Bazar, 19.05.2024, 08:24
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 26 » Bacılara 20 qızıl nəsihət
21:16
Bacılara 20 qızıl nəsihət

1 - İslami əhkamlara laqeyd yanaşma!

2 - Dində olmayan hər cür bidətdən çəkin, bunları ortaya da çıxarma. Bütün bidətlərdən uzaq ol və bunları təşviq etmə.

3 - Namazdan heç vaxt imtina etmə. Yuxuya gedib namazı unutma. Namazı daim vaxtında qıl. Buna çox həssaslıq göstər!

4 - Heç vaxt açıq-saçıq geyinmə və bədəninin örtülməsinə çox diqqət et! Ayələrin mənasından başqa açıq mənalara meyl etmə!

5 - Bəzi insanların ailənə mənfi təsir edəcək sözlərinə fikir vermə. Allahdan daim ailən üçün dua etməyi yaddan çıxarma və ailədə din mövzusunda həyat yoldaşına kömək et.

6 - Evinin və həyat yoldaşının məhrəm cəhətlərini ifşa etmə, açıb demə, həyatın çətinliklərinə qarşı səbrli ol. 

7 - Allah yolunda səbr etməyi özün üçün bir vərdişə çevir. Unutma ki, Allah yolunda etdiyin heç bir əməl mükafatsız olmayacaq!

8 - Dinə əməl edən qadınlardan köməyə ehtiyacı olanlara yardım et.

9 - Qeybət və dedi-qodu etmə, söz gəzdirmə!

10 - İstər qərbli olsun, istərsə də yerli olsun, heç bir kafiri təqlid etmə, onlara qarşı sevgi bəsləmə, onlara heyran olma!

11 - Xüsusilə din biliyini artırmağa çalış.

12 - Fitnə-fəsadı göz önünə alaraq lüzumsuz olaraq küçəyə çıxmamağa çalış, Rəbbindən səbr və dözümlülük dilə.

13 - Axirət hayatını heç vaxt yaddan çıxarma!

14 - Allaha və Rəsuluna (sallAllahu aleyhi və səlləm) qarşı üsyana çağırmasalar, həyat yoldaşına, ailənə, ana və atana qarşı çıxma!

15 - Moda jurnallarından və musiqidən uzaq ol! Quran oxumağa, öyrənməyə və əgər bilirsənsə, öyrətməyə çalış.

16 - İstər telefonla olsun, istərsə də başqa bir yolla olsun naməhrəmlə danışmaqdan uzaq ol.

17 - Allaha həqiqi şəkildə iman gətir və imanın əsaslarına bağlı ol. 

18 - Namazına, zinət əşyalarının zəkatına, oruc və həccə laqeyd yanaşma!

19 - Allahın dininə bağlı olan qadınlarla yaxınlıq et!

20 - Allaha hər zaman dua edib Ona üz tutmağa, Ondan bağışlanma diləməyə və axirət üçün hazırlıq etməyə də əsla etinasızlıq göstərmə!

 
 Hazırladı: əz-Zubeyr

Kateqoriya: Faydalar | Baxılıb: 591 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031