Şənbə, 18.05.2024, 23:11
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 9 » Bayramlar`a aid şeir
20:20
Bayramlar`a aid şeir


Bayramlar`a aid şeir

13 Mart 2010


Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,
Hər şənliyi gəl yurduma, yurdumda görərsən,

Yanvarda keşiş bayramını qeyd edirik biz!
Mart gələndə məcusi olub əylənirik biz!
Nəsrani tək üzük taxaraq evlənirik biz!
Keşiş valentinləri lap çox sevirik biz!
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,...
Hər şənliyi gəl yurduma, yurdumda görərsən,

Tullan odun üstündən, ol yaxşı məcusi,
Sonra gedərək məscidə, mömin ol xüsusi,
Sonra qapı pus, cəsus ol, ey xeyrin hərisi,
Sonra gəlsin zühd əlaməti, ilham pərisi.
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,
Hər şənliyi gəl yurduma, yurdumda görərsən,

Çarşab atılan gün daha bayram kimi oldu,
Gündüz, gecə fərq etmədi, axşam kimi oldu!
Şeytana gedən yol da sərəncam kimi oldu!
İmanı olanlar əriyib şam kimi oldu!
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,
Hər şənliyi gəl yurduma, yurdumda görərsən,


Hər yanda oxur dahi müğənni və sənətkar,
Çün dahi olub hər cürə asi və günahkar,
Adətlərimizdə hər cürə dini qərar var,
Bundan dolyı haqqa qərib gözlə baxırlar!
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,
Hər şənliyi gəl yurduma, yurdumda görərsən,


Mömindən azaddır belə bir ölkədə mavi,
Falçı çıxırsa ekrana, əhsən, bu səmavi?!
Millət sevənin dərdi böyükdür, nə müsavi?
Təqdim edilən yox, görünən kafidi, kafi!...
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,
Hər şənliyi gəl yurduma, yurdumda görərsən,


Qurban, Ramazan bayramının abı-havası,
Hiss olunmursa, gedir Valentinin davası,
Özgə vaxt saqqala baxılır dırnaqarası,
Amma bu keşişlə yaxşıdır xəlqin arası!
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,
Hər şənliyi gəl yurduma, yurdumda görərsən,


Mən hələ heç söyləmirəm şaxta babanı,
Hər kəs sevir, hörmət eləyir yaxşı-yamanı,
Bir qurdalasan, çətin çıxar bəlkə imanı,
Ey dost, bu üzdən qərib sayırlar müsəlmanı!
Əhsən bizə, əhsən bizə, əhsən bizə, əhsən,
Hər şənliyi gəl yurduma, yurdumda görərsən.

Müəllif: Sahib Əsədov (13 mart 2010)

Kateqoriya: Faydalar | Baxılıb: 925 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031