Bazar, 19.05.2024, 05:04
Əssələmu aleykum, Qonaq | RSS

Abubakr.Ucoz.Ru

Saytın Menyusu
Ən çox baxılanlar
Statistika

Cəmi onlayn: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Əsas səhifə » 2013 » Dekabr » 16 » Adəmin zürriyyətinin etirafı - Cənnət əməlisalehlərin yurdudur
22:39
Adəmin zürriyyətinin etirafı - Cənnət əməlisalehlərin yurdudur

QƏDƏR VƏ YARADILIŞ

2 - Adəmin zürriyyətinin etirafı


1. İbn Abbas[1] (radıyallahu anhumə) rəvayət edir ki, Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: "Allah Ərafatda[2] Adəmin belindən onun zürriyətini çıxararaq onlardan əhd aldı. Onları Adəmin önünə zərrəciklər kimi səpələdi. Sonra onlara birbaşa buyurdu: "Mən sizin Rəbbiniz deyiləmmi?” Onlar: "Bəli, biz şahid olduq!”- dedilər. (Bu ona görədir ki,) siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!”- deməyəsiniz. Yaxud: "Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”- deməyəsiniz” (əl-Əraf, 172-173)”.[3]

2. Muslim ibn Yəsər əl-Cuhəni (rahiməhullah) rəvayət edir ki, Ömər ibn əl-Xəttabdan[4] (radıyallahu anhu) bu ayə haqqında soruşdular: "Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: "Mən sizin Rəbbiniz deyiləmmi?"– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!"– demişdilər. Bu ona görədir ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz” (əl-Əraf, 172). əl-Qanabi (rahiməhullah) ayəni oxudu. Ömər (radıyallahu anhu) dedi: "Mən Allah Elçisinin salləllahu aleyhi və səlləm bu ayə haqqında soruşulduğunu eşitdim. Allah Elçisi  (sallallahu aleyhi və səlləm)  belə dedi: "Allah (Azzə və Cəllə) Adəmi yaratdı sonra sağ əlini onun belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: "Bunları Cənnət üçün yaratdım, Cənnət əhlinin əməlini edəcəklər. Sonra (Allah yenə əlini Adəmin) belinə çəkdi və onun belindən zürriyyətini çıxardıb dedi: "Bunları Cəhənnəm üçün yaratdım, Cəhənnəm əhlinin əməlini edəcəklər”. Bir kişi dedi: "Ey Allahın Elçisi, onda əməl nəyə lazımdır?” Allah Elçisi salləllahu aleyhi və səlləm dedi: "Həqiqətən, Allah (Azzə və Cəllə) bir qulu Cənnət üçün yaratmış olsa, onu Cənnət əhlinin əməlini etməyə yönəldər, nəhayət, o, Cənnət əhlinin əməllərindən biri üzərində ölər və onunla Cənnətə daxil olar. Habelə, Allah bir qulu Cəhənnəm üçün yaratmış olsa, onu Cəhənnəm əhlinin əməlini etməyə yönəldər, nəhayət, o, Cəhənnəm əhlinin əməllərindən biri üzərində ölər və onunla Cəhənnəmə daxil olar”.[5]

3 - Cənnət əməlisalehlərin yurdudur

3. Abdullah ibn Amr[6] və Abdullah ibn Ömər[7] (radıyallahu anhumə) mövquf[8] və mərfu[9] sənədlə rəvayət edirlər: "Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: "Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm oğulları üçün dünyanı yaratmısan. Onlar orada yeyir və içirlər”. Uca Allah buyurdu: "İzzətimə və Ucalığıma and olsun ki, Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini, "Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”.[10]

_______________________________

[1] - Əbul-Abbas Abdullah ibn Abbas ibn Abdul-Müttəlib əl-Haşimi (radıyallahu anhum) hicrətdən az əvvəl dünyaya gəlmişdir. Peyğəmbərin  (sallallahu aleyhi və səlləm) məşhur səhabələrindən biridir. Ən çox hədis rəvayət etmiş yeddi səhabədən biridir. Hicrətin 68-ci ilində yetmiş bir yaşında vəfat etmişdir.
[2] - Ərafat - Məkkədə dağ adıdır. Zülhiccə ayının doqquzu zəvvarların bir hissəsi həcc mərasiminin ayinlərini yerinə yetirdikləri zaman, digər müsəlmanlar oruc tuturlar.
[3] - Əhməd 2327, 2455, 2499. əl-Albani "Silsilətul-Əhədisis-Sahiha”da (№ 1623), "Sahihul-Cəmius-Sağir”də (№ 1701) və "Mişkətul-Məsabih”də (№ 121) səhih olduğunu bildirmişdir.
[4] - Əbu Həfs Ömər ibn Xəttab ibn Nufeyl əl-Qurəşi əl-Faruq (radıyallahu anhu) fil ilindən on il sonra, yəni, Muhəmmədə (sallallahu aleyhi və səlləm) peyğəmbərlik verilməmişdən otuz il əvvəl dünyaya gəlmişdir. Cənnətlə müjdələnmiş on nəfərdən biridir. O, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həm ən yaxın iki dostundan biri, həm də onun qayınatası, möminlərin anası – Həfsənin atasıdır. Ömər ibn Xəttab (radıyallahu anhu) demək olar ki, Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birlikdə bütün döyüşlərdə iştirak etmiş və ələlxüsus da ağac altında ona beyət gətirənlərdən olmuşdur. Ömər ibn Xəttab (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm)  ikinci xəlifəsi olmuş və məhz onun xilafəti dövründə o dövrün ən böyük imperiyaları, habelə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) arzuladığı Qüds fəth edilmişdir. Peyğəmbər  (sallallahu aleyhi və səlləm)  onu tərifləyib demişdir: "Əgər məndən sonra peyğəmbər göndərilmiş olsaydı, Ömər olardı” (ət-Tirmizi, 2/293; Silsilətul-Əhədisis-Sahiha, 327); başqa bir hədisdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Yuxuda gördüm ki, Cənnətdəyəm. Birdən qarşıma bir qəsr və bu qəsrin həyətində bir cavan qız çıxdı. Soruşdum: "Bu qəsr kimindir?” Dedilər: "Ömərindir!” Mən qəsrin içinə girib ora göz gəzdirmək istədim, lakin sənin qısqanclığın yadıma düşdü və mən dönüb oradan uzaqlaşdım”. Bunu eşidəndə Ömər dedi: "Atam-anam sənə qurban, ya Rəsulullah, heç sənə qısqana bilərəmmi?!” (əl-Buxari, 3679). Abdullah ibn Məsud (radıyallahu anhu) demişdir: "Ömər İslamı qəbul edənədək müşriklər bizə Kəbənin yanında namaz qılmağa imkan vermirdilər. Ömər müsəlman olduqdan sonra qureyşlilərin müqavimətini sındırıb Kəbənin yanında namaz qıldı, biz də onunla birgə namaz qıldıq” (Səhih Sirə ən-Nəbəviyyə, 1/188). Ömər ibn Xəttab (radıyallahu anhu) hicrətin 13-cü ilində xilafətə gəlmiş, 10 il 6 ay möminlərə layiqincə əmirlik etmiş və hicrətin 23-cü ilində, zilhiccə ayının 23-ü, Mədinə şəhərində fars mənşəli məcusi Əbu Lulu Firuz tərəfindən vurulmuş və üç gündən sonra 63 yaşında şəhid olmuşdur. Bundan sonra onu əziz iki dostunun: Peyğəmbərin  (sallallahu aleyhi və səlləm) və Əbu Bəkrin (radıyallahu anhu) yanında dəfn etmişlər.
[5] - Əbu Davud, 4705. əl-Albani "onun belinə çəkdi” sözündən başqa səhih olduğunu bildirib.
[6] - Əbu Muhəmməd Abdullah ibn Amr ibn As ibn Vail əs-Səhmi (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) səhabəsidir. Abdullah ibn Amr (radıyallahu anhu) hicrətin 63-cü ilində vəfat etmişdir.
[7] - Əbu Abdur-Rahmən Abdullah ibn Ömər ibn Xəttab əl-Ədəvi əl-Qurəşi (radıyallahu anhu) Allah Elçisinin (sallallahu aleyhi və səlləm) azyaşlı səhabələrindəndir. Xəndək döyüşündə iştirak etmiş və ağac altında beyət edənlərdən olmuşdur. Ən çox hədis rəvayət edən yeddi səhabədən biridir.
[8] - Səhabələr və ya onların tələbələri olan tabiinlərin sözü olan, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nisbət edilməyən rəvayətlər.
[9] - Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nisbət edilən hədislər.
[10] - əd-Dərimi "Radd alə Bişrul-Mərrisi” 1/ 256. Səlim ibn İyd əl-Hilali mövquf olduğunu demişdir.
Kateqoriya: Səhih Qüdsi Hədislər | Baxılıb: 735 | Əlavə edib: abubakr | Reytinq: 0.0/0
Bütün kommentlər: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Qeydiyyat | Daxil ol ]

Sayta daxil ol
Facebook`da səhifələr
• İslam Dininin mərtəbələri •



• İslama Devet •



• Hadith Of A Day •


«MƏDİNƏ» qrupu Facebook`da
MƏDİNƏ qrupuna 
daxil olun!
Axtarış
Kalendar
«  Dekabr 2013  »
B.eÇ.aÇərC.aCümŞnbBzr
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031