdə yol verilən bidətlərdir. Məsələn; Allaha Onun şəriətində varid olmayan bir yolla ibadət etmək...
Bu da bir neçə qismə bölünür:

BİRİNCİ QİSM: İbadətin əslində edilən bidət; məsələn Şəriətdə əsli olmayan yeni bir ibadət forması icad etmək, (namazın əsl qılınış forması bəlli olduğu halda) yeni bir namaz, yeni bir namaz forması (qiyamsız və ya rukusuz və ya səcdəsiz və ya bunlardan hamısını cəm edən formada yeni namaz tərzi), yeni oruc forması (oruc gün çıxandan batana qədər, yeməmək, içməmək, cimadan uzaq olmaq və s. olduğu halda bir kəsin iki gün dalbadal heç nə yemədən oruc tutması və ya iki gündən bir iftar etməsi və ya yemək yeməsi lakin oruc saydığı günlərdə müəyyən bir qidadan imtina etməsi kimi) və üslubu ki, şəriətdə buna dəlil yoxdur. Və yaxud da ildə təkrarlanan bir şeyi qeyd etmək, (peyğəmbərin) doğum gününü qeyd etmək, yəni, mövlud keçirmək və s.

İKİNCİ QİSM: İbadətə edilən əlavə ilə edilən bidət; məsələn; Dörd rükətli zöhr və ya əsr namazına beşinci rükəti (qəsdən) artıraraq qılmaq.

ÜÇÜNCÜ QİSM: İbadətin (sifətində) əda edilməsi formasında edilən bidət ki, bu da ibadəti şəri cəhətdən icazə verilməyən vəsfdə əda etməkdir. Məsələn; zikrləri camaat şəklində xorla və ya musiqi sədaları altında etmək. Həmçinin, ibadətlərdə nəfsinə şiddətli davranaraq bununla Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsindən çıxmaq həddinə çatdırmaq.

DÖRDÜNCÜ QİSM: Hər hansı bir ibadətə şəriətdə dəlil olmayan müəyyən bir vaxt təyin etmək. Şaban ayının ortasını (yarısını) və xüsusi bir gecəsini, oruclu və qiyamda keçirmək. Baxmayaraq ki, qiyamın (namaza, ibadətə durmağın) və orucun əsli icazəlidir. Lakin, bunu hansısa vaxtlardan birinə təyin etmək üçün dəlil tələb olunur.

DİNDƏ BİDƏT ETMƏYİN BÜTÜN NÖVLƏRİNİN HÖKMÜ:

Din adına edilən bütün bidətlər haram edilmişdir və zəlalətdir. Bu da Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu hədisinə: «(Din adına çıxarılmış) yeniliklərdən çəkinin! Çünki, (dində edilən) hər bir yenilik bidətdir. Hər bir bidət isə zəlalətdir.» (Tirmizi rəvayət etmiş və "həsən səhihdir" demişdir.) və bu hədisə görədir: «Kim bizim əməlimizə uyğun olmayan bir yenilik gətirərsə, o şey rədd olunar.» (Buxari və Müslim) başqa bir rəvayətdə isə: «Kim bizim əməlimizə uyğun olmayan əməli edərsə o şey rədd olunar.» (Səhihi-Müslim) Beləcə, hər iki hədis də dəlalət edir ki, din adına edilən hər bir yenilik bidətdir. Hər bir bidət isə rədd olunmuşdur, zəlalətdir. Bunun mənası odur ki, ibadətdə və etiqadda edilən bidətlər (yeniliklər) haramdır. Lakin, bu haramlıq bidətin növünə görə dəyişir. 1) Bundan bəzisi açıq-aydın küfrdür; qəbirləri orada dəfn olunanlara yaxınlıq məqsədilə təvaf etmək, onlara qurbanlar kəsib nəzirlər etmək, birbaşa onlara dua etmək və onlardan yardım istəmək kimi və bəzi mötəzilə və cəhmiyyələrin ğulatlarının (ifrata varmışları) sözləri kimi. 2) Bundan bəzisi isə şirkə aparan yollardan, vəsilələrdəndir; buna qəbirlər üzərində bina etmək və onun yanında namaz və dua etməyi misal çəkmək olar. 3) Bundan bəzisi etiqadi fisqdir (fasiqlikdir-fasiq, yəni günahkar müsəlman). Buna da Xəvariclərin, Qədərilərin və Murciələrin şəri dəlillərə müxalif olan söz və etiqadlarını misal çəkmək olar. 4) Bundan bəziləri isə günahdır; buna heç evlənməmək, günəş altında duraraq oruc tutmaq və şəhvətdən qurtulmaq üçün özünü sonsuzluğa (cinsi məhrumiyyətə) mübtəla etməyi misal çəkmək olar.
Qeyd: Qeyd etdiyimiz birinci növdə insan cahil ola bilər və ona haqq bəyan edilməlidir.

DİQQƏT: Hər kim bidəti gözəl və pis bidətə bölürsə, o kimsə Peyğəmbərin (səllallahu aleyhi və səlləm): «Hər bir bidət zəlalətdir.» sözünə müxalif söz demiş və xəta etmişdir. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) bütün bidətlər haqqında hökm verərək onu zəlalət adlandırmışdır. "Gözəl bidət var" deyən isə sanki, "hər bir bidət zəlalət deyildir, gözəl bidət də var" demək istəyir. Hafiz ibn Rəcəb «40 hədis» kitabının şərhində demişdir: "Peyğəmbərin (səllallahu aleyhi və səlləm) : «Hər bir bidət zəlalətdir.» kəlamı "cəvamiul-kəlim"dir. (Yəni, qısa kəlamla, böyük mənalar ifadə etmək qəbilindəndir); Bundan (bu zəlalətdən) heç bir bidət xaric deyildir və bu kəlam dinin əsaslarından olan əzəmətli bir əsasdır ki, bu digər kəlamına (hədisinə) bənzəyir: : «Kim bizim əməlimizə uyğun olmayan bir yenilik gətirərsə, o şey rədd olunar.» Beləcə, dində əsli, dəlili olmadan hər bir çıxarılan və dinə nisbət edilən yenilik bu kəlama qayıdır ki, o da zəlalətdir. Bu, istər etiqadi məsələlərdə, istər də zahiri və batini söz və ya əməllərdə olsun, din bundan uzaqdır." (Cəmiul-Ulum vəl-Hikəm, səh 233)

O kimsələrin gözəl bidətin (və ya yaxşı bidət) mövcudluğu haqqında heç bir dəlilləri yoxdur. Yalnız Ömərin (radiyəllahu anhu) təravih namazı haqqında «Bu nə gözəl bidətdir!» deməsini gətirə bilərlər ki, buna da bir azdan aydınlıq gətirəcəyik inşəAllah!

Onlar həmçinin, demişlər: "Sələflərin inkar etmədikləri bəzi hadisələr olmuşdur; məsələn, Qurani-Kərimin bir kitabda cəm edilməsi, hədislərin yazılması və cəm edilməsi....."

BU ŞÜBHƏNİN CAVABI: Ömərin (radiyəllahu anhu) "Bu nə gözəl bidətdir!" – sözünə gəldikdə, bu sözün şəriətdə əsli vardır və bu bidət deyildir. Bununla lüğəvi bidət qəsd olunmuş, şəri bidət qəsd olunmamışdır. O şeyin ki, şəriətdə əsli var ona qayıdılır. Əgər deyilsə ki, o bidətdir, əslindən bu şəri yox, lüğəvi bidətdir. Çünki, bidət şəri cəhətdən "şəriətdə əsli olmayan şeydir". Qurani-Kərimin bir kitabda cəm edilməsinin şəriətdə əsli vardır. Çünki, peyğəmbər Quranın yazılmasını əmr edirdi, lakin ayrı-ayrı yazılmışdı. Beləcə, Səhabələr (Allah onlardan razı olsun) onu qorumaq məqsədilə bir kitabda cəm etmişlər.
Təravih namazını isə Peyğəmbər (səllallahu aleyhi və səlləm) Ramazanda bir neçə gecə qılmışdır. Sonra da onlara fərz olunmasından ehtiyatlanaraq qılmamışdır. Sonra da səhabələr (Allah onlardan razı olsun) peyğəmbərin sağlığında və vəfatından sonra da onlar ayrı-ayrı topluluqlar şəklində Ömər ibnul-Xəttabın (radiyəllahu anhu) onları bir imamın arxasında cəm edənə qədər bu namazı qılmışlar. Necə ki, bir vaxtlar eynilə təravih namazı qılmaq üçün Peyğəmbərin (səllallahu aleyhi və səlləm) arxasında dayanmışdılar. Bu isə dində bidət etmək deyildir.
Hədislərin yazılmasının da həmçinin, şəriətdə əsli vardır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) ehtiyac olduqda bəzi səhabələrə hədislərin bəzisini yazmağı əmr etmişdir. Əbu Hüreyrə (radiyəllahu anhu) Peyğəmbərin dövründə onun hədislərini yazırdı. Peyğəmbərin dövründə olan hədis yazma qadağası ümumi şəkildə bir qadağa idi ki, bu, Quranın ondan olmayan yazılarla qarışmaq qorxusuna görə idi. Peyğəmbər vəfat etdiyi zaman isə bu ehtimal aradan qalxmış oldu. Çünki, artıq Quran tamamlanmış və peyğəmbərin vəfatından öncə əzbərlənmişdi. Müsəlmanlar da bundan sonra hədisləri itməkdən qorumaq üçün onu cəm etdilər. Allahın kitabını və Peyğəmbərin sünnəsini yazaraq itməkdən qoruyan o müsəlmanları Allah xeyirlə mükafatlandırsın!

MƏNBƏ: BU YAZI ŞEYX D.SALEH İBN FOVZAN İBN ABDULLAH ƏL-FOVZANIN "AQİDƏTUT-TÖVHİD" KİTABINDAN ƏXZ EDİLMİŞDİR.


Hazırladı: Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov
Kateqoriya: Məqalələr | Baxılıb: 828 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Yanvar 2014  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
  12345
6789101112
13141516171819
20212223242526
2728293031