Bazar, 19.05.2024, 03:47
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 15 » Allahın ilk yaratdığı
17:04
Allahın ilk yaratdığı
QƏDƏR VƏ YARADILIŞ

1 - Allahın ilk yaratdığı


1. Ubədə ibn Samit[1] (radıyallahu anhu) oğluna belə demişdir: "Ey oğul! Həqiqətən, sənin başına gələn (bir şeyin) səndən yan keçməməli olduğunu və səndən yan keçən (şeylərin) də sənin başına gəlməməli olduğunu bilməyincə, həqiqi imanı dadmazsan. Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu eşitdim: "Allahın ilk yaratdığı şey qələmdir.[2] Allah ona: "Yaz!”- deyə buyurdu. O dedi: "Ey Rəbbim! Nə yazım?” Allah buyurdu: "Qiyamət saatı qopanadək hər bir şeyin qədərini yaz!” O, sözünə davam edərək dedi: "Ey oğul! Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu eşitdim: "Bundan qeyri (etiqad) üzərində ölən məndən deyildir”.[3]

2. Abdul-Vahid ibn Suleym demişdir: "Məkkəyə gəlib Ata ibn Əbu Rabahla[4] (rahiməhullah) görüşdüm və ona dedim: "Ey Əbu Muhəmməd! Bəsrəlilər qədər haqqında danışırlar”. O soruşdu: "Ey oğul, Quran oxuyursan?” Mən: "Bəli”- deyə cavab verdim. O dedi: "Zuxruf surəsini oxu!” Mən də oxudum: "Ha. Mim. (Bu) aydın Kitaba and olsun! Biz Quranı ərəbcə nazil etdik ki, onu anlayasınız. Şübhəsiz ki, o yanımızdakı "Ummul-Kitab”dadır. O ucadır, hikmətlə doludur” (əz-Zuxruf, 1-4). O soruşdu: "Ummul-Kitab”ın nə olduğunu bilirsən?” Mən: "Allah və Onun Elçisi daha yaxşı bilir”- deyə cavab verdim. O dedi: "Həqiqətən, o, Allahın göyləri və yeri yaratmasından qabaq yazdığı Kitabdır. Orada Fironun Cəhənnəm əhlindən olduğu və "Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” (əl-Məsəd, 1) - ayəsi yazılmışdır”. Ata ibn Əbu Rabah (rahiməhullah) dedi: "Allah Elçisinin salləllahu aleyhi və səlləm səhabəsi Vəlid ibn Ubədə ibn Samitlə görüşüb ondan soruşdum: "Sənin atan ölərkən nə vəsiyyət etmişdir?” O da belə cavab verdi: "Atam məni çağırıb dedi: "Ey oğul, Allahdan qorx və bil ki, sən Allaha və bütövlükdə qədərin xeyir və şərinə iman etmədikcə, heç vaxt Allaha qarşı təqvalı olmazsan. Bundan qeyri (etiqad) üzərində ölsən, Cəhənnəmə daxil olarsan. Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm belə buyurduğunu eşitdim: "Allahın ilk yaratdığı şey qələmdir. Allah ona: "Yaz!”- deyə buyurdu. O dedi: "Nə yazım?” Allah buyurdu: "Qədəri yaz! - Əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi”.[5]

_______________________________________

[1] - Ubadə ibn Samit ibn Qeys ibn Əsram əl-Ənsari (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabəsidir. Miladi 583-cü ildə Mədinədə anadan olmuş, hicrətin 34-cü ilində Fələstində vəfat etmişdir.
[2] - Hədisdə "Allahın ilk yaratdığı şey qələmdir”- dedikdə, bu aləmdə qələmin ilk məxluq olması nəzərdə tutulur. Bəzi İslam alimlərinə görə Ərş, su və külək qələmdən əvvəl yaradılmışdır. Bunun təsdiqi Abdullah ibn Amrdan (radıyallahu anhu) rəvayət edilən hədisdə öz əksini tapmışdır. Hədisdə Allah Elçisi (sallallahu aleyhi və səlləm) belə demişdir: "Allah göyləri və yeri yaratdıqdan əlli min il əvvəl bütün məxluqatın qədərini yazmışdır. Onun Ərşi də suyun üzərində idi” (Muslim, 5/ 509). 
[3] - Əbu Davud, 4702. əl-Albani səhih olduğunu bildirmişdir.
[4] - Ata ibn Əbu Rabah (rahiməhullah) məşhur tabiinlərdən olmuş, bir çox səhabələri görmüş və onlardan elm almışdır. Hicrətin 27-ci ilində Məkkədə doğulmuş, hicrətin 114-cü ilində orada da vəfat etmişdir.
[5] - ət-Tirmizi, 2155, 3319. əl-Albani hədisin səhih olduğunu demişdir. İslam alimlərinə görə hədisdəki "əvvəl olmuş və əbədiyyətə qədər olacaq hər şeyi” kəlamı Peyğəmbərə (sallallahu aleyhi və səlləm) aiddir. "Əvvəl olmuş” kəlamı Peyğəmbərin (sallallahu aleyhi və səlləm) hədisi danışdığı andan əvvəl olmuş və ya Allahın qələmi yaratmasından əvvəl Ərş, su, külək və s. kimi məxluqların olması kimi şərh edilir.
Kateqoriya: Səhih Qüdsi Hədislər | Baxılıb: 645 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031